Ana səhifə

Hz. Əlinin uşaqları haqqında məlumat verərsiniz?


YazdırSend to friend
Sual Detayı: 
Hz. Əlinin uşaqları haqqında məlumat verərsiniz?
Cavab: 

Hz. Əlinin oğlu Muhsin (və ya Muhassin) çox kiçik yaşda vəfat etmişdir. Ayrıca Hz. Əlinin Hz. Həsən və Hz. Hüseyndən başqa bir çox uşağı vardır.

 

Hz. Əli, Haşimoğullarındandır. Hz. Peyğəmbərin əmisi Əbu Talibin oğuludur. Onun xanımları və bunlardan olan uşaqlarını belə təsbit etmək mümkündür:

 

1) Hz. Fatimə: Hz. Peyğəmbərin (s.ə.s.) ən kiçik qızıdır. Hz. Əlinin də ilk xanımıdır. Hz. Fatimə vəfat edənə qədər, Hz. Əli bir başqası ilə evlənməmişdir. 1 Hz. Fatimədən olan uşaqları Həsən Hüseyn və Muhsin, Zeynəb və Ümmü Gülsümdür. Hz. Ömər xəlifəikən, Hz. Peyğəmbərin vəfatından Əvvəl dünyaya gələn Ümmü Gülsümlə evlənmək istəmiş və evlənmişdir. Onun Ümmü Gülsümlə evlənmək istəməsi, "bütün səbəblərin kəsildiyi Qiyamətdə, ancaq Hz. Peyğəmbərin nəsli və səbəbinin kəsilmədiyini" bilməsindəndir. Zeynəb də (Zeynebu'l-Kübra) Abdullah b. Cəfərlə evlənmişdir.

 

2) Amir b. Kilab Qəbiləsindən Ümmü'l-Benin binti Hizam. Hz. Əlinin, bu xanımından Abbas, Cəfər, Abuddullah və Osman adlarında dörd uşağı olmuşdur.

 

3) Onun xanımlarından biri də, Temim Qəbiləsindən Leyla binti Məsuddur. Bunun iki uşağı olmuşdur: Abdullah və Əbu Bəkir.

 

4) Xasamı Qəbiləsindən Əsmə binti Umeys. Bu xanımından, Yəhya və Muhammedul-Asgar (Kiçik Məhəmməd) dünyaya gəlmişdir.

 

5) Cuşem b. Bəkir Qəbiləsindən Sahba binti Rəbiyə adlı qadın da, onun xanımlarındandır. Bu, Tağlibli bir kölə qadın idi. Hz. Əlinin bu nökərdən Ömər və Ruqiyyə adlı iki uşağı olmuşdur (Bir nökərin sahibi, nigaha gərək qalmadan, nökəri ilə evlilik əlaqəsinə girə bilər. Buna istifraş deyilir. Milki and [sahib olmaq> milki nikahdan daha qüvvətli olduğu üçün, nökərini sahibi istifraş edə bilər, yəni yatağına ala bilər. Nökər, belə bir-birlikdəlikdən uşaq doğsa Ümmü Veled=Uşaq Anası adını alar. Satıla bilməz. Uşaq azad olar. Ümmü vələd də ya sahibinin azadlamasıyla yaxud onun ölümüylə avtomatik olaraq azadlığına qovuşar. Ayrıca, İslama görə, bir başqasının nökəri ilə, sahibinin icazəsi ilə evlənilə bilər.).

 

6) Hz. Peyğəmbərin kürəkəni Ebu'1-As b. Rebinin qızı Ümamə də, Hz. Əlinin xanımlarından biridir. Muhammədu'l-Evsat da (Ortancıl Məhəmməd) bu xanımdan olmuşdur.

 

7) Havle binti Cəfər əl-Hanefiyye. "İbni Hanefiyye" deyə bilinən Məhəmməd, bu xanımından olmuşdur.

 

8) Urve b. Məsud es-Sekafinin qızı Ümmü Səid. Hz. Əlinin bu xanımından Ümmüt-Hüseyin və Böyük Remle adlı qızları olmuşdur.

 

Bunlardan başqa, Hz. Əlinin əldə etdiyi nökərlərdən olma qızları və uşaqları vardı. Hz. Əli 14 oğlan, 18 qız uşaq sahibi idi. Lakin nəsli, Hz. Həsən, Hz. Hüseyn, Məhəmməd (İbni Hanefiyye), Abbas və Ömər adındakı oğullarından törəmişdir. Oğullarından çoxu Hicrətin 60-cı İlində Kərbəlada şəhid edilmişdir.

 

1- Əhli Beyt, Hz. Fatimə ilə əlaqədar hədislərə baxın. "Hz. Fatimə məndən bir parçasıdır. Onu üzən şey məni də üzər." Uşaqları üçün baxın. Tarihu'l-Hamis. II, 283

 

2- Geniş məlumat üçün baxın. Osmanlıda Köləlik Nökərlik və Hərəm, s. 208 vd. Çox evlilik yerinə nökərlərin istifraş edilə bilməsi. A. g. e., s. 212 vd.; Ubancı, M. A. Osmanlıda Müasirləşmə Sancısı. Camal Aydın, istanbul 1988 s. 359-365; kölələr mövzusuna baxın. İslam Tarixi, Hitti, II, 369-371 (Kölələr Təbəqəsi); Ehkamı Quranıya, s. 133, 136; nökər evləndirmək haqqında ehkamı Quraniyaə mövzusu.

 

Qaynaq: Hz. Əli, Dörd Xəlifə Dövrü, Dos. Dr. Murad Sarıcıq



22-01-2010 12:13:10

Düğüme özel