Ana səhifə

Hz. Aişə, (Rəsulullah Allahı gördü deyən yalan danışmış olar) buyurdu. (Buxari) Bu mövzuda bir şərh edərsiniz?


YazdırSend to friend
Sual Detayı: 
Hz. Aişə, (Rəsulullah Allahı gördü deyən yalan danışmış olar) buyurdu. (Buxari) Bu mövzuda bir şərh edərsiniz?
Cavab: 

İmamı Rəbbani həzrətləri buyurur ki: (Əhli sünnə alimləri, sözbirliği ilə "Allahu təala dünyada görülməz" buyurdu.) (Məktubat, 283)

 

Qurani Kərimdə buyuruldu ki: (Onu [Allahı> gözlər idrak edə bilməz.) (Ənam:103)

İmamı Nəvəvi, (Gözlər idrak edə bilməz demək, Onun şəxsinin həqiqətini gözlər idrak edə bilməz deməkdir. Yoxsa görmək haqqdır) buyurdu.

 

Övliyanın böyüklərindən Mövlana Xalidi Bağdadi həzrətləri buyurur ki: (Dünyada Allahı gördüm deyən zındıqdır. Övliyanın ürək gözü ilə görməsi görmək deyil.) (Etiqadnamə)

 

İmamı Qəzali həzrətləri də, (Allahı dünyada görmək mümkün olmaz) buyurur. (Əhya)

Allahu təala, Hz. Musaya buyurdu ki: (Sən məni görə bilməzsən.) (Əraf: 143)

 

İmamı Rəbbani, Mövlana Xalidi Bağdadi, Seyid Abdülkadiri Geylani həzrətləri kimi böyük şəxslər isə, Peyğəmbər əfəndimizin Miracda Allahı gördüyünü, ancaq bunun dünya görməsi ilə deyil, axirət görməsi ilə görmək olduğunu bildirdilər.

 

Dünyada Allahı görmək qeyri-mümkün olduğu üçün, Hz. Aişə, (Rəsulullah Allahı gördü deyən yalan danışmış olar) buyurdu. (Buxari)



22-02-2010 06:03:22