Ana səhifə

Haramlardan, günahlardan qorunub Allah`a gözəl bir qul necə olmaq olar?


YazdırSend to friend
Sual Detayı: 
Salam.mene komey edin cox weyler edirem amama bacarmiram weytan imkan vermirki allaha yaxin olum.uzr isdiyrem sizden gah eehvetle gahda yalanla evimi yixir..oruc tutmaq isdiyrem ama dura bilmirem demey olarki men heyatda gunah cox edirem namehreme baxram herden qeybet bele esirem sora duwunurem men niye etdim uz tutmadiqim belkede yer qalmiyib ama bacarmiram tek umudum siz olduz meni bu musiybetden cixarin.Allah razi olsun imdiden sizden mene ele yollar deyinki dunya heyatindan gozmu cekim
Cavab: 

"Bəli, gənclik damarı, ağıldan çox hissiyyatı dinləyər. His və həvəs isə kordur, aqibəti görməz. Bir dirhəm (3 qr) hazır ləzzəti, irəlidəki bir batman (8 kq) ləzzətə dəyişər. Bir dəqiqə intiqam ləzzəti ilə qətl edər, səksən min saat həbs ələmlərini (kədərini) çəkər.

Və bir saat səfahət (zövq, əyləncə, günahlara düşkünlük) keyfiylə, bir namus məsələsində min gün, həm həbsin, həm düşmənin əndişəsindən sıxıntılarla ömrünün səadəti məhv olar.

Ey zövq və ləzzətə mübtəla insan! Mən yetmiş beş yaşımda, minlərlə təcrübələrlə və hüccətlərlə (dəlil) və hadisələrlə aynəlyəqin (gözümlə) bildim ki, həqiqi zövqələmsiz ləzzətkədərsiz sevinc həyatdakı səadət yalnız imandır və iman həqiqətləri dairəsində mövcuddur. Yoxsa, dünyəvî bir ləzzətdə çox ələmlər var. Bir üzüm dənəsini yedirər, on sillə vurur kimi, həyatın ləzzətini qaçırar.” (Risalə-i Nur)

“Sizdəki gənclik qətiyyən gedəcək. Əgər siz məşru dairədə (halal dairəsi) qalmazsanız, o gənclik hədər olub başınıza həm dünyada, həm qəbirdə, həm axirətdə öz ləzzətindən daha çox bəlalar və ələmlər gətirəcək. Əgər (gəncliyinizi) İslâm tərbiyəsi ilə o gənclik nemətinə qarşı bir şükr olaraq iffət və namusluluq və itaətdə sərf etsəniz, o gənclik mənən bâqi qalacaq və əbədi bir gənclik qazanmanıza səbəb olacaq.

Həyat isə, əgər iman olmazsa və yaxud üsyan ilə o iman təsir etməzsə; həyat, zahirî və qısacıq bir zövq və ləzzətlə bərabər, minlər dərəcə o zövq və ləzzətdən daha çox ələmlər, hüznlər, kədərlər verər. Çünki insanda ağıl və fikir olduğu üçün, heyvanın əksinə olaraq hazır zamanla yanaşı keçmiş və gələcək zamanlarla da fitrətən əlaqədardır. O zamanlardan da həm ələm, həm ləzzət ala bilər. Heyvan isə, fikri olmadığı üçün, hazır ləzzətini, keçmişdən gələn hüznlər və gələcəkdən gələn qorxular, əndişələr pozmur.

İnsan isə, əgər dəlalət və qəflətə düşmüş isə, hazır ləzzətinə keçmişdən gələn hüznlər və gələcəkdən gələn narahatlıqlar o cüzi ləzzəti ciddi acılaşdırar, pozar. Xüsusilə qeyri-məşru isə, tamamən zəhərli bir bal hökmündədir. Demək həyat ləzzəti  nöqtəsində heyvandan yüz dərəcə aşağı düşər. Bəlkə dəlalət və qəflət əhlinin həyatı, bəlkə vücudu, bəlkə kâinatı; olduğu gündür. Bütün keçmiş zaman və kainatlar, onun dəlaləti (inkarı) nöqtəsində mâdumdur, ölmüşdür. Ağıl əlaqədarlığı ilə ona zülmətlər, qaranlıqlar verər.

Gələcək zamanlar isə, inancsızlığı cəhətiylə yenə mâdumdur (yoxdur). Və yoxluqla hasil olan əbədi firaklar (ayrılıqlar), mütəmadi olaraq onun fikir yolu ilə həyatına zülmətlər verirlər.

Əgər îman həyata həyat olsa; o vaxt həm keçmiş, həm gələcək zamanlar imanın nuruyla işıqlanar və vücud qazanar. Hazır zaman kimi ruh və qəlbinə îman nöqtəsində ülvî və mənəvi əzvakı (zövq və ləzzətlər) və ənvâr-ı vücudiyəyi (varlığa aid olan nurlar) verər.

Məhz həyat belədir. Həyatın ləzzətini və zövqünü istəyirsinizsə, həyatınızı îman ilə hayatlandırıb fərzlərlə zînətləndirin günahlardan çəkinməklə mühafizə edin." (Risalə-i Nur, On Üçüncü Söz)

Bu dünya ticarətxanəsində dolaşan insanoğlu boş yerə yaradılmamışdır. Hətta göydəki və yerdəki bütün zərrələr hal diliylə: “Mən boşuna yaradılmadım” deyir. Maddə və ruh tilsimi, fərqli işlərin, zidd şəkillərin olduğu bir hikmət gəmisi və ibrət aynasıdır.

İnsanın dünyadakı varlığı üçün bir başlanğıc var isə də, axirətdəki varlığı davamlı və sonsuzdur.

Maddi quruluşu torpaqdan olub süfli isə də, ruhunun həqiqəti ülvi və Rabbanidir. Yaradılışının başlanğıcında cövhərinə pis və heyvani vəsflər qarışıb "şübhəsiz nəfs pisliyi əmr edər" tələsinə düşmüş isə də, günahlarla mübarizə çuxurunda yoğrulub və yaxşılığı axtarış potasında bulanıq, çirkin və şeytani sifətlərdən təmizlənib pak olar.

"Ey nəfs, Rəbbinə dön" çağırışı ilə əsfəl-i safilindən (alçaqların ən alçağından) qurtulub, a'lay-i illiyyinə (yüksəklərin zirvəsinə) uçub, uluhiyət qapısında və Rəbbinin sarayının yaxınında yuva qurar.

Tənbəllik edər, asi olarsa ən çuxura düşər, ağılını istifadə edib, Allah yolunda çalışarsa ən yüksəyə qalxar.

Əsfəl-i safilinə (alçaqların aşağısına) batmaq, heyvanlar dərəcəsinə enib, şəhvət və qəzəbinə əsir olmaqdır. Ən yüksək dərəcəni əldə etmək də, şəhvət və qəzəbinə sahib olmaq və qəti olaraq onların idarəsini ələ keçirməkdir. İnsan şəhvət və qəzəbinin idarəsini ələ alınca, Uca Allah'a qulluq məqamına qovuşar. Bu məqam isə mələklərə məxsusdur. İnsanın əldə edə biləcəyi ən yüksək dərəcə budur. Bu dərəcə əldə edilib Uca Allah'a yaxın olunca, bir an üçün olsun ondan ayrılmağa dözə bilməz. Onun cənnəti bu olar. Göz, mədə və digər orqanların arzu etdiyi cənnət bunun yanında aşağı qalar.

İnsan yaradılışının başlanğıcı nöqsan və aşağı olduğu üçün, nəfsiylə mübarizəyə girmədən və onu zəyiflədici dərmanlar qəbul etmədən bu yüksək dərəcəyə qovuşmaq mümkün olmaz.

Qızılı mis və digər mədənlərdən ayırmaq necə çətin isə, insanı da heyvanlıq sifətlərindən təmizləyib mələklərin saflığına çatdırmaq üçün lazım olan dərmanı əldə etmək də o dərəcə çətindir. 

Birincisi: Belə hər şeyiylə sürüşkən və zərərli bir zəmində çox diqqətli getmək lazımdır. Minalanmış bir tarlada və ya amansız bir düşmən diyarında necə hərəkət edilməsi lazımdır, günümüzün çöl-bazarında gəzərkən də eyni diqqət və eyni sayıqlıq lazımlıdır.

İkincisi: Çölə çıxmadan əvvəl, his və duyğularımızı duruldacaq, aydın hala gətirəcək və bizim his dünyamıza təsir edəcək təsirli çarələrə müraciət edilməlidir. Bu, bir şeylər oxumaq, seyr etmək və ya dinləmək ola biləcəyi kimi, dərin bir iç mühasibəsi (haqq-hesab) etmək də ola bilər. Belə bir metafizik gərginliyə keçmədən küçəyə çıkılmamalıdır.

Üçüncüsü: Qətiyyən yalnız qalmamaq. Bizim diqqətlərimizi müraqibə edəcək və nəsihətiylə bizim ruh dünyamızı ayaqda tutacaq, dəstək olcaq bir yoldaş qazanaraq və mümkün dərəcədə çölə onunla birgə çıxmağa çalışılmalıdır.

Dördüncüsü: Gedərkən-gələrkən və gedəcəyimiz, qalacağımız yerlərdə imkan daxilində bizim hayatımızla münasibəti olan və bizi xəbərdarlıq edici havasını qoruyucu bir mələk kimi üzərimizdən əskik etməyən materialları də yanımızda götürməyə çalışmalıyıq. Günahlara qarşı bir sütre bir pərdə olacaq bu materiallar bizim daxili murâkabemizə (yoxlama, nəzər salma, haqq-hesab) vəsilə olacaq ki, belə bir daxili müraqibə ilə dolub daşan bir insanın günaha girməsi nadir hadisələrdəndir.

Beşincisi: İşlənən bir günah və xəta nəticəsində dərhal peşman olub tövbə qapısına qaçmalıyıq. Çünki günahın ən az qala biləcəyi qəlb, bir möminin qəlbidir. Orada səhvlər, gəlib keçici və günəşlə aramıza pərdə olan buludlar kimidir. Tez keçib getməlidir. Tövbədə gecikmə, ruhun o nisbətdə qaralmasına səbəb olar. Və o əsnada, digər günahlarla münasibətə keçmə yolları asanlaşar.

Onun üçün, buna meydan vermədən, xəta və günahın şəkil, keyfiyyət və böyüklüyü nə olarsa olsun, insan dərhal özünə gəlib, Rəbbin rəhmətinə sığınmalıdır

Səhabə, beynindən vurulmuş kimi Allah Rəsulunun hüzuruna gəlir və "Ya Rəsulullah, mən məhv oldum!" deyər. "Gələrkən gözüm bir qadına sataşdı və ya bir qadına toxundum." deyə də əlavə edir. Bu qırıq könül qarşısında sanki Arş ihtizaza gəlir və Cəbrayıl imdada yetişərək bu ayəni gətirir:

"Gündüzün iki tərəfində (səhər, günorta və ikindi) gecənin də yaxın saatlarında (axşam və yatsı) namaz qıl. Çünki yaxşılıqlar pislikləri (günahları) aradan qaldırar. Bu, öyüd-nəsihət almaq istəyənlərə (gözəl bir) xatırlatmadır. "[Buxari, məvaqitus-salat 4; təfsir [11.] 6; Müslim, tövbə 39; Tirmizi, təfsir [11.] 4, 6; Əbu Davud, hudud 31; İbn Macə, iqamə 193. (Hud surəsi, 11/114)]

Hələ, bərzəx aləminin nuru sayılan təhəccüdə qalxmaq, yuxunun ən şirin olduğu o anda, Rəbbə münacata qaçmaq, dua etmək, işlənən xəta və günahları ən qısa zamanda təmizləyici bir amil olraq dəyərləndirilməlidir. [Təhəccüdlə əlaqəli baxın .: Tirmizi, məvaqitus-salat 51; Əbu Davud, salat 49; İbn Macə, Məsacid 14.]

Gecənin yarısında xövf və rəca (ümid və qorxu) ilə dopdolu bir könlün O'na yalvarış və yaxarışları Cənabi-Haqq tərəfindən şübhəsiz ki hüsnü (gözəl) qəbul görəcək. Yetər ki edilən bu dua və niyazlar ixlas və səmimiyyət içində edilmiş olsun. Hər biri bir döngə başı kimi duran namaz vaxtlarında O'na qulluq və O'nun qarşısında bel qırıb boyun bükmək, iki vaxt arasındakı xəta və sürçmələrimizi əfv etdirirkən [Cənabi-i Haqqın beş vaxt namaz sayəsində qulunun günahlarını sildiyinə dair baxın .: Buxari, Mevakit 6; Müslim, Məsacid 282; Tirmizi, əmsalı 5; Nəsai, salat 7; Muvatta, səfər 91.], nafilə və təhəccüd kimi ibadətlərlə də O'nun razılığını qazanmağa səy göstərməliyik. [Qulun nafilələrlə Allah'a yaxınlaşdığına və O'nun sevgisinə məzhər olduğuna dair baxın .: Buxari, Rikak 38; Əhməd b. Hənbəl, əl-Müsnəd, 6/256. ]

Nəfsin Mahiyyəti Nədir?

NƏFSİN TƏZKİYƏSİ

TƏSƏVVÜFİ TƏRBİYƏ

Allah və Peyğəmbər sevgisini içimdə necə artıra bilərəm? Onlara olan sevgimin daha böyük olmasını istəyirəm ...

Nə üçün tam mənasıyla ibadət edə bilmirəm, Allah'a xalis bir qul ola bilmirəm? Mən dini sağlam, inancları qüvvətli bir müsəlman olmaq istəyirəm, bunu əldə etmək üçün nə etməliyəm? Nəfslə cihad ...

Nəfsimizə necə hakim ola bilərik? Nəfsin və şeytanın vəsvəsələrinə necə xilas ola bilərik?

Harama girməkdən qorxuram; harama girməmək üçün nəfsimizə necə mane olmalıyıq?

 

Risale-i Nur Külliyyatı



03-07-2015 05:15:06

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz