Ana səhifə

Hz. İbrahimin oğulunu qurban etməsi.


YazdırSend to friend
Sual Detayı: 
Hz. İbrahimin oğulunu qurban etməsi.
Cavab: 

Bu ayəni izləyən ayələrdə Hz. İsmayılın qurban edilməsi əmrinin həm onu həm də atası Hz. İbrahimi sınamaq məqsədiylə olduğu ifadə edilməkdədir. Ayrıca Hz. İbrahimin bir oğlu olduğunda Allaha qurban edəcəyinə dair bir əhdi vardır. Yuxu bunu xatırlatmış, oğulunu qurban etməyə təşəbbüs göstərməsiylə əhdini yerinə yetirmiş olmasıdır və Allah bağışlayaraq onun yerinə bir qoç göndərmişdir. Əlaqədar ayələrin(Saffat, 101-107) təfsiri belədir;

Nə vaxt ki bərabərində çalışmaq çağına çatdı, ona Allah üçün ediləcək bir iş, bir itaət göstərmək üzrə ey balam! dedi, mən yuxumda görürdüm ki mən səni qurban edirəm. Artıq bax nə görərsən? Nə deyərsən, nə fikirdə olarsan? Deyilir ki, Hz. İbrahim, bunu Zilhiccənin səkkizinci, doqquzuncu, onuncu yəni tərviyə, ərəfə, nahir gecələri sıra ilə üç gecə görmüşdü. Peyğəmbərlərin yuxusu vəhy, təbirləri də vəhy olduğundan Hz. İbrahim belə görmüş və belə təbir etmiş və dolaysı ilə belə vəhy almış olmaqla bu, yerinə yetirilməsi vacib haqq, bir əmr olmuş olurdu. Bunun üzərinə onu zorla  etməyə cəhd etməyib, əvvəl yerinə yetirilmə şəklini müşavirə etmək üzrə belə fikirini soruşaraq təbliğ etdi ki, bununla əvvəlcə onun itaət və boyun əyməklə əcr və savaba çatmasını təmin etmək istədi. Düşünməli, bunu söyləyərkən "ey oğlum!" deyə xitab edən bir atanın ürəyində nə yüksək bir şəfqət duyğusu olur və ona nə qədər böyük bir vəzifə eşqi, Allah sevgisi hakim olurdu.

Və ona böyük bir qurbanlıq ilə fidyə də verdik. Yəni İbrahimə oğulunun yerinə kəsilmək üçün böyük bir qurbanlıq qurtuluş fidyəsi də verdik. Boğazlamağa başlamaqla yuxu reallaşdırılmış olub da "Yuxunu təsdiq etdin" deyə səs edildikdən sonra fidyənin mənası nə ola bilər? Bunu ən gözəl açıqlayan istiqamət budur: Deyilir ki, İbrahim (ə.s.) bir oğlu olsa, Allah yolunda qurban edəcəyini həsr etmişdi. Sonra unutmuş, yuxu bunu xatırlatmışdı. Onun üçün səs olunduğu zaman yuxu reallaşdırılmış olmaqla birlikdə əhd yerini tapmamış olduğundan bu fidyə onu belə hökm dəyişdirmək surətiylə tamamlamış və ayrıca bir nemət olmuşdur. Bundan ötəri İmamı Azam demişdir ki: Uşağını qurban etməyi həsr edənə bir qoyun kəsmək vacib olar. Görəsən o böyük qurbanlıq nə idi? Çoxları cənnətdən gəlmə, ağ və bir rəvayətdə emlah, yəni alaca və a'yen, iri gözlü bir qoç idi demişlər ki, yəhudilərin fikri də buna uyğundur. Bəziləri də Sebir dağından enmə bir va'l, yəni dağ keçisi demişlər. Böyüklüyünü də bəziləri maddi olaraq, iri quruluşlu deyə, bəziləri də mənəvi böyüklük və əhəmiyyətlə təfsir etmişlər. Tək bir peyğəmbər deyil, bəlkə ata və oğul iki peyğəmbərin çətinliyini qaldıran və xüsusilə nəslindən peyğəmbərlərin sonuncusu gələcək bir peyğəmbərin fidyəsi olan və cənnətdən gələn bir qurbanlıq əlbəttə böyük olar. Bəziləri də demişlər ki, böyüklüyü ondan sonra sünnə və din olması etibarı ilədir.

Ən yaxşısını Allah bilər.

 

Haqq Dini Quran Dili



26-12-2009 07:20:31

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz