Ana səhifə

Hz. Adəm və Hz. Həvvanın dünyaya endirilişi necə olmuşdur, üzərlərini necə örtdülər təsəttür o zaman var idi?


YazdırSend to friend
Sual Detayı: 
Hz. Adəm və Hz. Həvvanın dünyaya endirilişi necə olmuşdur, üzərlərini necə örtdülər təsəttür o zaman var idi?
Cavab: 

Allah insanlığa mədəniyyəti Peyğəmbərlər vasitəsi ilə bildirmişdir. Bu nöqtədə insanlıq tarixində ümumi bir vəhşilik yaşanmamışdır. Peyğəmbərlərin olduğu yerlərdə mədəniyyət - öz zamanlarına görə - vardı. Peyğəmbərlərin olmadığı yerlərdə isə, insanların vəhşi və kobud olduğunu bilirik. Tarix kitabları da həmişə insanlığın vəhşilik tərəfini göstərməyə çalışmışdır. Bunda bəzi səbəblər vardır:

 

Bunların başında, bəzi dinsiz qrupların, insanları İslam dinindən və Allaha imandan uzaqlaşdırmağa işləri gəlməkdədir. Necə ki, elmi sahədə insanları təkamül boş sözü ilə aldadıb " möminlərin inandığı Allah - haşa - yoxdur. Hər şey öz-özünə olmuşdur. Elm də belə söyləməkdədir" deyə qışqırıq qopardıqları kimi, bu fikirin davamı olan " təkamülləşən insan əvvəli yarı meymun, sonra insan oldu. Lakin ilk insanında hamısıyla bədəvi və oxuma, yazma, danışma bilməyən cahil bir şəkildə idi" fikri hər tərəfə yayıldı. Beləcə bu çirkli ideologiyaya Tarix elmini də alət etmiş oldular. Halbuki hər peyğəmbər, bir mədəniyyət gətirmiş və ilk insan da Hz. Adəmdir və peyğəmbərdir. Bu səbəbdən Hz. Adəm (ə.s) ilə başlayan insanlıq, öz zaman və zəmininə görə mədəni idi, vəhşi deyildi. İndiki zamanda belə, oxuma yazma bilməyən və vəhşi olaraq yaşayan insanlar olduğu kimi, o zamanda daha çox bədəvi və vəhşilik hakim idi. Amma bu vəziyyət başda söylədiyimiz kimi ümumi deyildi.

 

Ayrıca Allah Quranı Kərimdə Hz. Adəmə hər şeyin adını, mənasını və nə üçün yaradıldığını öyrətdiyini, imtahanda Hz. Adəmin mələklərə üstün gəldiyini bildirir. Bu səbəblə ilk insanın bu günki mənada bir danışmağı bildiyi və səslərlə razılaşdıqları dəqiq bir şəkildə ortaya çıxmaqdadır.

 

Bu qədər var ki, ilahi peyğəmbərlərdən bu ilk mədəniyyət dərsini almış olan insanlar, sonra bu mədəniyyətdən uzaqlaşa uzaqlaşa ilk dərsi unudaraq vəhşi olmuşlar, daha sonra təkrar mədəniyyətə girmişlər.

 

Hz. Adəm və Hz. Həvvanın örtünmələri mövzusunda Qurani Kərimdə belə bəhs edilməkdədir:

 

- Lakin o Şeytan onlara, gözlərindən gizlənmiş olan ədəb yerlərini ortaya çıxarmaq üçün vəsvəsə verdi. Onlara belə dedi: "Rəbbinizin sizə bu ağacın meyvəsini qadağan etməsinin tək səbəbi, sizin mələklərdən və ya ölümsüz həyata nail olanlardan olmanızı önləməkdir" deyərək, özünün onların yaxşılığını istədiyinə dair and üstünə and içdi.

 

- Beləcə onları aldadaraq mövqelərindən saldı. Belə ki: O ağacın meyvəsini dadar dadmaz, ədəb yerlərinin açıq olduğunu fərq etdilər. Dərhal, tapdıqları cənnət yarpaqlarıyla ədəb yerlərini örtməyə başladılar. Onların Rəbbi buyurdu: "Mən sizi o ağacdan daşınmağa çağırmadım? Mən Şeytanın sizin aydın düşməniniz olduğunu söyləmədim? Nə üçün Məni dinləmədiniz də bu pərişan vəziyyətə düşdünüz?"

 

- "Ey bizim Rəbbimiz, özümüzə zülm etdik. Əgər Sən qüsurumuzu örtüb, bizə mərhəmət etməzsənsə, ən böyük itkiyə çatanlardan olarıq" yalvardılar.

 

- Buyurdu ki: "Bir-birinizə düşmən olaraq enin! Sizə dünyada bir müddətə qədər qalma və faydalanma imkanı verirəm: Orada yaşayacaqsınız, orada öləcəksiniz və yenə oradan dirildilib məzardan çıxarılacaqsınız." (Əraf Surəsi, 20-25)

 

Örtülməsi lazım olan yerləri örtmək, namusu qorumanın ilk şərtidir. Çılpaqlıq, öyünüləcək bir şey deyil, primitivlik və Cahiliyyədir. Cahiliyyə dövrü ərəbləri, Kəbəni çırıl çılpaq tavaf edirlər, bunu fəzilətli bir iş tərzində edirdilər. Çılpaqlığı yaymaq Şeytanın təşviqi ilə olunca, Allah Təala, örtünmənin və paltarın insanın maddi və mənəvi bəzəyi olduğunu, şeytana uyğun gəlib övrət yerlərini açmamaq lazım olduğunu xatırladır. Allahın hikməti, digər bir çox canlı məxluqun fitrətinə, həya və örtünmə duyğusu qoymayıb möhkəm, gözəl və təbii bir paltar vermişdir. Həya duyğusu verdiyi insanı, tək onu çılpaq yaratmışdır. Beləcə insan, həm örtünmə əmrini tutmanın savabına çatmaqda, həm də dünyadakı xəlifəlik vəzifəsini isbat etməkdədir. Çünki bütün dünyaya yayılan heyvan və bitkilərdən və digər maddələrdən əldə etdiyi paltarlarla, bütün varlıqlar üzərindəki qənaət və idarə etmə gücünü, xəlifəliyinin təzahürlərindən birini göstərməkdədir.

 

Diqqət yetirilsə ayələrdə Hz. Adəm və Hz. Həvvanın əvvəl ədəb yerlərinin gizli olduğu sonradan şeytanın aldatmasıyla ədəb yerlərinin açıldığı, lakin dərhal bağladıqları izah edilməkdədir. Deməli, ədəb yerlərin bağlanması lazım olduğunu bilirlər.

 

Qurani Kərim Təfsiri

(Əlmalili Məhəmməd Həmdi Yazar)



26-12-2009 07:21:07

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz