Ana səhifə

Hz. Aişə, (Rəsulullah Allahı gördü deyən yalan danışmış olar) buyurdu.


YazdırSend to friend
Sual Detayı: 
Hz. Aişə, (Rəsulullah Allahı gördü deyən yalan danışmış olar) buyurdu. (Buxari) Bu mövzuda bir şərh edərsiniz?
Cavab: 

İmam Rəbbani həzrətləri buyurur ki: (Əhli sünnə alimləri, sözbirliği ilə "Allahu təala dünyada görülməz" buyurdu.) (Məktubat, 283)

 

Qurani Kərimdə buyuruldu ki: (Onu [Allahı> gözlər idrak edə bilməz.) (Ənam 103)

İmamı Nəvəvi, (Gözlər idrak edə bilməz demək, Onun şəxsinin həqiqətini gözlər idrak edə bilməz deməkdir. Yoxsa görmək haqqdır) buyurdu.

 

Övliyanın böyüklərindən Mövlana Xalidi Bağdadi həzrətləri buyurur ki: (Dünyada Allahı gördüm deyən kafirdir. Övliyanın ürək gözü ilə görməsi görmək deyil.) (Etiqadnamə)

 

İmamı Qəzali həzrətləri də, (Allahı dünyada görmək mümkün olmaz) buyurur. (Əhya)

Allahu təala, Hz. Musaya buyurdu ki: (Sən məni görə bilməzsən.) (Əraf 143)

 

İmamı Rəbbani, Mövlana Xalidi Bağdadi, Seyid Abdülkadiri Geylani həzrətləri kimi böyük şəxslər isə, Peyğəmbər əfəndimizin Miracda Allahı gördüyünü, ancaq bunun dünya görməsi ilə deyil, axirət görməsi ilə görmək olduğunu bildirdilər.

 

Dünyada Allahı görmək qeyri-mümkün olduğu üçün, Hz. Aişə, (Rəsulullah Allahı gördü deyən yalan danışmış olar) buyurdu. (Buxari)

 

Miracda Allahı gördü

 

Fiqh və hədis elmlərində müctəhid və övliyanın böyüklərindən S. Abdülkadiri Geylani həzrətləri buyurur ki:

 

(Mirac gecəsi Rəsulullah, Allahu təalanı gördü. Çünki Cabir bin Abdullah, Peyğəmbər əfəndimizin (Nəcm) surəsində, (Əlbəttə Onu gördü) ayəsi üzərinə, (Əlbəttə Rəbbimi gördüm) buyurduğunu və eyni surənin (Sidrət-ul-müntəha yanında) ayəsi üzərinə, (Mən sidrət-ul-müntəhada Rəbbimi gördüm.) buyurduğunu bildirmişdir. İsra surəsini 17-ci ayəsinin təfsirində, İbni Abbas həzrətləri buyurdu ki: (Mirac gecəsində Rəsulullah, Allahu təalanı gördü.) (Gunyetut talibin)

Əhli sünnə alimləri, (Allahı möminlər görər, lakin cəhənnəmdə kafirlər görə bilməz) buyurur.

İmamı Şafi və İmamı Malik, Mutəffifin surəsinin, (Kafirlər o gün Rəblərini görməkdən məhrum qalacaqlar) tərcüməsindəki ayəni açıqlayarkən buyurur ki:

(Bu ayə, möminlərin Allahu təalanı görəcəklərinə bir dəlildir. Elə olmasaydı, kafirlər görə bilməz buyurulmazdı.) (Hazin)

İmamı Rəbbani həzrətləri, Ənam surəsinin 103-cü ayəsini açıqlayarkən, (Möminlər, axirətdə Allahı görəcəklər) buyurur. (c. 3, m. 44 və 90)

Abdülhakı Dehlevi həzrətləri, (Dünyada Allahu təala başa düşülmədən bilinəcəyi kimi, axirətdə də başa düşülmədən görüləcək) buyurur.



10-12-2009 01:29:10

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz