Ana səhifə

Hənəfi məzhəbində İqamәdә Allahu Әkbәr Azanda olduğu kimi 4 dәfә deyilir?


YazdırSend to friend
Sual Detayı: 
İqamәdә başlayarkәn Allahu Әkbәr Azanda olduqu kimi 4 dәfә deyilir? Cavabı Hәnәfi mәzhәbinә görә verin mümkünsә.
Cavab: 

    Və aleykum Salam və rahmətullah.

    Namaz üçün səslənmək, qamət gətirmək, ifa və əda etmək. Əsli "iqamə" olub, dilimizdə "i" siz istifadə edilər. Bir termin olaraq, fərz namazlardan əvvəl, tək başına namaz qılacaq olan kimsənin, camaatla qılınacaq fərz namazdan əvvəl isə müəzzinin oxuduğu azan bənzəri sözlərdir. Sünnəyə uyğun olaraq qamət bu sözlərdən ibarətdir. Allahu əkbər, Allahu əkbər, Allahu əkbər, Allahu əkbər, Əşhədu ən la ilahə illəllah. Əşhədu ən la ilahə illəllah. Əşhədu ənnə Muhammədən rəsulullah. Əşhədu ənnə Muhammədən rəsulullah. Həyyə aləssalah, Hayy aləssalah. Hayya aləl –falah. Hayya aləl –falah. Qad qamətis-salah. Qad qamətis-salah. Allahu əkbər, Allahu əkbər, La ilahə illəllah "

    Hənəfi hüquqçularına görə qamət azanın bənzəridir. Sözler yuxarıdakı kimi iki dəfə təkrarlanır. Yalnız sonuna "Qad qamətis-salah" (namaz başladı) cümləsi əlavə olunar. Ömrünün sonuna qədər Bilâl Həbəşi ilə İbrahim ən-Nəhaî'nin qaməti cüt sözlərlə oxuduqları, Əməvilər dövründən etibarən, qamətdə azandakı kimi iki dəfə təkrarlanan sözlərin sürətli oxunmasını təmin etmək üçün birə endirildiyi nəql edilər (İbnü`l-Hümam, Fəthu`l-Qədr, Misir 1389/1970, I, 242-244). Allah Rəsulum sallallahu əleyhi və səlləm, Bilâl (Allah ondan razı olsun)'a xitabən belə buyurmuşdur:

"Azan oxuduğun zaman ağır ağır oxu. Qamət gətirdiyin zaman isə sürətli oxu" (Tirmizi, Salât, 29).

    Eyni zamanda səhih rəvayətlərlə Hz. Peyğəmbərin, qâmət'də, azandan fərqli olaraq cüt oxunan sözlərin tək edilməsini əmr etdiyi də nəql etmişdir (bax. Buxari, Azan, 3; İbn Macə, Azan, 6). Bu da Hənəfilər xaricində qalan digər məzhəb imamlarının seçdiyi rəvayətlərdir.

    Sübh azanından təkrarlanan "əs-Salatu xayrun minə'n-nəvm (namaz yuxudan daha xeyirlidir)" cümləsini, ilk olaraq Bilâl (ra) Rəsulullah (sas) 'i yuxudan oyatmaq üçün söyləmiş, bu sözlər xoşuna gələn Allah Rəsulu belə buyurmuşdur: Ey Bilâl , bu sözlər gözəl oldu. Bu cümləni sübh azanından da təkrarla "(İbnul Humam, age, I, 242, 243).

    Qamətin Türkçe mənası belədir: "Allah ən böyükdür, Allah ən böyükdür, Allah ən böyükdür, Allah ən böyükdür, Allah`dan başqa ilah olmadığına şəhadət edirəm, Allah`dan başqa ilah olmadığına şəhadət edirəm, Muhammədin Allah`ın Rəsulu olduğuna şəhadət edəlim . Muhammədin Allah'ın Rəsulu olduğuna şəhadət edirəm. Haydı namaza, haydı namaza, haydı qurtuluşa, haydı qurtuluşa, Namaz başladı. Namaz başladı, Allah ən böyükdür, Allah ən böyükdür Allah`dan başqa ilah yoxdur ".

    Yolçu kişilər də səfərləri əsnasında azan oxuyar, qamət gətirərlər. Yolçu, azan oxumayabilir. Ancaq qamət gətirməsi sünnədir.

    Məhəllə məscidində edilən qamət evlər üçün etibarlıdır. Evdə namaz qılan adam qamət gətirməsə də olar. Qamət gətirsə daha yaxşıdır.

   Qadınların, bunakların, cünubların qamət gətirmələri məkruhdur. Dəstəmazsız kəslərin də iqamət etməsi məkruhdur. Lakin bu kimi kəslər tərəfindən edilən qamətlər geri qaytarılmaz.

   Azan ağır oxunur. Lakin qamət sürətli edilər. Qamət ayaq üsdə edilər. Qamət gətirən adam qibləyə dönər.

   Camaatın qamət gətirən müəzzinə tabe olması və bərabərcə ürəyində qamət yetirməsi, "Həyyə Aləssalah, Həyyə Aləlfəlah" deyilərkən də "La havlə və la qüvvətə illa billah" deyə qarşılıq müstəhəbdir.

   Qamət, vaxtın deyil namazın sünnəsidir (əl-Kâsânî, Bədâyiu's-Sanayi ', Beyrut 1402/1982, I, 148 vd.; İbnu'l Humam age, I, 243 vd.; əl feteva'l Hindiyyə, Beyrut 1400/1980, I, 55 57; İbn Abidin, Rəddü'l-Muhtar İstanbul 1984, I, 388, 389 vd). 

 

Hamdi Yusufoğlu



13-06-2014 07:34:07

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz