Ana səhifə

Hz. Müaviyə haqqında məlumat verə bilərsiniz?


YazdırSend to friend
Sual Detayı: 
Hz. Müaviyə haqqında məlumat verərsiniz?
Cavab: 

 

Hz. Müaviyə (r.ə.) Əbu Süfyan (r.ə.) və Hind (r.ə.)ın oğuludur. Özü Məkkənin Fəthindən əvvəl Müsəlman olduğunu və bunu ailəsindən gizlədiyini söyləmişdir. Məkkənin fəthindən sonra Huneyn Gazvesinə qatılmış və qənimətdən pay almışdır.

Hz. Əbubəkr zamanında Suriya tərəfinə gedən orduya qardaşı yezid ilə qatılmışdır. Hz. Ömər zamanında isə Dəməşq Valisi olan qardaşı Yezid, valiliyi qardaşına vəfatı anında buraxdı və Hz. Ömər bunu təsdiqlədi.

Hz. Osman zamanında isə bütün Suriyanın valisi oldu. Hz. Osmanın vəfatından sonra Hz. Əliyə beyət etmədi və Hz. Osmanın qatillərinin qanını istədi. Yığdığı tərəfdarlar ilə Sıffin də Hz. Əli ilə vuruşdu. Hz. Əli vəfat edib, Hz. Həsən xəlifə olduğunda isə, Hz. Müaviyə ilə vuruşmağı fitnə çıxması narahatlığıyla buraxıb xəlifəliyi Hz. Müaviyəyə buraxdı və Hz. Müaviyə Kufəyə gəlib xalqdan beyət aldı.

Hz. Müaviyə H. 60 ilində (digər bir rəvayətdə H 50 ilində ) vəfat etmişdir. Hz. Müaviyə (r.ə.) İslamın seçkiyə dayanan xilafət sistemini səltənətə çevirməklə tənqid edilmişdir. Ancaq bu unudulmamalıdır ki, Hz. Müaviyə də bir səhabədir və Rəsulullahın (s.ə.s.) heç bir ayrı-seçkilik etmədən bütün səhabələrini (təmizə çıxarmış) hansı olursa olsun dil uzadanı lənət etmişdir. Bütün əhli sünnə üləması, bunu mühüm bir əsas olaraq qəbul etmişdir. Ayrıca, o zamanda olan hadisələrdə qədərin payını da laqeyd yanaşmamaq lazımdır. Rəsulullah (s.ə.s..), səhih hədis kitablarının ifadəsi ilə, Hz. Müaviyə haqqında xeyir-dua etmiş və Hz. Ömərdən bir rəvayətdə Hz. Müaviyə üçün "Allahım, onunla (insanlara) hidayətini çatdır" deyə dua etdiyini bildirməkdədir. (Tirmizi Menakıb hədis nömrə: 3842)

Hz. Müaviyə dövrü, islam fəthlərinin davam etdiyi bir dövrdür. Xülasə; Hz. Müaviyə (r.ə.) də daxil olmaq üzrə heç bir səhabə haqqında, etdiklərindən ötəri ittiham və sui zənn edilə bilməz. Bu, həm Hz. Peyğəmbərin (s.ə.s.) hədisləri ilə və həm də əhli sünnə alimlərinin ittifaqı ilə caiz deyil və edənlərə lənət edilmişdir.

Həzrəti Müaviyə İslamın yayılmasında çox qiymətli xidmətlər göstərdi. Sicistan, Sudan, Əfqanıstan, Buxara, Hindistanın şimal qisimi, Tunis bunun zamanında alındı. Kipr Bizansdan qurtarıldı. Qüds geri alındı. Yenə zamanında, İstanbul əhatə edildi; hər il yüklü vergi vermək şərti ilə əhatə etmə qaldırıldı.

Peyğəmbər əfəndimiz özünə , " Məndən sonra ümmətimin yerinə hakim olarsan. O zaman yaxşılara yaxşılıq et! Pislik edənləri də bağışla!" buyurmuşdu. Rəsulullahın bu xeyir-duasının bərəkəti ilə, İslam Hz. Müaviyə zamanıda bu qədər yayıldı.

Hz. Müaviyə, Peyğəmbərimizdən çox hədis rəvayət etmişdir. Bu hədislərdən bir neçəsi bunlardır:

"Allahu təala kimə yaxşılıq arzu etsə, onu din alimi edər və dayanana zərər verəcək şeyləri ona bildirər. Ona doğrunu göstərər."

"Əməl bir qab kimidir, sonu yaxşı olsa əvvəli də yaxşı olar."

"Ya Rəbbi, onu doğru yolda saxla!"

Hz. Müaviyə ömürünün son günlərində oxuduğu bir xütbədə bunları söylədi:

"Ey insanlar! Üzərinizdə çox qaldım. Sizi usandırdım. Artıq ayrılmaq istəyirəm. Siz də məndən ayrılmaq istər oldunuz. Lakin sizə məndən daha yaxşısı gəlməz. Necə ki məndən əvvəl gələnlər, məndən daha yaxşı idilər. Kim Allahu təalaya qovuşmaq istəsə, Allahu təala da ona qovuşmaq istər. Ya Rəbb! Sənə qovuşmaq istəyirəm, sənə qovuşmamı nəsib et! Məni mübarək və məsud et!"

Baxın. Canan İbrahim, Kutubu Sittə müxtəsəri tərcümə və şərhi XIII. 30-33; I. 518-530

 



22-01-2010 12:10:17

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz