Ana səhifə

Hicabın Modası Ola Bilməz?


YazdırSend to friend
Sual Detayı: 
Hicabın Modası Ola Bilməz?
Cavab: 

Təsəttür ya da hicab Hz. Adəmdən bəri insanla birlikdə var olan həm bir ehtiyac, həm bir nemət, həm də bir ibadətdir. Hz. Adəm və yoldaşı Həvvanın qadağan olunmuş meyvədən yemələri nəticəsində çılpaqlıqlarının fərqinə varıb övrətlərini cənnət yarpaqlarıyla örtməyə çalışmaları, haramı işləməklə açılıb-saçılma arasındakı əlaqəyə işarəetməsi baxımından da mənalıdır.

Qurani-Kərimdə geyim-keçimlə əlaqədar olaraq; siyab / səvb, libas, zinət, Riş/ bəzək, humur / himar, cilbab, hicab, sərabil / sirbal, təzəmmül, tədəssür və bunların ziddi olaraq da təbərruc, avrat, səv'ât kimi sözlər yer alır. Bu ifadə fərqliliyinin bir mənası da əlbəttə geyimin çox fərqli funksiyalarının ola biləcəyinə işarə etməsidir.

Bizim istifadə etdiyimiz təsəttür sözü Qurani-Kərimdə keçməz. Onun yerinə hicab sözü keçir. 

Geyinməyin ən təməl funksiyalarının bunlar olduğunu söyləyə bilərik;

- İnsanın övrətini ya da Allahın bir əmanəti olaraq qoruması lazım olan cinsəlliyini başqalarından gizləmək,

- İsti-soyuq kimi təbiət hadisələrindən qorunmaq,

- İffətini və Müsəlman şəxsiyyətini elan və izhar etmək və bəzənmək.

Bunların hamısı Allahın nemət olaraq saydığı, insanoğlunun da ən azından bir qismini təbii olaraq etmək məcburiyyətində olduğu, ya da etmək istədiyi hərəkətlərdir.

Bu funksiyalardan ikisi hicabda xüsusilə əhəmiyyətlidir: Avratı/ Cinsəllik gizləməsi, bundan başqa adamın müsəlman və iffətli olma kimliyini qarşı tərəfə göstərməsi.

Əhzab 59 Cilbab ayəsindəki  'Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir.' ifadəsindən belə bir şey aydın ola bilər. Bundan, qadın ya da kişi cinsi cazibəsini başqalarına nümayiş etmə ya da bunun üçün naməhrəmə cazibədar görünmə haqqına sahib olmadığı mənası da çıxır.

Qurani-Kərimdə xüsusilə də qadın üçün zinətin, yəni bəzənmənin mütləq mənada qadağan edilməsi sözün mövzusu deyil. Zinət, xüsusilədə qadının fitrətində var olan bir duyğudur. Təbii və fitri olan bir şeyin tamamilə qadağan edildiyi deyə bir şey yoxdur. Qurani-Kərim qadının bu fitrətinə işarə edir. Onu, "Onlar zinət içində böyüdülən və  çəkişmək zamanı aydın danışa bilməyən ..."(Zuxruf 18) deyə xarakterizə edir.

O halda zinət qadının təbii haqqıdır, təsəttür isə zinətini yadlardan gizləmək vasitəsi olaraq bir vəzifə və bir ibadətdir. Elə isə geyimin birbaşa özünün zinət olması bu funksiyasıyla təzad meydana gətirə bilər vəbu baxımdan da təsəttürün moda ilə uzlaşdırılması çətinləşər.

Əslində cənnətdə övrətlərinin açılması vəyarpaqlarla bağlanma həm Adəm həm dəHəvva üçün sözün mövzusu idi. Amma indiki vaxtda təsəttür deyilincə daha çox qadın ağla gəlir. Əlbəttə kişi üçün də olması lazım olan ən az bir təsəttür vardır.

Bunda cinsi cazibə baxımından qadının kişidən daha irəli olmasının da təsiri olmuş ola bilər. Bu baxımdan təsəttür deyilincə ilk ağla gələn kişi deyil qadın olmuşdur. Kişinin paltarının bəzək olma xüsusiyyəti də fitrət fərqliliyi səbəbiylə qadınınkına nisbətən daha az istənən bir şeydir.

İslam ənənəsində qadının təsəttürünün şəklindən çox onda olması ya da olmaması lazım olan xüsusiyyətlərdən söz edilir.

Bu xüsusiyyətləri qadın geyimi üçün sayan alimlər bu şərtlərdə ittifaq edir kimidirlər:

- Qadının geyimi bütün bədənini, Hənəfilərə görə əllər və üz xaric, örtməlidir.

- Xarici geyimi bir bəzənmə və təbərruc (açılıb saçılmaq və bəzənməklə gözə girməyə çalışmaq) vasitəsi qılınmamalıdır.

- Bədən xətlərini ifadə edəcək şəkildə dar və şəffaf olmamalıdır.

- Müsəlman olmayanların xüsusi geyimlərinə bənzəməməlidir.

- Kişi geyimi kimi olmamalıdır.

- Yad kişilərin olduqları mühitlərdə cazibədar qoxular daşımamalıdır.

- Şöhrət geyimi olmamalıdır.

Təbərruc, naməhrəmlər üçün özünü görünür və baxılır hala salmaq üçün edilən hər məşğuliyyətdir.

Şöhrət geyimi isə kişi üçün də söz mövzusudur və bir hədisi şərifdən alınmadır. Rəsulullah (sas) diqqət çəkəcək dərəcədə lüks və əzəmətli, yenə diqqət çəkəcək dərəcədə cır-cındır və köhnə-kürüş (yırtıq) geyməyi qadağan etmişdir.

Məsələ bu şərtləri daşımaqla bərabər təsəttürlə modanın birlikdə olub ola bilməyəcəyi məsələsidir.

MODA İLƏ TƏSƏTTÜR (HİCAB) UZLAŞA BİLƏR?

Təsəttürün ittifaqla qəbul edilən şərtləri ilə modanı moda edən xüsusiyyətlərini yan-yana düşündüyümüzdə moda ilə hicabın hansı ölçüdə uzlaşa biləcəyini, ya da uzlaşa bilməyəcəyini anlaya bilərik:

Təsəttürdə naməhrəmə baxmama və baxdırmama əsasdır. Yəni hicablı bir qadın hicabı ilə 'mənə baxma!' demiş olur. Halbuki moda 'mənə bax' deməyin ifadəsidir.

Hicabda 'təbərruc' haramdır. Təbərruc yəni görünməyə çalışmaqdır. Halbuki moda başdan ayağa təbərrucdur.

Hicab ucu Hz. Adəmə söykənən bir ənənənin davamıdır. Halbuki moda köhnəni zibilə atmağın adıdır, sabah təkrar dəyişəcək olan bu anı yaşamaqdır.

Hicabda şöhrət, istənməyən bir şeydir. Rəsulullah (sas) 'şöhrət libasını' lənətləmişdir.Şöhrətin hər iki ucu da pislənmişdir.

Hicab israfın haram olduğu bir düşüncənin və ehtiyacın məhsuludur. Halbuki moda saf israfdır.

Hicab bir şəxsiyyəti, kimliyi və fərdiliyi simvollaşdırır. Halbuki moda təqlid etmənin məhsuludur.

Hicabın əsl ölçüsü mənəvi yönüdür, o bir ibadətdir, moda isə nümayişdən, riyadan və görünəndən ibarətdir.

Moda bir baxımdan da 'qərargahınız evləriniz olsun' deyilən qadınların ictimai həyatda və aktiv iş həyatında bir ehtiyaca bağlı olmadan, sırf iqtisadi azadlıq adına əndamlarını ortaya atmalarının qaçınılmaz bir nəticəsidir.

Moda və göstəriş tərzindəki hicab müasirliyin və dünyəviləşmənin bir təzahürüdür.

Bütün bu səbəblərdən ötəri moda ilə hicabın uzlaşma imkanı görünmür. Amma müsəlmanların öz aralarında məşhur bir ənənə halına gəlmiş bir geyim formasına riayət etməsi də, ayrılıb diqqət çəkməmə baxımından olması gərəkli olan bir şeydir.

Yazıçı:

Prof. Dr. Faruk Beşer



07-09-2016 05:22:46

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz