Ana səhifə

Hansı məzhəbə uyğun gəlsəm daha yaxşı olar, hansı daha üstündür?


YazdırSend to friend
Sual Detayı: 
Hansı məzhəbə uyğun gəlsəm daha yaxşı olar, hansı daha üstündür? Məzhəblərin fərqliliklərinin hikməti nədir?
Cavab: 

Məzhəblərin hamısı haqqdır və hamısı da doğrudur. Bu baxımdan bu məzhəb digərindən daha üstündür kimi bir düşüncə səhvdir.

 

Hər mövsümə görə dəyişik paltar geyilər. Hər xəstəliyə görə fərqli dərman içilər. Bunun kimi, əsrlərə görə şəriətlər, millətlərin yaşayış və qabiliyyətlərinə görə də hökmlər dəyişə bilər. Necə ki İslamdan əvvəl hər millətə ayrı-ayrı şəriət və peyğəmbərlər göndərildiyi olmuşdur.

 

Peyğəmbər Əfəndimizin (s.ə.s.) gəlməsindən əvvəl insanlar bir-birlərindən çox uzaq, yaşayış və qabiliyyət baxımından yaxın olduğundan, o zaman gələn şəriətlər də onların halına uyğun olaraq fərqli fərqli gəlmişdir. Belə ki, eyni bölgədə, eyni əsrdə, ayrı-ayrı şəriət və peyğəmbərlər göndərildiyi olmuşdur.

 

Peyğəmbər Əfəndimizin (s.ə.s.) gəlməsindən sonra insanlar qabiliyyət, yaşayış və anlayış baxımından daha yüksək bir səviyyəyə çıxdılar. Dini sahədə və ictimai həyatda bir çox inqilab və dəyişikliklər meydana gəldi. Beləcə insanlar bir tək müəllimdən dərs alacaq, bir tək şəriətlə əməl edəcək vəziyyətə çatdılar. Bunun üçün də ayrı-ayrı şəriətlərə və peyğəmbərlərə ehtiyac qalmamışdır. Lakin insanlıq yaşayış, ənənə və adət etibarı ilə eyni səviyyəyə gəlmədiklərindən məzhəblər birdən çox olmuşdur.

Əgər insanlığın əksəriyyəti yüksək bir məktəbin tələbələri kimi, təhsil, mədəniyyət və yaşayış baxımından eyni səviyyədə olsalar, o vaxt məzhəblər birləşə bilərdi. Lakin bu andakı insanlığın vəziyyəti buna uyğun deyil.

Məzhəblərin birdən çox olmasının hikmətinə gəlincə, Bədiüzzaman Səid Nursi bu barədə belə bir misal verməkdədir:

"Bir su beş müxtəlif mizaçlı xəstələrə görə necə beş hökm alar. Belə ki:

Birinə, xəstəliyinin mizacına görə su dərmandır; tibbən vacibdir. Digər birinə xəstəliyi üçün zəhər kimi zərərlidir; tibbən ona haramdır. Digər birinə az zərər verər; tibbən ona məkruhdur. Digər birinə zərərsiz mənfəət verər; tibbən ona sünnədir. Digər birinə nə zərərdir, nə mənfəətdir; nuşla içsin, tibbən ona mübahdır. Beşi də haqqdır. Sən deyə bilərsənmi ki: ‘Su tək dərmandır, tək vacibdir; başqa hökmü yoxdur."1

Dünyanın müxtəlif bölgələrində yaşayan Müsəlmanlar dörd məzhəbdən birinə bağlıdırlar. Bir Müsəlman haqq məzhəblərdən birinə tabe olar, ibadət və rəftarlarını o məzhəbin hökm və ictihadlarına görə davam etdirə bilər. İslami həyatını bu məzhəblərdən birinə görə edən bir Müsəlmanın ölənə qədər eyni məzhəbdə qalması kimi bir məcburiyyət yoxdur. Bundan ötəridir ki, arzu etsə tamamı ilə bir başqa haqq məzhəbə keçə bilər. Məsələn, Şafi məzhəbinə mənsub olan bir kimsə, diləsə Hənəfi məzhəbinə; Hənəfi məzhəbinə mənsub bir kimsə də, istəsə Şafi məzhəbinə keçə bilər.



15-01-2010 03:30:56