Ana səhifə

Həccdə şeytan daşlamaq, qurban kəsmək və təraş olmağı necə anlamaq lazımdır? ..


YazdırSend to friend
Sual Detayı: 
Həccdə şeytan daşlamaq, qurban kəsmək və təraş olmağı necə anlamaq lazımdır? ..
Cavab: 

     Şeytan Daşlamağı Anlamaq:

     Həccin şərtlərindən biri də şeytan daşlamaqdır. Daşlamaq, Hz. İbrahim aleyhissalamın özünə əngəl olmağa çalışan şeytanı qovmaq məqsədiylə ona daş atmasını simvollaşdırmaqdır. Bir peyğəmbər olaraq ona şeytan görünmüş və o da Rəbbi ilə arasına girmək istəyən, özünü əngəlləmək istəyən şeytanı daşlamışdır.

"Həccə ilə əlaqədar vəzifələrinizi məndən alın." (Nəsai, Mənasiq, 220)

    buyuran Allah Rəsulu sallallahu aleyhi və səlləm də, bu vəzifəni şəxsən etmiş, onu insanlara da şəxsən öyrətmişdir.

     Daşlamaq, bir mənada şeytana qarşı təşəbbüs göstərilən bir savaşı simvolizə edir. Atdığı hər bir daşı, nəfsinə, şəhvətinə və şeytana qarşı atar. Özünü müxtəlif xətalara, günahlara sürüyən bu fərqli cəbhələri bir bir yox etməyə çalışar. Sahib olduğu hər şeyi Allah üçün fəda etmək yolunda, qarşısına şeytan haralarda çıxırsa, hansı silahları və cəbhələri istifadə edirsə oraları alt-üst etməlidir. Qürur,təkəbbür, mal, mülk, mövqe, rütbə, şan, şöhrət, mənlik, gənclik, evlilik, övlad ... Qulluğun və məsuliyyətin önündə əngəl olan şeylər hər nə isə ...

     Günümüzdə hacı, daşlama edərkən, həm Hz. İbrahim (as) 'in rolunu oynamaqda, həm də Hz. Peyğəmbər (s.ə.s.) 'in sünnəsinə tabe olmaqdadır Ancaq bu rolu oynayan hacı, simvolik olaraq daşlarını şeytanı təmsil edən daş yığınlarına atsa da, həqiqətdə özünü şeytan hansı zəif nöqtələrdən aldadırsa, o tərəfi düşünərək atmalıdır. Hər kəs öz ayıbını, zəyif tərəfini və günahını özü daha yaxşı biləcəyi üçün, atdığı hər bir daşla nəfsini, şəhvani arzusunu, özünü günaha salan təhriklərə atmalıdır daşları.

     Orada simvolik olaraq ilk gün yeddi, sonrakı günlər qırx doqquz və ya yetmiş daş atar. Bu çoxluqdan bir kinayədir. Bunun mənası, artıq şeytana qarşı daim sayıq olmalı, yüz dəfə də qarşısına çıxsa, ona atacağı minlərlə daşı olmalıdır. Artıq həmişə təkrarladığı "daşlanmış şeytanın şərindən Allah'a sığınıram!" şəklindəki "istiazə" yəni "Əuzu billahi minəşşeytanir racim" i sadəcə sözü ilə deyil, daha şüurlu bir şəkildə özüylə etməlidir. Kimdən kimə sığındığının fərqinə varmalıdır. "Racim" olan şeytandan "Rahim" olan Allah'a sığındığını qavramalıdır.

     Əgər bunu qavraya bilməz və yalnız simvolda, şəkildə ilişib qalar da, bunun məna və hikmətini dərk edə bilməzsə "şeytanı daşladığı" vəhmiylə bir dəfə daha aldanır, o qədər! Çünki şeytan orada simvolizə edildiyi kimi çöldə deyil, Hz. Peyğəmbər (s.ə.s.) 'in bənzətməsiylə

"(Şeytan) qanın damarlarda dolaşdığı kimi insanın içində dolaşır." (Buxari, İtikaf 11, 12)

   

    Qurbanı Anlamaq:

    Qurban, sırf Allah istədiyi üçün malından imtina edə  bildiyini ortaya qoyduğu və malını Allah yolunda qurban edə bildiyini əməliylə göstərdiyi önəmli bir ibadətdir. Ehramda bir otu belə qoparmaq qadağan ikən Allah'a bağlılığın, fədakarlığın bir göstəricisi olaraq bayramda canlı heyvanlar qurban edilməkdədir. Qurban bir tərəfdən həcc vəzifələrini yerinə yetirə bilmənin şükrünü əda etmək üçün kəsilməkdədir.

    Necə ki Ramazan orucunu tamamlayınca Ramazan Bayramı edilirsə, həcc ibadətləri tamamlanınca da Həcc Qurbanları (Hedy) kəsilir və Qurban Bayramı qeyd olunur. Səbir, Savaş, şükür və zəfər. Ərafatda bilgiyə, Məşar'da şüura, Minada sevgiyə və Cəmerat'ta zəfərə qovuşan hacı, qurban Hedy (hədiyyəsi) ilə təqvaya, təqva ilə də Allah'a çatmaqdadır.

    Qurban Bayramı günlərində gətirilən təkbirlər "təşrik təkbirləri" deyə adlandırılmışdır. "Təşrik" cahiliyyə dövründə kəsilən qurban ətlərinin qızğın qayalara sərilmək surətiylə günəşdə qurudulmasına deyilməkdədir. Beləcə hacılar, həccdə kəsilən qurban ətlərini günəş və daşlar üzərində qurudaraq sonradan yemək üçün özləri üçün saxlamışlar. Hacı təşrik təkbirlərini təkrarlayarkən, sonra istifadə etmək üçün özü üçün hansı yaxşı vərdişləri, hansı gözəllikləri saxladığını, mühafizə etdiyini düşünməlidir. Ən azından həccə gələrkən necə təqva azuqəsiylə gəlirsə, Mina'dan da geriyə yenə təqva azuqəsi götürməlidir. Allah üçün və Allah'ın adıyla kəsilən qurbanlar, zikr və şükrün, təvazö və təslimiyyətin, həmrəylik və qardaşlığın bir göstəricisidir.

     Xüsusilə hacıların qurban ətlərindən dərhal heç yemədən hamısının yoxsul ölkələrə göndərildiyi indiki vaxtda, heç tanımadığı Müsəlman qardaşlarına qarşı verdiyi dəstək və sosial həmrəylik həccin ən hikmətli bir istiqamətini təşkil edir. Fərz edək ki, ölkəmiz hacılarının qurbanlarının, Afrikada adını belə bilmədikləri bir müsəlman bölgədə istifadə edilməsi və onların qiyabi dualarını qazanmaları nə qədər gözəldir.

     Hacının qurban etdiyi qoyun, inək, dəvə deyil; həva və həvəsi, şəhvətidir. Onun rizası üçün hamısını qurban etməli ki bayramı ürəyində, yaxınlığı öz mənliyində hiss edəbilsin. Çünki bu bayram Qurban Bayramı, qurbiyyət anıdır, Allah'a yaxınlıq bayramıdır.

     Qurban Bayramı, çox uzaq coğrafiyalarda olsalar belə həccin mənasını yaşayanların bayramıdır. Burada bu yaxınlaşmağı yaşayanlar, qazandığı gözəllikləri getdikləri yerlərə də daşıyacaqdır. Öz məkanlarında mənəvi bir qan dövranına səbəb olacaq, tərtəmiz, tərütazə qanlar olacaqlar.

     Daha sonra kimi hacılara hicran yolu, kimi hacılara hicrət yolu, kimilərinə isə həsrət yolu görünəcəkdir. Allah üçün kəsilən bu qurbanlardan axıdılan qanlar, qurban sahibindən də günahların töküldüyünü, "çirklərin təmizləndiyini" simvolizə edər.

    Hacı Allah üçün qurban kəsərkən bunun Hz. İbrahim (as) 'dən qalma bir sünnə olduğunu, Allah yolunda ən sevdiyi balasının qurban edilməsindən bir bədəl olduğunu təfəkkür edər. Allah'ın verdiyi mal və övladların, Allah yolunda əngəl deyil, tam tərsinə özünü Allah'a yaxınlaşdıracaq bir vəsilə olduğunu düşünər. Orada Allah üçün könül rahatlığıyla hər hansı bir canlını qurban edərkən, məmləkətindəki uşaqlarının da Allah yolunda olmaları, Allah'a yaxın və yaxınlaşdırıcı olmaları üçün dua edər, həyatı boyunca da bunu reallaşdırmaq üçün səy göstərər.

 

     Təraş Olmağı Anlamaq:

"Allah'ım başlarını təraş etdirənə mərhəmət et! .." (Buxari, Həcc, 127)

    Əvvəl şeytana daş atan, ardından Allah'a bir baş qurban edən hacı, daha sonra təraş olmaq sürətiylə simvolik olaraq öz varlığının bir parçasını da qurban edər. Bu, bir tərəfdən, lazım olduğunda saçını deyil, canını da Allah yolunda verəcəyini təmsil edərkən, başından tökülən hər saç teli, sanki tökülən günahlarını təmsil edər

    Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm, "Allah'ım! Başlarını təraş etdirənlərə mərhəmət et." deyə dua edincə, səhabədən bəziləri, "Saçlarını qısaldanlara da dua etsəniz ey Allah'ın Rəsulu?" demişlər, O da dördüncüsündə "Saçlarını qısaldanlara da ..." deyərək onlar üçün də dua etmişdir. Səhabədən bəziləri saçlarını tamamilə qazımış, bəziləri də saçlarını qısaltmıştır. (Buxari, Həcc, 127)

    Saçların təraş edilməsi təvazökarlığı "başı açıq-yalın ayaq" deyə təbir edilən möhtac olmağı simvolizə edər. Bu xüsus Xanımlarda saçların uclarından bir miqdar alınmasıyla simvolizə edilir.



11-09-2016 11:25:36