Ana səhifə

Hz. Adəm (ə) -dən əvvəl insan sivilizasiyaları olubmu?


YazdırSend to friend
Sual Detayı: 
Əssəlamu Aleykum. 1) Hz. Adəm (ə)-ın 7000 il əvvəl yarandığı barədə hədis varmı? Tapılan insan fosillərinin daha qədim olduğu iddia edilir. 2) Hz. Adəm (ə)-dən əvvəl digər insan və ya ona bənzər sivilizasiyalar olubmu?
Cavab: 

Va aleykumussalam va rahmətullah!

Adəm aleyhissalamın yaranmasının müddətini və ya tarixini bildirən heç bir hədis yoxdur. Tapılan insan qalıqlarının daha qədim olması bunun Adəm aleyhissalamdan əvvəl olmasına heç bir şəkildə dəlalət etmir. Adəm əleyhissalamdan əvvəl hansısa bir sivilizasiyanın olması qəti olmamaqla yanaşı insanın olmaması qətidir. Hər həqiqəti bilən Allahdır.

Hz. Adəm (as) 'dən öncə dünya da yaşayan bir insan topluluğu yoxdur. Bəhsi keçən topluluq cin növündəndir. Cinlər də insanlar kimi yaxşılığa və pislik və azğınlıq edə bilər və fəsad çıxara bilər bir nəfsə sahibdir.

İnsanlığın atası Adəm əleyhissəlamdır. Bu səbəblə ondan öncə başqa insanların olduğunu qəbul etmək, bu mövzudakı ayələrə zidd hökm vermək anlamına gəlir.

İnsanlardan öncə bu dünyada cinlərin yaşadığına dair rəvayətlər vardır. Necə ki bu ayədə keçən "Xəlifə" təbiri Adəm əleyhissalamdan öncə şüurlu varlığın olduğunu göstərir:

"Düşün o zamanı ki, Rabb'in mələklərə xitabən:"Mən yerdə bir xəlifəni yaradacağam!" dedi. Mələklər də:" Yerdə fəsad çıxaracaq, qan tökəcək kimsələri mi yaradacaqsan! Halbuki biz, həmdinlə səni təsbeh və təqdis edirik." dedilər. Rabb'in də:"Sizin bilmədiyinizi mən bilirəm! " deyə onlara cavab verdi." (Bəqərə, 2/30; İşaratül-İ'caz, səh.201)

"Xəlifətun - Xəlifə": Bu təbir, yer kürəsinin insanların həyatına əlverişli şərtləri daşımazdan əvvəl, burada şüurlu bir varlığın, məxluqun yaşamış olduğuna və o varlığın həyatına o zamandakı yer kürəsinin vəziyyətləri müvafiq və əlverişli olduğuna işarədir. O şüurlu varlıqlar isə cinlərdir. Ayrıca,

"Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım." (Zariyat, 51/56)

ayəsində cinlər öncə keçməkdədir. Bu da cinlərin insanlardan öncə yaradıldığına bir işarədir.

Cənab-ı Haqq, sual soruşmaları üçün icazə verdiyi zaman mələklər müşavirə əsnasında, "Orada qan tökəcək və fitnə çıxaracaq birini yaradacaqsan?" deyə soruşmuşdular. Mələklərin bu suallarını etiraz mənasında, -haşa- Allah'ı tənqid şəklində düşünməməlidir. Çünki mələklərin Cənab-ı Haqqın fellərinə etiraz etmə qabiliyyətləri yoxdur. Onlar günahsız varlıqlardır. Günah işləməzlər və işləyə bilməzlər də. Bu səbəbdən, belə bir etiraz etməyə məsumiyyətləri əngəldir. Elə isə, sual sormalarının hikməti nədir?

Mələklərin daha öncə şahid olduqları bir məlumatları vardı. Necə ki daha öncə yer üzündə yaşayan cinlər, dünyada fəsad törətmiş, orada qan tökmüş, zülm etmişdilər. Mələklər bunları bilirdilər. İnsanların da Allah'a üsyan edəcəklərindən, yer üzündə təkrar fəsad çıxaracaqlarından qorxdular və belə bir sual soruşdular. Mələklər bu məlumata, ya Allah'ın bildirməsiylə bələd olmuşlar və ya lövhi-məhfuz`a baxıb oradan öyrənmişlər yaxud da insana qəzəbi və şəhvani qüvvələrin veriləcəyindən anlamışlar.

 

Yer üzündə insanlardan öncə kimlər vardı?

Qur'an-ı Kərimdə keçən bəzi ifadələrdən yer üzündə insanlardan əvvəl insanlar kimi mükəlləf bir qisim varlıqların da yaşadığı aydın olmaqdadır. Ancaq bunların necə bir varlıqlar olduğu haqqında qəti bir şey söyləmək mümkün deyil. Bu barədə Bədiüzzaman bunları söyləməkdədir:

"Mən yer üzündə özümə bir xəlifə yaradacağam" (Bəqərə, 2/30) ayəsindəki "Xəlifə" təbiri, dünyanın, insanların həyatına əlverişli şərtlərə sahib olmazdan əvvəl yer üzündə idraklı (düşünən) bir məxluqun olmuş olduğuna və o məxluqun həyatına o zamandakı yerin əvvəlki vaziyetleri müvafiq və uyğun olduğuna işarədir. "Xəlifə" təbirinin bu mənaya dəlaləti, hikmət gərəyidir. Amma məşhur olan mənaya görə, o idrak sahibi məxluq, cinlərin bir cür (növü) imiş; etdikləri fəsaddan dolayı insanlar ilə dəyişdirilmişlərdir. (1)

Hədisçilər və təfsirçilərin fikirlərini toplayan Abdullah Aydemir, "Təfsirdə İsrailiyyat" adlı əsərində bu mövzuda ortaya atılmış görüşlərə dəlil təşkil edən, "Bir zaman Rəbbin mələklərə:" Şübhəsiz mən yer üzündə bir xəlifə yaradacağam 'demişdi. Mələklər də: 'Biz səni həmdinlə təsbeh və tənzih etdiyimiz halda -Orada fəsad çıxaracaq, qanlar tökəcək- kimsə yaradacaqsan?' deyə cavab vermişdilər. Allah (da): "Sizin biləməyəcəyinizi hərhalda mən bilirəm 'demişdi." ayəsinin təfsiri münasibətiylə, təfsirçilərin bir çox şeyə təmas etdiklərini, bunlardan birinin də ərzin (yer üzü) Adəm'dən öncəki sakinlərinə aid məlumatlar olduğunu söyləyər.

Abdullah İbn Ömər (ra): "Cân oğulları deyə anılan cinlər, Adəm (as) 'in yaradılmasından iki min il əvvəl yer üzündə idilər. Yer üzünü fitnə və fəsada vermək surətiylə pozduqları və qanlar töküb cinayətlər işlədikləri üçün, Allah onlara qarşı mələklərdən mütəşəkkil bir ordu göndərdi. Mələklər tərəfindən yaxşıca hırpalanan bu fəsadçılar dənizlərdəki adalara sığınmaq surətiylə canlarını qurtara bildilər. Bunun üzərinə Cənab-ı Haqq mələklərə: "Mən yer üzündə bir xəlifə yaradacağam ...." dedi.

İbn-i Abbas belə deyir: İnsan palçıqdan yaradıldı. Yer üzündə ilk öncə cinlər yaşayırdılar. Onlar ərzdə qanlar axıtdılar, bir-birlərini öldürdülər. Allah onlara İblisin komandanlığında mələklərdən əsgərlər göndərdi. İblis ilə onun əmri altında olanlar, o biri cinlərlə döyüşərək, onları dənizlərdəki adalara və dağların ətrafına qoydular. Bu zəfəri qazandıqdan sonra İblisin qəlbində qürur doğuldu və: "Mən, kimsənin etmədiyi bir iş etdim" deyə öyündü. Allah onun qəlbində doğan bu qüruru bildi. İblisin yanındakı mələklər bunu bilmirdilər. Cənab-ı Haqq, İblisin yanında olanlara: "Mən yer üzündə bir xəlifə yaradacağam" dedi. Buna qarşılıq olaraq mələklər: "Sən, bizim özlərini qovmağa məmur edildiyimiz cinlərin etdiyi kimi orada fəsad törədəcək və qan tökəcək biri mi yaradacaqsan?" dedilər. (2)

(1) İşaratül-İ'caz, s. 201.

