Ana səhifə

Hz. Fatimənin toyu, ailə həyatı və cehizi.


YazdırSend to friend
Sual Detayı: 
Hz. Fatimənin toyu, ailə həyatı və cehizi.
Cavab: 

Mədinəyə hicrət etdikdən sonra Hz. Fatiməni Hz. Əbu Bəkir, Hz. Ömər və daha başqa səhabələr atasından istədilər. Ancaq Peyğəmbərimiz bu istəkləri nəzakətlicə geri çevirir və gözləyirdi. Hz. Əli də Fatiməyə talib oldu və Peyğəmbərimiz qızının bu mövzudakı fikirini alaraq Allahın vəhy ilə icazə verməsindən sonra Əli ilə Fatimənin evlənmələrinə qərar verildi. Daha sonra nigahları da Məsciddə qıyıldı. Mehir olaraq Hz. Əlidən dörd yüz dirhəm gümüşü uyğun hesab edən Əfəndimiz onun zirehi və atından başqa bir şeyinin olmadığını öyrənincə zirehini satmasını söylətir. Hz. Əli dörd yüz dirhəm gümüşə zirehini satar və bunun dörd yüz dirhəmi mehir olaraq Hz. Fatiməyə verilər. Ancaq Fatimə bu mehri çox görər; özünə ən gözəl mehrin qiyamət günü İslam ümmətinin Peyğəmbərin şəfaəti ilə bağışlanılması olacağını söyləyər və bu mövzuda dua edər. Ancaq özü üçün ayrılan dörd yüz dirhəmi toy xərclərinə xərclənmək üzrə hədiyyə edər. Nikah məsciddə Peyğəmbərimizin bir xütbəsi ilə elan edilər: "Allaha həmd... uca Allah evlənməyi bir vəzifə, ədalət, və geniş bir xeyr etmişdir. İndi Allahu Təala mənə qızım Fatiməni Əli b. Ebu Talibə evləndirməmi buyurmuşdur. Ey səhabələrim mən də sizi şahid edirəm ki Əli b. Əbu Talib mövcud ənənə və Allahın əmri ilə söyləyəcəyim şeyi qəbul etsə dürd yüz dirhəm gümüş mehirlə qızım Fatiməni onunla evləndirdim. Uca Allah özlərinin varlıqlarını bir yerə gətirsin və bunu özlərinə mübarək etsin. Rəbbim nəsillərini təmiz, özləri ilə uşaqlarını geniş rəhmətinin açarı, uca hikmətinin qaynağı və Məhəmməd ümmətinin təhlükəsizlik səbəbi etsin. ...Rabbimdən özüm və sizin üçün bağışlama diləyirəm." Hz. Əlinin şərtləri qəbul etməsi üzərinə sadə bir mərasimlə nigah qıyılar və qonaqlara bal şərbəti xurma və gül suyu verilər. Daha sonra xurma, yağ və süzülmüş qatıqdan edilən bir də toy yeməyi verilər. Yeməyin az olmasına baxmayaraq yeddi yüz qonağın yediyi halda Allahın bərəkətləndirməsi ilə çatıb artar.

Atasından ayrılıb Hz. Peyğəmbər məscidinə bitişik, torpaq evə yerləşərkən cehiz və ev əşyası olaraq bunları aparmışdı: Üç ədəd döşək, bir xalça. bir yastıq iki un üyüdən, bir su dərisi, bir su bir su stəkanı, bir ələk, bir dəsmal, bir qoç postu köhnə bir kilim, xurma yarpağından hörülmüş bir sidr, iki paltar, uzunlamasına örtdüklərində ayaqları enləməsinə örtdüklərində başlarını açıqda buraxan bir kiçik yorğan.

Hz. Peyğəmbər qızını evləndirməklə ondan qopmadı, əlaqələri azalmadı; yenə hər səhər onları namaza qaldırar, səfərə çıxacağı zaman ən son vidalaşacağı adam Fatimə olar; döndüyündə isə xanımlarından əvvəl ona baş çəkərdi. Hz. Peyğəmbər bu yeni yuvaya çox əhəmiyyət verir; İslam ümmətinin gələcəyini bu yuvanın təsir edəcəyini bilərək onları istiqamətləndirir, öyrədirdi. Hz. Əli və Hz. Fatimə arasında iş bölümünü şəxsən özü etmişdi.

Cahiliyyə ənənəsində ağır işlərdə əzilən qadınların əksinə Hz. Fatimə yalnız evin daxili işlərdən, Hz. Əli də xarici işlərindən məsul olacaqdı.

Müsəlmanların çəkdiyi çətinliklər və döyüşlər bu ailəni də təsir edir, Hz. Fatimə də digər müsəlmanlar kimi yarı aç yarı tox yaşayırdı; Peyğəmbər qızı olmasından ötəri heç bir imtiyazı yox idi. Hz. Əlinin iqtisadi vəziyyəti ümumiyyətlə yaxşı olmamasına baxmayaraq Beytul-Maldan haqqlarından çox bir şey almadılar. Hz. Əli ticarət edib dünya malı yığma yerinə Hz. Peyğəmbərin katibliyini edir, İslam ümməti üçün elm yığırdı. Hz. Fatimə isə ovucları qabarana qədər un üyüdüb öz işini edirdi. Bu yuvada bərk qaydalar yox idi; Hz. Əli ev işlərində Hz. Fatiməyə köməkçi olurdu. Hz. Fatimə də Hz. Əliyə. Fatimənin ev işlərində çox yorulduğunu görən Hz. Əli Peyğəmbərimizə gələrək bir xidmətçi verib verə bilməyəcəyini soruşduğunda Hz. Peyğəmbər, "Ya Fatimə, Allahdan qorx; Rəbbinin fərzini ifa et; yoldaşının xidmətinə bax. Yatağına girdiyində otuz üç dəfə təsbeh oxu, otuz üç dəfə həmd et, və otuz dörd dəfə təkbir gətir. Bunların cəmi yüzdür; bunları oxumağın sənin üçün daha xeyirli olacaq" deyərək bu istəyi geri çevirdi; onlar da razı oldular.



22-01-2010 12:11:36

Düğüme özel