Ana səhifə

Hz. Yusuf ilə Züleyxa hadisəsini xəbər verən ayədə "Əgər Rəbbinin bürhanını görməsəydi, o da qadına meyl edəcəkdi" deyilməkdədir. Bu ayədə keçən "burhan" nədir?


YazdırSend to friend
Sual Detayı: 
Hz. Yusuf ilə Züleyxa hadisəsini xəbər verən ayədə "Əgər Rəbbinin bürhanını görməsəydi, o da qadına meyl edəcəkdi" deyilməkdədir. Bu ayədə keçən "burhan" nədir?
Cavab: 

    Əlaqədar ayənin tərcüməsi belədir:

"Doğrusu, xanım ona sahib olmağı əməlli-başlı ağlına qoymuş və buna cəhd də etmişdi. Əgər Rəbbinin burhanını görməsəydi, o da qadına meyl edəcəkdi. Biz, ondan pisliyi və föhşü uzaqlaşdırmaq üçün məhz belə etdik. Çünki o, ixlasa nail edilmiş qullarımızdandı. "(Yusuf, 12/24)

    İlk olaraq bunu qeyd edək ki, Hz. Yusuf aleyhissalam'ın ona meyl etməsi, insanın fitrətində, yaradılışında var olan təbii bir duyğunun -iradəsi xaricində- hərəkətə keçməsi mənasındadır. Qur`anın bu ifadəsi, bir tənqid deyil, tərif mənasınadır. Çünki, əgər Hz. Yusuf'un qadınlara qarşı fitri,təbii bir meyli olmasaydı, ondan uzaq qalmağın təriflənəcək bir yanı olmazdı. Önəmli olan, bu qeyri-məşru (haram) olduğu qədər qeyri-ixtiyari olan meyli, öz ixtiyarı ilə, azad iradəsi ilə saxlamaqdır. Məhz Hz. Yusuf gördüyü burhanla ən doğru yolu izləmişdir.

    Hz. Yusuf'un gördüyü bu "burhan" mövzusunda alimlərin fərqli fikirləri vardır. Bunları qısaca belə açıqlaya bilərik:

   a. Buradakı "burhan" dan məqsəd, Allah'dan gələn və bu əməlin çirkinliyini göstərən bir ilhamdır. Bu görüş daha üstünlük təşkil etməkdə və yuxarıdakı açıqlamalardan da daha doğru olduğu anlaşılmaqdadır. Hz. Yusuf`u qoruyan, onun İlahi əsma və sifətə olan bilgisi və Allahû Təalâ'nın elminə, qüdrətinə və onun hər an Səmi 'və Basir olduğuna dair yəqinidir (şəkksiz, şübhəsiz imanı). Başqa bir ifadə ilə desək, müzakirə mövzusu "burhan" dan məqsəd, təhlükə ərz edən hallarda və kədər anlarında mömin və muxləs (xalis edilmiş) qulların yararlandığı və onları şeytani təsirlərdən və nəfsanî vəsvəsələrdən qoruyan İlahi yardımlar və Rəbbani təsdiqləyicilərdir.

    Ayənin sonlarında keçən cümlələr, bunun ən gözəl şahidi və dəlilidir. Ayənin sonunda belə buyurur:

    "Bax, beləcə biz, bunu, pislik və föhşü ondan uzaqlaşdırmaq üçün etdik. Şübhəsiz ki, o ixlaslı qullarımızdandı. "

    Göründüyü kimi, Allah-u Təala, Hz. Yusuf'un bu bəla və pislikdən qorunmasının səbəbi olaraq, onun muxləs qullardan olduğunu göstərir. Sanki bu İlahi qoruma, xalis imana və təmiz əməllərə sahib olanlara bir mükafat olaraq bəxş edilməkdədir.

     Onsuz da bu ayədəki şərhə əlavə olaraq, başqa ayələrdə də şeytanın muxləs qullara hər hansı bir təsirinin mümkün olmadığını (Hicr, 15/40; Sad, 38/83) şeytanın bir etirafı olaraq xəbər verilmişdir.

    Bununla yanaşı bu şərhlər da edilmişdir:

    b. Əlaqədar burhan, Hz. Yusuf'un o anda qeybdən eşitdiyi bir səsdir. Bu səs "əsla ha!" deyirdi.

    c. Atası, Hz. Yaqub -Allah'ın inayətiylə- oradaca göründü və onun üçün əngəlləyici bir burhan oldu.

   d. O anda Hz. Yusuf'a "Şübhəsiz sizin hər şeyinizi qeyd altına alan şərəfli -mələk- katiblər sizi izləməkdədir" tərcüməsindəki ifadə -qeybdən- gözünə göründü. (bax. Razi, Zəməxşəri, əlaqədar ayənin təfsiri).

    Bu mövzuda oxşar başqa şərhlər da vardır. Ancaq, daha öncə də ifadə edildiyi kimi, bu mövzuda (a) variantı ən qüvvətli fikir olaraq qəbul edilə bilər. Bu xüsus imtahan sirrinə daha uyğun, Hz. Yusuf'un təqvasına daha münasib, onun iffətli vəsfinə daha müvafiqdir.

    Allah'ın ilhama əsaslanan Bürhanı, layiq olan hər kəsə aid ola bilər. Səmimi olaraq Allah'ın əmr və qadağalarına riayət etmək istəyən və bu səmimiyyətini praktikada, əməldə də göstərən insanlara, -yanlışa sürüşməklə qarşı-qarşıya qalacaqları anlarda- Allah'ın ilham deyilən daxili xəttdən o qulu ilə ünsiyyət qurması və ona xəbərdarlıq edərək köməyinə gəlməsi sonsuz rəhmət və hikmətinin şəninə yaraşan bir lütfdür.

    Necə ki bir hədis-i şərifdə bu gerçək belə vurğulanmışdır:

"Allah bir quluna xeyir murad edərsə, onun içindən özünə yaxşılıqları əmr edən, pisliklərdən çəkindirən bir nəsihət edici və bir xəbərdar edici təyin edər"

   Zeynu'l-İraqi, bu hədisin sənədinin həsən olduğunu söyləmişdir. (bax. Tahricu əhadisil-İhya-İhya ilə birlikdə-, 3/11; Acluni, 1/78; Kənzul-Ummal, h. No: 30762)



10-04-2017 02:46:03