Ana səhifə

Hər yerdə günahlar hakimdir. "Allah Öz nurunu tamamlayacaqdır." ayəsi necə həyata keçəcək?


YazdırSend to friend
Sual Detayı: 
"... Allah Öz nurunu tamamlayacaqdır." (Saff, 61/8) ayəsi bu zamanda mümkün görünmür. Axır zamanda olduğumuzu qəbul etsək, Allahın nurunu bu zaman kəsiyində tamamlaması gərəkdir. - Bu mühitdə Allah nurunu necə və nə zaman tamamlaya bilər?
Cavab: 

     Hər il dünyanın müxtəlif ölkələrində yüz minlərlə adam müsəlman olur. Bütün dünyada İslamiyyət sürətlə irəliləyir. Axır zamandayıq deyə beş-on il sonra qiyamət qopacaq deyə düşünmək səhv olar. Qiyamətin nə vaxt qopacağı müəyyən deyil ki! .. Allah vəd edibsə əlbəttə ki, vədini yerinə yetirəcəkdir. Hətta qiyamətə bir il qalmış olsa yenə Allah vədini yerinə yetirər. Allah üçün bu çətin deyildir. 

"Onlar Allahın nurunu öz ağızlarından (çıxanlarla) söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır." (Saff, 61/8)

     1. Bu söz həm ayələrdə, həm də hədislərdə keçir. Allah vədini yerinə yetirəcək və nurunu tamamlayacaqdır.

   2. Bizim vəzifəmiz insanları zorla Müsəlman etmək deyildir. İnsanların qəlbində imanı yaradacaq olan Allahdır. Toxumu vaxtında tarlaya əkib onun cücərməsinə qarışa bilməyən bir əkinçi kimi, biz də iman və İslam toxumlarını insanların qəlb tarlasına əkəcəyik. Onların cücərməsini Allaha həvalə edəcəyik.

   3. Qışın arxasından yazı, gecənin qaranlığından gündüzü hər il və hər gün gətirən; buludlarla örtülmüş göy üzünü bir anda açıb günəşi hər yerdə göstərən Allah, bu küfr gecələrini, səfahət buludlarını və çirkinliklərlə dolu qış mövsümünü də bir anda gündüzə,günəşə və yaza çevirə bilər. Yetər ki, bizlər o gözəlliklərə layiq olaq. Onun rəhmət və bərəkətinə etimad edib güvənək.

   4. Bəzi peyğəmbərlər gəlib ki, özlərinə bir neçə adam inandığı halda peyğəmbərlik savabını tam almışlar. Bu səbəblə Allah insanların neçə insanı mömin və müsəlman etdiyinə deyil, nə qədər izah edib yaşadığına görə onlarla rəftar edəcəkdir.

     5. Ümidsizlik həm böyük günah, həm də insanı yeyib-bitirən bir xəstəlikdir. Bundan Allahın rəhmətinə sığınmalıyıq. Sovet Sosialist Respublikalar Birliyinin (Rusiyanın) belə asan dağıla biləcəyini kim təxmin edə bilərdi? Bu səbəblə işimizə baxaq. Allah nə edəcəyini ən yaxşı biləndir ...



20-12-2016 08:14:15