Ana səhifə

Hər hansı bir boyanın ələ bulaşması və çıxmaması dəsdamaz alarkən dəsdamaza əngəldirmi ?


YazdırSend to friend
Sual Detayı: 
Her hansi bir boyanin ele bulasmasi ve cixmamasi destemaz alarken destemaz sayilarmi?
Cavab: 

Dəstəmaz orqanlarından hər hansı birinin üzərində suyun dəriyə keçməsinə mane olan bir maddə olsa, alınan dəstəmaz səhih olmaz. Məsələn yağlı boya, lak, uhu, saqqız bu növdəndir.

Dəri üzərində bir təbəqə meydana gətirməyən xına, boya və bənzəri maddələr dəstəmaza maneə deyil.Çox kərə xəmir yoğuran evdar qadınlar ya da çörəkçilərin əllərinə yapışıb quruyan xəmir az bir miqdardadırsa və dərhal islanıbtəmizlənməsi mümkün deyilsə, onlar haqqında bu vəziyyətdə aldıqları dəstəmaz caizdir deyilmişdir.

Dırnaq altlarına girib quruyan xəmir və bənzəri maddələrin də təmizlənib altına suyun nüfuz etməsini təmin etmək lazımdır.

Ancaq tarla, bağça və bənzəri iş yerlərində işləyıb dırnaq altlarını davamlı surətdə təmiz tutmaları mümkün olmayanlar haqqında fətva verilmişdir. Yəni onlar o vəziyyətdə dəstəmaz alıb, namaz qıla bilərlər.

 

Bu mövzuda İmam Əbu Nəsr El-Saffar`ın belə dediyi Fetavai Hindiyye nəql etmişdir: "Dırnaqlar barmaq uclarını örtəcək qədər uzunsa hərhalda altlarını yumaq lazımdır. Qısa olsa buna ehtiyac yoxdur." Əl-Mühit kitabında da bu xüsus ifadə edilmişdir.Fethülkadirdeuzun olan dırnaqların hərhalda altlarını yumaq lazımdır. Buna başqa bir görüş əlavə etmək lazımsızdır, deyilir.

Nə var ki fakihlerin hamısı da müxtəlif iş yerlərində işləyən qadın və kişilərin dırnaq altlarının ,bəzi bəzi maddələrin girməsindən qorunması mümkün olmadığı üçün dəstəmazda yuyulmasıgərəkli deyil, demişlər. Fətva buna görədir.

Boyaçıların dırnaqlarında qalan boyalar, zərurət səbəbiylə, dəstəmazlarına zərər verməz. Lakin bir zərurətədayanmadandırnaqların üzərində incə bir təbəqə təşkil edən və altlarına suyun keçməsini önləyən boyalar, dəstəmazın səhhətinə manedir.

Ancaq yuyunduğu halda çıxmayan və çıxarmaqda çətinlik çəkilən dəri üzərindəki boyalar, yapışdırıcılar kimi maddələr dəstəmaza və qüslə mane olmaz. Çünki burada bir çətinlik vardır. İslam dini asanlıq dinidir.



30-03-2014 08:47:01

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz