Ana səhifə

Hənəfi məzhəbinə görə rüktlər arasında təkbir gətirərkən əllər qaldırılırmı ?


YazdırSend to friend
Sual Detayı: 
henefi meshebinde tekbir getirerken eller hara qeder qalxir?ruketler arasinda tekbir getirerken eller qalzmalidirmi?
Cavab: 

Bu mövzuda fərqli rəvayətlər söz mövzusudur.

Təbərani`nin -İbn Əbi Leyla, Hakim, Miksəm yolu ilə İbn Abbas`dan etdiyi rəvayətində:

"Əllər yeddi yerdə qaldırılır; Namaza başlayarkən (İftitah təkbiri), Məscidi-i harama girib Beytullah`a baxarkən, Mərvə təpəsinə çıxarkən, insanlarla birlikdə axşam Arafata çıxarkən, Cəm`də və iki Cəmrəyə daş atarkən." (Bax. Fəthul-qadir, Əlaqədar yer).

Buxarî muallak (nəticəyə bağlanmamış, tam olmayan) olaraq -Vaqi', İbn Əbi Leyla, Hakim, Miksəm yolu ilə İbn Abbas'dan- etdiyi rəvayətdə isə, belə deyilmişdir:

"Namaza başlarkən (İftitah təkbiri), Kəbəyə yönələrkən, Səfa-Mərvə təpəsinə çıxarkən, Arafatda ikən, Cəm`də, iki Məqamda və iki Cəmrəyə daş atarkən" Şubə`yə görə hədis mürsəl və qeyri-ı məhfuz olduğundan zəifdir. (a.ç.ə).

İmam Şafiî'nin əl-Um adlı kitabında da bu hədislə əməl edilməyəcəyini bildirilmişdir. İmam Şafinin müəllimi Vəqi' bu hədisi İbn Abbas və İbn Ömər`ə mavkuf (Səhabələrdən rəvayət edilən söz, hərəkət və təqrirləri. Bu termin, fiqh və qiraət elmində fərqli istilahi istifadəyə malikdir. Məvkuf hədislərdə istinad Rəsulullah`a çatmaz; Səhabələrdə sonlanar. Məsələn: Ravinin "İbn Abbas belə dedi" və ya "Əli b. Əbi Talib belə etdi", yaxud da "Əbu Bəkrin qarşısında belə edildi da o buna səs çıxarmadı" deməsi edilən rəvayətin mərfu' olmadığını və məvkuf olaraq nəql edildiyini göstərər. Bəzən də ravi; "İbn Abbas'dan məvkuf olaraq rəvayət edildi" deyərək hədisin məvkuf olduğunu qəsd edər (ət-Təhânəvî, Kəşşaf Istılahati'l-Fünun, İstanbul 1984, II, 1500; Suphi es-Salih Hədis Elmləri və İstilahları, Ankara 1981, 175). ) olaraq rəvayət etmişdir.

Bununla bərabər, Tabiindən bir camaatın səhih sənədlərlə etdikləri rəvayətlərə görə, Abdullah b. Ömər və İbn Abbasın rükuya gedərkən və rükudan qalxarkən əllərini qaldırırdılar. (a.ç.ə). Halbuki bu iki yer, yuxarıdakı rəvayətlərdə yer almırdı.

Qaldı ki, Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm`in daha başqa bir çox yerdə də əllərini qaldırdığına dair mütəvatir rəvayətlər vardır. Bu da "yeddi yer" rəvayətləri, bir məhdudiyyəti ifadə etmədiyinin dəlilidir (a.ç.ə).

Buxarî və Müslimin İbn Ömər`dən bildirdiyinə görə, Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm, iftitah təkbirində olduğu kimi, rükuya gedərkən və rükudan qalxarkən də əllərini qaldırırdı. (bax. Neylu'l-Əvtar, II / 179-182).

Şafii Hənbəli alimləri bu hədislərə əsaslanaraq, rükuya gedərkən və rükudan qalxarkən də əllərinin qaldırılmasının sünnə olduğunu söyləmişlər. (bax. əl-Fiqhu'l-İslamî, I / 686).

Hənəfi Malikilər isə, yenə İbn Ömər`dən gələn və "Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm iftitah təkbirinin xaricində namazın başqa hər hansı bir yerində əllərini qaldırmırdı." şəklindəki bir hədisə əsaslanaraq, bunun sünnət olmadığını söyləmişlər. (əl-Fıkhu'l-İslamî, 685).

Hənəfî və Malikilərin bir dəlili Hz. Əbu Bəkir (Allah ondan razı olsun) və Hz. Ömər (Allah ondan razı olsun) 'in iftitah təkbirinin xaricində namazın başqa hər hansı bir yerində əllərini qaldırmadıqlarına dair rəvayətdir. Bu rəvayətə zəif deyən alimlər var. (Nasbu'r-Rayə, I / 396).

Ancaq bu iki məzhəbi dəstəkləyən və həsən olaraq qəbul edilən Həsən hədislər də vardır:

Əbu Davud, Tirmizî və Nəsəninin İbn Məsud`dan etdikləri rəvayətə görə, "Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm`in iftitah təkbirinin xaricində namazın başqa hər hansı bir yerində əllərini qaldırmırdı." (bax. Nasbu'r-Rayə, I / 394).

Bu açıqlamalardan aydın olur ki, hər məzhəbin özünə görə dəlili vardır. Bizim vəzifəmiz bağlı olduğumuz məzhəbə tabe olmaqdır.

Namazda iftitah təkbiri necə alınmalı, Ərəblərlə bizim tekbirimiz nə üçün fərqli? Ərəb qardaşlar, əllərini sinə üzərinə qaldırıb çiyin xəttinə qədər, xanımların təkbir alışına bənzər təkbir alırlar, baş barmağı qulaqlara qədər qaldırmadan ...

İftitah Təkbiri

Namazda təkbir alarkən əlləri qaldırmağın hikməti nədir? Şafi məzhəbində olanlar hər rükudan qalxanda, əllərini qaldırırlar ...



22-08-2014 10:35:04

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz