Ana səhifə

Həqiqi bir mömin kainata necə meydan oxuya bilər ?


YazdırSend to friend
Sual Detayı: 
Həqiqi mömin kainata meydan oxuya bilər.
Cavab: 

  Bir avtobusda səfərə çıxarkən sürücünün yatdığının fərqinə varsanız, necə bir dəhşətə qapılardınız bir düşünün. Bir də avtobusun döngəli bir dağ yolunda olduğunu fərz edin. Hər halda dəhşətiniz iki misli artardı.

    Məhz kafirin nəzərində dünya belə sürücüsüz bir avtobusdur. Top gülləsindən yetmiş dəfə daha sürətli olan ulduzlar fəza dənizində sahibsiz gəzirlər. Biri yolundan çıxsa, başqa bir ulduza çırpılacaq, bir qiyaməti qoparacaq. Onun nəzərində hər şey başıboş, sahibsiz və vəzifəsizdir. Məhz inamsızlığın bir nəticəsi olan bu qorxudan hasil olan mənəvi bir cəhənnəm alovu, kafirin qəlbini daima yandırır.

    Mömin isə, kainatı Allaha təslim edir. Hər şeyi öz Rəbbinin bir məmuru bilir. Hər şeyin cilovu onun qüdrət əlindədir. Heç bir şey onun icazəsi və iradəsi olmadan hərəkət edəbilməz. Təbiri caiz isə, onun etiqadına görə bu kainat avtobusunun çox hakim və kərim bir sürücüsü vardır. Məhz bu halın bir nəticəsi olaraq mömin, dünyada belə cənnət həyatı yaşayır. Bədəni zindanda da olsa ruhu və qəlbi mənəvi bir cənnətdədir.

    Bu həqiqətə bu misal durbiniylə də baxa bilərik; Bizlər timsah, aslan, pələng kimi yüzlərlə vəhşi heyvanın olduğu bir zooparkda gəzərkən əsla qorxmarıq. Hətta qorxmaq bir kənara dursun, çox şən və heyrətli bir gəzinti edərik. Halbuki içində zəncirlənməmiş bir it olan bağçada gəzməyə çıxsaq qorxudan ayaqlarımız titrəyər.

    Görəsən, yüzlərlə vəhşi heyvandan qorxmadığımız halda, bir itdən nə üçün qorxuruq?

    Bu sualın cavabı budur: Biz bilirik ki, zooparkdakı bütün heyvanların zəncirləri, əsla qopması mümkün olmayan dəmir dirəklərə bağlanıb və bir çoxu da qəfəslərdə həbs edilib. Əsla bizə hücum edə bilməzlər. Bağçadakı itə gəldikdə isə onun ipi sərbəst buraxılıb. Hər vaxt bizə hücum edə bilər.

   Məhz, möminin dünyadakı halı birinci misala bənzəyir. Çünki onun nəzərində hər şeyin cilovu (ipi) Allahın qüdrət əlindədir. Onun izni və icazəsi olmadan heç bir şey ona hücum edəbilməz. Bütün dünya düşməni olsa ona zərər verə bilməz. Bu halın bir nəticəsi olaraq həqiqi mömin kainata meydan oxuya bilər.

    Kafir isə, misaldakı ikinci adama bənzəyir. Allahı tanımadığına görə hər şeyi başıboş zənn edir. Bütün Kainatı, özünə hücum edəcək bir düşmən vəziyyətində görür, daima titrəyir, həm alçaq, həm də zəlil olur.



20-11-2016 06:43:33