(2) Təbəri, Təfsir, I, 195-214; Tarix, I / 1,107-112;

 

 

Hz. Adəmdən qiyamətə qədər insanlığın ömrü 7000 (yeddi min) ildir, deyə bir hədis var mıdır?

Bəli, bu mövzuda bəzi rəvayətlər vardır. Bu rəvayətlərin keçdiyi mənbələrdən bəziləri bunlardır:

Kənzul-Ummal, h.no: 16459.

Təzkirətu'l-Məvduat, I / 223.

Saxavi, əl-Makasıdu'l-həsənə (Deylemî'dən nəqlən), I / 693, h.no: 1243.

Munavî Feyzü'l-Qədr, III / 547; h.no: 4278 (Deylemî'dən nəqlən).

 

Bəyazid Bistami, Miftahu'l-Cifr adlı əsərində, "Sabilər və digər üç səmavi dinin mənsublarının dünyanın ömrünün 7000 il olduğunda ittifaq etdiklərini" söyləyər.

Qur'an'da insanlığın və kainatın yaşı barədə məlumat var mıdır?

Qur'an-ı Kərimdə insanlığın keçmişi və kainatın təşəkkül zamanı ilə əlaqəli müxtəlif ayə və hədislər mövcuddur. Ancaq, bunlarda məsələ, ya işarə növ'indən nəzərə verilmiş, ya da təşbihlərlə ifadə edilmişdir. Bu səbəblədir ki, gərək Hz. Adəm (as) 'in nə qədər zaman öncə yaradıldığı və gərəksə kainatın yaşının nə olduğu barəsində müxtəlif rəvayətlər söz mövzusudur.

Qur'an-ı Kərimdə, göylərin və yerin altı gündə, ərzin iki gündə, bitki və heyvanların isə dörd gündə yaradıldığı nəzərə çatdırılır. (Hud, 11/7; Furkan, 25/59; Fussilet, 41/9-12.)

Bir hədisdə də, Allah'ın torpağı şənbə, dağları bazar günü, ağaçları bazar ertəsi, mədənləri çərşənbə axşamı, Nur'u çərşənbə günü, heyvanları cümə axşamı günü, Hz. Adəm (as) 'i də cümə günü əsr vaxtının sonunda yaratdığı göstərilir. (Canan, l., Kütüb-i Sitte Muhtasarı Tercüme ve Şerhi. VI/393, Akçağ Basım Yayın Pazarlama, Hadis no: 1692, 1989, Ankara.)

Cənabi-Haqq, bir ayəti-kərimədə bir günün, bizim saydığımız günlərlə min il, bir başqa ayədə isə, əlli min il olduğunu nəzərə çatdırır. Bu səbəbdən burada "gün" təbirindən nəyin başa düşülməsi lazım olduğu xüsusunda tam bir aydınlıq olmadığı üçün, İslam alimləri arasında mövzuya fərqli yanaşmalar olmuşdur. (Hac, 22/47; Mearic, 70/4.)

Kosmosda hər bir planet və ulduzun hərəkəti fərqlidir. Dünya öz ətrafında bir gündə dönərkən, Merkuri bu dönüşünü, dünya günü ilə 58.5 gündə edər. Dünyanın günəş ətrafındakı fırlanması bir il ikən, Plutonun günəş ətrafında bir dəfə fırlanması 248 ildir. (Taşkın, T. Uzay ve Ötesi. Boğaziçi Yayınları, İkinci baskı, 1-280, 1995.)

 

 



27-10-2014 03:26:28

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz