Ana səhifə

Heyz müddətində Qurani-Kərim, salavat və s. oxuna bilərmi


YazdırSend to friend
Sual Detayı: 
Hafizlikdə ( Quran öyrətmə kursunda ) oxuyan bir xanım heyz günlərində Qurani-Kərim əzbərləməsini Qurana əl sürmədən davam edə bilərmi ?
Cavab: 

 

Heyz və nifas halında olan bir qadına Quran oxumaq haramdır. Peyğəmbər Əfəndimiz ( sas )heyzli, nifas halında və ya cənabətli olan kimsənin Quran oxuması haqda belə buyurmuşdur : “Heyzli qadın və cənabətli olan kimsə Qurandan bir  şey oxuya bilməz ” .( Tirmizi, Təharət, 98; İbni Macə, Təharət, ,105; Darakutni, Sünən, 1/117). Bundan əlavə Hz. Əli ( r .ə. ) belə demişdir  : “Cənabətli olmaqdan başqa heç bir amil Allah Rəsulunu Quran oxumaqdan çəkindirə bilməzdi ” (Əbu Davud, Təharət, 90; Nəsəi, Təharət, 170; İbn Macə, Təharət, 105).  Bu hədislər cənabətli və heyz halında olan kimsələrin Quran oxuya bilməyəcəkləri haqda önəmli bir dəlildir.(Ayni, əl-Binayə, 1/644)

Bu hədislərə əsaslanaraq İslam alimlərinin əksəriyyətinin fikrinə görə,  heyzli qadın Qurandan  Quran oxuma məqsədi ilə bir ayət belə oxuya bilməz ,  eyni zamanda Quran ayətlərini yaza bilməzlər. Bu mövzuda  Tövrat, İncil və Zəbur da Quran kimidir.( İbn-i Abidin, Haşiyətu Rəddil-Muxtar, 1/293)


 Fatihə surəsi dua niyəti ilə oxuna bilər. Bundan əlavə, Quranda duaya bənzəyən digər ayələr də Quran oxuma məqsədi ilə deyil, dua məqsədi ilə oxuna bilər. Məsələn, “Rabbəna atina fiddünya hasənətən və filaxirəti hasənətən və qina azabənnar “  kimi.

Eyni zamanda, sevincli bir xəbər eşidən kimsə “Əlhamdulillah “ deyə bilər. Kədərli bir xəbər eşidən kimsə isə “İnna lilləh və inna ileyhi raciun” deyə bilər. (İbrahim Hələbi, Hələbi, Sağir, s.37-39; İbn-i Abidin, Haşiyətu Rəddil-Muxtar, 1/293)

İmam Malikə görə heyzli qadın üzrlü hesab olunduğu və Quran oxumağa da möhtac olduğu üçün  Quran oxumasına icazə vardır. Ancaq heyz qanı kəsildikdən sonra qüsl etmədən öncə Quran oxuya bilməz. (Zuhayli, əl-Fiqhul-İslami, 1/471)


Heyzli qadın zikr və dua edə bilər, bunlara heç bir qadağa  yoxdur.  Hətta heyzli günlərdində qadının qibləyə doğru oturaraq vaxtaşırı zikr və dua etməsi daha uyğun bir davranış tərzi olub, qadının bu günlərində mənəvi cəhətdən qidalanmasına səbəb olur.

Heyzli ve nifas halında olan qadınların və ya cünub halında olanların qünut kimi bir sıra duaları oxumasında, təsbih və təhlil kəlimələri söyləməsində , Həzrəti Peyğəmbərə ( s.a.s ) salat və salam gətirməsində heç bir qadağa yoxdur. Heyz və nifas halında olanlar Qurani Kərimi  oxuya bilmədikləri halda onu dinləyə bilərlər.

Quran öyrətmə Kursunda işləyən və ya hafizlik edən qadın, heyz halında olduğu müddətdə öyrətmə işini öz yardımçısına təhvil verməlidir. Əgər yardımçısı yoxdursa Hənəfi alimlərindən olan  Kərhi və Tahavinin bu barədəki görüşlərinə əsasən  öyrətməyini davam etdirəcəkdir. Kərhi, heyz halında olan müəllim və ya tələbənin kəlmə-kəlmə, Tahavi isə yarı-yarı olmaqla ayət oxunub Quran öyrədilməsində heç bir zərər olmadığını bildirmişlər.
Nəticə etibari ilə İslam alimlərinin əksəriyyətinin fikrinə görə,  Hənəfi, Şəfi və Hanbəli məzhəblərinə görə heyzli və ya cünub olan kimsə Quran oxuya bilməz. (Zuhayli, əl-Fiqhul-İslami, 1/471)

Suallarla İslam



26-08-2013 08:25:40

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz