Haram işlənilən dəvətlərə (içkili toy kimi) getmək caizdirmi?


Toy yeməyi üçün olan dəvətə razılıq verən kimsə, içki içmək kimi günah işləndiyini görsə, əgər oturduğu süfrədə içilərsə və ya alim və saleh kimsə olduğuna görə müsəlmanlar üçün nümunə olarsa, orada qalması günahdır.
İçki süfrəsində olmazsa və Müsəlmanlar üçün nümunə sayılmırsa, orada qalmasında günah yoxdur (al-Fətava al-Hindiyyə, V / 343.).
Şafi məzhəbinə görə, orada qeyri-məşru hərəkət olarsa, mütləq surətdə hər kəs üçün haramdır və orada qalmaq caiz deyildir (İânətü'l-Talib, 3/361.).
Toy yeməyində qeyri-məşru hərəkət olmazsa, dəvətə razılıq vermək Hənəfi məzhəbinə görə sünnə (al-Fətava al-Hindiyyə, V / 343.); Şafiî'yə görə bəhanə, üzr olmazsa vacibdir (İ'ânətü'l-Talib, III / 358.).
(Bax. Halil Günenç, Günümüz Məsələlərinə Fətvalar, II / 242)
Üzv olmaq istəyirsinizsə Bura basın.
Əgər üzv deyilsinizsə Bura basın.