Ana səhifə

Hz. Həsən ilə Hz. Hüseynin qısaca həyatı.


YazdırSend to friend
Sual Detayı: 
Hz. Həsən ilə Hz. Hüseynin qısaca həyatı.
Cavab: 

Cavab 1-

 

Hz. Peyğəmbərin nəvəsi, Hz. Əli və Hz. Fatimənin böyük oğlu (H. 3-49/M.625-669) olan Hz. Həsən, Cəməl Hadisəsi və Sıffın Döyüşündə atasının yanında olmuşdu. Atasının 661 ilində şəhid edilməsindən sonra Kufəlilər ona beyət edərək xəlifə olaraq tanıdılar. Bunu xəbər alan Hz. Müaviyə ona qarşı bir ordu hazırlatdı. Hz. Həsən, Müsəlman qanının axmaması və öz safında iştirak edənlərin döyüşə qarşı istəksizliyinin də təsiri ilə bəzi şərtlər müqabilində xilafəti Hz. Müaviyəyə təslim etdi. (Bahaüddin Varol, Əhli Beyt Həqiqəti, Şamil Nəşriyyat, İstanbul t. y., s. 250-251)

 

İslam tarixinə H. 41/661 ilinə bu andlaşmadan ötəri birlik ili mənasını verən "amü'l Cemaa" deyilmişdir. Beləcə öz tərəfdarları içində iştirak edən Xaricilərin fikirlərini mənimsəyən bir qrup ilə qardaşı Hz. Hüseynin müxalifətinə baxmayaraq, Hz. Müaviyə ilə razılaşaraq, Hz. Peyğəmbərin işarə etdiyi kimi Müsəlmanlar arasında qan tökülməsini önləmiş və insanların qısa bir müddət üçün də olsa barış və dinclik içində yaşamalarına vəsilə olmuşdur. Hz. Həsən daha sonra ailəsi ilə birlikdə Mədinəyə getdi. Həyatının qalan qisimini orada siyasətdən uzaq bir şəkildə keçirdi. H. 49/M.669 tarixində vəfat etdi. (Ethem Ruhi Fığlalı, "Həsən" , TDV İslam Ensiklopediyası, c. 16, İstanbul 1997, s. 283)

 

Hz. Həsənin halim, səlim, comərd, sakit, təmkinli, barış yanlısı, siyasi gözləmə və mənfəətlərdən uzaq qala bilmiş fərqli bir şəxsiyyət sərgilədiyi qaynaqlarda görülməkdədir. 6 Hz. Hüseyn ilə birlikdə Hz. Peyğəmbərin nəsilini günümüzə qədər davam etdirən iki şəxsiyyətdən biridir.

 

Cavab 2:

Hz. Hüseyn (r.ə.)

 

Hz. Peyğəmbər (s.ə.s.)in Hz. Fatimə (r.ə.)dan nəvəsi, Hz. Əli və Hz. Fatimənin ikinci oğlu. Hicrətin dördüncü ili Şaban ayının beşində dünyaya gəldi.

 

Hz. Hüseynin adını Peyğəmbər Əfəndimiz qoydu. Hz. Hüseyn doğulduğu zaman, Cəbrayıl (ə.s.) gəlib "Ya Məhəmməd! Rəbbin sənə salam deyir. Oğuluna, Harunun oğulunun adını qoy deyir" dedi.

 

Peyğəmbər Əfəndimiz "Ey Cəbrayıl: Harunun oğulunun adı nədir?" deyə soruşdu.

 

Cəbrayıl (ə.s.) "Şəbir" dedi.

 

Peyğəmbərimiz "Mənim dilim, Ərəbcə:" buyurdu.

 

Cəbrayıl (ə.s.) "Elə isə, bunun Ərəbcə qarşılığı olan Hüseyn adını qoy" dedi (Diyar bəkri, əl-Hamis, 1,471).

 

Hz. Hüseyn, Hz. Peyğəmbər (s.ə.s.)a çox oxşayırdı. Hz. Əli (r.ə.) "Həsən, Rəsulullaha sinəsindən başına qədər olan qisimində, Hüseyn də bundan aşağı olan qisimində çox oxşayırdı" (Əhməd b. Hənbəl Müsnəd, 1, 108) demişlər.

 

Hz. Peyğəmbər (s.ə.s.) Hz. Həsən və Hz. Hüseyn (r.ə.)a son dərəcə düşkün olub onları çox sevərdi. Onların haqqında,

 

"Allahım: Mən, bunları sevirəm. Sən də sev bunları" (Tirmizi Sünən V, 661).

 

"Həsən və Hüseyn, mənim dünyada gözlədiyim iki reyhanım" (Əhməd b. Hənbəl, Müsnəd, II, 288);

 

"Həsən və Hüseyni sevən, məni sevmiş, onlara kin tutan da mənə kin tutmuşdur" (Əhməd b. Hənbəl, Müsnəd, II, 288);

 

Peyğəmbər Əfəndimiz (s.ə.s.) Hz. Həsən və Hz. Hüseynin istədikləri qədər oynayıb əylənmələri üçün onlara yoldaşlıq edər, bir uşaq kimi onlarla oynayardı. Hz. Hüseyn, Rəsulullah (s.ə.s.)dan dəvə olmalarını istədiklərində dərhal yerə əyilər və onları mübarək kürəyinə alardı. Arxasından da "Bundan gözəl dəvə ola bilər?" buyururlardı.Kərbəlada Hz. Hüseynin qohumlarından yetmişiki adam şəhid oldu. Sanki Əhli beyt, tam məhv edilmək istənmişdi. Kufəlilərdən də səksən 88 adam ölmüşdü.

 

Hz. Hüseyn, Hicri 61-ci ilin on Məhərrəmində şəhid olmuşdu. Şəhid düşdüyündə 57 yaşında idi.

 

Hz. Hüseynin şəhidliyi Ömər b. Sad'ı və Yezidi dərin bir şəkildə təsir etmiş və kədərlənmələrinə gətirib çıxarmışdı. Ancaq bu kədərlənmələrin nə mənası ola bilərdi. Hz. Hüseynin şəhidliyinə yol, açan əvvəlcə Yezid olmuşdu.

 

Şamil İ.A.



22-01-2010 12:14:27

Düğüme özel