Ana səhifə

Halal pul qazanmaq üçün namazı qəza etmək üzrlü səbəbdirmi?


YazdırSend to friend
Sual Detayı: 
Salam Aleykum müsəlman qardaşlar! Mən namaz qılıram və hal hazırda abituryentəm. İxtisasım 1-ci qrupdur. Burada mehəndislik çoxdur. Dövlət işlərinə girmək də mümkündür. İnşallah instut bitirdikdən sonra işə qəbul olmaq istəyirəm. Amma Azərbaycanda hal-hazırda iş rəhbərlərinin əksəriyyəti işçilərinə namaz qılmağa vaxt vermirlər, cümə namazına getməyə izn vermirlər. Mən də belə bir işə rastlasam onu qəbul edim yoxsa rədd edim? Halal pul qazanmaq üçün namazı qəza etmək üzrlü səbəbdirmi? Təşəkkürlər
Cavab: 

Va aleykumussalam!

Siz əvvəlcə yaxşı bir mütəxəssis olaraq oxuyub özünüzü yetişdirin. İşləyəndə namaz probleminiz özlüyündən həll ediləcək inşallah. Həmçinin unutmayın ki, ruzini Allah verir, iş sahibi yox. Ona görə də heç bir zaman ruzi qazanıram deyib Cümə namazını, və ya namazı tərk etmək üzr ola bilməz və deyil.

Həm də gündəlik sizə verilən səbr qüvvətini gələcəyə paylamayın. Yoxsa yaşadığınız zamana səbr qüvvətiniz çatmaz. Bizlər yaşadığımız anın vəzifələri ilə mükəlləfik. Ən böyük xətamız isə yaşadığımız anın haqqını vermədən bizim haqımızda gəlib-gəlməyəcəyi məchul olan gələcək haqqında əndişə etməmizdir. Gələcəyimiz indi etdiklərimizdən aslıdır. Əgər biz indi oturub gələcəyimiz haqda düşünsək,  indimizi kim düşünəcək ?  Gələcək hələ gəlməyib.

Oxumaq üçün başını açmaq zərurəti haramı halal edər qisiminə girər mi?

Səlahiyyətli şəxs və ya işəgötürən cümə namazı üçün icazə vermədiyində məmur və işçinin vəziyyəti haqqında məlumat verərsiniz?



02-09-2014 09:36:32