Ana səhifə

İman-əməl münasibəti


YazdırSend to friend
Sual Detayı: 
I. İman-əməl münasibəti
Cavab: 

    İman, dil ilə iqrar və qəlb ilə təsdiq etməkdir1. Digər bir ifadə ilə Peyğəmbərin sallallahu aleyhi və səlləm Allah tərəfindən gətirib təbliğ etdiklərinin tamamını qəlbən qəbul və təsdiq etməkdir. Bəzi etiqadi məzhəblər fərz ibadətlərin, bəziləri isə hətta sünnələrin, yəni əməllərin imanın ayrılmaz hissəsi olduğunu iddia edirlər. Onlara görə, hər hansı bir səbəblə əməlin tərk edilməsi imanın tərki deməkdir. Yəni iman əməllə düz mütənasibdir. Birinin yoxluğu o birinin yoxluğuna gətirib çıxarır tezisini irəli sürürlər. Əvvəlcədən qeyd edək ki, başda məzhəb imamları olmaqla əksəriyyət üləma bu fikirlə razılaşmamış, belə bir iddiaya qarşı çıxaraq bunun dinin prinsiplərinə uyğun olmadığını müxtəlif prizmalardan izah etmişdirlər. Əhli-sünnə əqidəsi bu məsələ qarşısında aşağıdakı əsaslara istinad edərək əməllə imanın bir-birinə bağlı olmadığını, əməl olmadığı yerdə imanın həmişə var olacağını bildirmişlər.

    Əvvəlcə qeyd edək ki, imanın qəlb işi olduğu bir Qur`an düsturudur. Bəzi ayə və hədislər göstərir ki, iman və əməl bir-birindən ayrıdır. Hətta demək yerinə düşər ki, bütün göstəricilər əməlin imanın nəticəsi olduğunu işarə edir. Belə ki, Allah Quran- da belə demişdir:

man gətirən bəndələrimə de: “(Vaxtlı-vaxtında lazımınca) namaz qılsınlar, onlara verdiyimiz ruzidən xərcləsinlər.” (İbrahim, 14/31)

   Ayədən göründüyü kimi, Allah əməl etmələri üçün müraciət etdiyi, yaxud əmr etdiyi kəsləri “bəndələrim” adlandırır. Qəlbində iman olan bəndələrini əməl etməyə çağırır. Sözsüz ki, belə bir əmrə məsuliyyətsiz yanaşanlar, yaxud tənbəllər, günahkar möminlərdir və cəzaları da ayələrlə bildirilmişdir 2Bu möhtəvada ayələr aşağıdakılardır:

Allah onların qəlblərinə imanı yazdı.” (Mücadələ, 58/24.)

lə iman sizin qəlblərinizə daxil olmamıdır (Hucurat, 49/14. 40 . Nəhl, 16/106)

Qəlbi imanla sabit olduu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla” (Nəhl,16,106)

Hədisi-şəriflərə gəlincə, “təmizlik imanın yarısıdır” (Müslim, Təharə, 2), “imanınız duanızdır(Buxari, man, 2), möminin iman baxımından ən üstünü əxlaqca üstün olanıdır (Tirmizi, İman) kimi bir çox rəvayət vardır, ancaq burada birini qeyd etmək daha açıq izaha malik olması baxımından önəmlidir.

Həzrət Peyğəmbər demişdir: “man yetmiş şöbədir. Ən üstündə “Allahdan baqa ilah yoxdur” sözünü qəbul etmək və ən aaısında isə insanlara əziyyət verən bir eyi yoldan qaldırmaq durur. Həya da imanın bir parçasıdır.(Buxari, İman 3; Müslim, İman 57-38/3536; Əbu Davud, Sünnə, 15; Tirmizi, İman 6; Nəsai, İman 16; İbn Macə, Müqəddimə, 9)

   Əhli-sünnə imamları imanın əməldən cüz olmadığı görüşündə həmrəydir. Onların nəzdində “əməl yoxdursa, iman da olmaz” fikri düzgün bir fikir deyil. Çünki belə bir mülahizə dinin bir çox prinsipləri ilə ziddiyyət təşkil edir. Məsələyə tək tərəfli baxmaq doğru nəticəyə aparmaya bilər. Belə ki, bir insanın namazsız və ya orucsuz gün keçirməsi sadəcə tənbəllik səbəbilə qılmadığı günlərdə olmur. Qadınların hər ay günlərlə namazsız, orucsuz keçirdiyi heyz günlər əməlsiz qaldığı günlərdir. Qadın olsun, kişi olsun ramazan ayında hamı tutduğu halda xəstə, səfəri və taqətsiz orucsuz keçirir. Bu səpkidə İmam Əzəm Əbu Hənifənin görüşlərini şərh edən Aliyyul-Qari demişdir:

“İman əməldən, əməl də imandan, ayrıdır. Çünki çox vaxt mömin əməl etmə mükəlləfiyyətindən azad ola bilər. Ona görə: Əməl fərağat etdiyi vaxt iman da fərağat edər deyilməsi caiz deyildir. Uşaq dünyaya gətirən bir ananın zahılıq müddətində ibadət mükəlləfiyyəti olmursa, belə bir qadının imanı da olmaz demək mümkünsüzdür. Yaxud heyz və zahılıq halında qadına imanı da tərk etməsi əmr edilir deyilə bilməz. Həmçinin “kasıb zəkatdan azaddır” deyilir, kasıba iman lazım deyildir demək mümkünsüzdür. Əgər iman əməldən bir hissə (cüz) olsaydı əməlin olmayacağı hallarda iman da olmaması lazım gələrdi. Halbuki bu paradoksdan ibarətdir.” 3

_____

1. Əbu Hənifə Numan bin Sabit, əl-Fiqhul-Əkbər, (tərc: Fi- zuli Hüsiyev), Bakı 2014, s 113.

2. Mülk, 67/2; Taha, 20/112; Hucurat, 49/9; Bəqərə, 2/178; Təhrim, 66/8.

 

3. Aliyyu1-Kari, Fıkhı-Ekber Şerhi, (Trc. Yus 



08-04-2018 03:50:35

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz