Ana səhifə

İcarəyə verilən evin zəkatı necə hesablanır?


YazdırSend to friend
Sual Detayı: 
Assalamu aleykum. Xahiş edirəm deyəsiniz, mən 10 ay müddətində uca ALLAHın mənə yetirdiyi pulla əlavə ev almışam, məqsədim həmin evi təmir edib gəlir mənbəyi kimi kirayəyə verməkdir, niyətimdə var idi ki, hər ay həmin puldan zəkat verim, hazırda həmin pulu mənzilin alınmasına sərf etmişəm, belə olduğu halda mən nə etməli və zəkatı necə cıxartmaliyam. Allah sizdən razı olsun.
Cavab: 

Va aleykumussalam!

Kirayə gəlirinin digər gəlirlərdən bir fərqi yoxdur. Məsələn, bir illik kirayə gəlirləri toplanaraq hesablanmaz. Zəkat verilməsi lazım olan gün, əldə olan ümumi pula baxılır, əgər nisab miqdarına çatıbsa onun zəkatı verilər.Qızılnın bu günə məzənnə qiyməti 58 manat 63 qəpik hesabı ilə nisab miqdarı təxminən 4807 manat 66 qəpikdir

Sadə bir şəkildə izah edək. Tutaq ki, hal-hazırda bütün ehtiyaclarınız çıxıldıqdan sonra əl vurulmadan bir kənarda qalan pulunuz (maşın, istifadə olunan ev və digər bu kimi şəxsi ehtiyaclarınızı ödəyən şeylər bura aid deyil), zinət əşyanız nisab miqdarın keçir. Bir ildən sonra bu gün həmin pul yenə nisab miqdarından çoxdursa, o halda həmin pulun 2,5 %-i, yəni 1/40 hissəsi zəkat olaraq verilməlidir. Yox əgər bir ildən sonra kənara qoyduğunuz pul nisaba çatmırsa o zaman sizə zəkat düşmür o il üçün. Qeyd edək ki, ilin başında nisab miqdarına çatan hənmin pulun il ərzində artıb-azalmasının heç bir önəmi yoxdur. Əsas məsələ, ilin sonunda o pulun yenə nisab miqdarını keçmiş olmasıdır.

İkinci bir görüş də var.  Bu görüşə görə, kirayə gəlirinin 1/10 (onda biri) zəkat olaraq verilər.

Zəkat haqqında məlumat verərsiniz? Niyə zəkat verməmiz lazımdır? Kimlərin zəkat verməsi lazımdır? Sədəqə və zəkat eyni şeylər ola bilərmi?

 

Kasıb və miskin kimdir? Nisab miqdarı malı olanların zəkat verməsi lazımdır?

 

Zəkatın fərz olması üçün tələb olunan zənginlik ölçüsü necə hesablanır?

 

Həmçinin zəkat haqda burdan ətraflı öyrənə bilərsiz: səh 579



21-06-2015 12:03:21

Düğüme özel