Ana səhifə

İÇKİ SATILAN YERDƏN ALIŞ-VERİŞ ETMƏK CAİZDİRMİ? BU HAL DİNİ CƏHƏTDƏN DOĞRUDURMU?


YazdırSend to friend
Sual Detayı: 
İÇKİ SATILAN YERDƏN ALIŞ-VERİŞ ETMƏK CAİZDİRMİ? BU HAL DİNİ CƏHƏTDƏN DOĞRUDURMU?
Cavab: 

İçki satılan yerdən alış-veriş etmək caizdirmi?

Hal-hazırda spirtli içkilər təssüf ki, ən kiçik məhəllə dükanına çatana qədər bir çox yerə girmiş olur. (yəni hər yerdə satılması üzücü bir haldır) Dinimizin gətirdiyi prinsiplər çərçivəsində bu vəziyyəti narahatlıq verici bir hal kimi qiymətləndirmək lazımdır. Digər zəruri ərzaq və içki maddələrindən əlavə, dükanında içki saxlayıb satanların daşıyacaqları ağır günahın fərqinə varıb ən qısa zamanda imtina etmələri hamımızın ortaq təmənnisidir.

İçki satan dükan və marketlərdən alış-veriş etmə məsələsinə gəlincə:

Əsas olaraq, bu davranış çox hüzur verici bir iş deyildir. Bu baxımdan, mümkündürsə, içki olmayan yerlərdən alış-veriş edib zəruri ehtiyacları oralardan qarşılama cəhəti seçim edilməlidir. Ancaq zərurət halı müstəsnadır. Məsələn, yaşadığı yerdə içkisiz dükan olmayan və ya səfər halında zəruri ehtiyacı olan bir Müsəlman, əlbəttə ki, o yerlərdən bu ehtiyaclarını alma məcburiyyətində qalacaq.

Yeri gəlmişkən, bu barədə göstəriləcək həddindən artıq və balanssız bir həssaslığın, müsəlmanın əvvəlcə vəzifəli olduğu İslami xidmətlərin o ətrafda inkişafına mane olacağı da gözdən uzaq tutulmamalıdır. Halbuki insanların irşada möhtac olduqları bir zamanda müsəlmanların onlardan qopması heç də arzu edilməyən bir işdir.

Ancaq bu da qeyd edilməlidir ki, spirtə qarşı cəmiyyət səviyyəsində başladılacaq bir boykot çərçivəsində, içkili restoran, ərzaq və bənzər iş yerlərinin boykotu da düşünülə bilər. Belə bir kampaniyaya cəmiyyətimizin, hətta dünya cəmiyyətlərinin böyük bir ehtiyacı vardır.

Eyni zamanda bu, müsəlmanın çiynindəki "pislikdən çəkindirmək" vəzifəsinin də bir zərurətidir. Amma, təkrar ifadə edək ki, belə bir kampaniya cəmiyyətin böyük bir əksəriyyətinə mənimsədildikdən və hətta dövlətin də dəstəyi təmin edildikdən sonra başladılmalıdır. Məsələn, sərxoşluq verən içkilərin bir təmimnamə nəşr edilərək dükan və marketlərin xaricində, məsələn yalnız "tək şeylər satılan dükanlarda" satılması təmin edilə bilər.

Müsəlmanların bu xüsusdakı həssaslıqlarının fərqinə varan bəzi ərzaq və market sahiblərinin iş yerlərində spirtli içki saxlamadıqlarını "ayrıca" ifadə etmələri də müsbət bir inkişaf olaraq gözə dəyməkdədir.

Qumar oynadan çayxanalarda çay və içkiləri içmək də bunun kimi bir məcburiyyət olmasa gərəkdir. Məqbul səbəblərlə və həmsöhbəti narahat etməyəcək bəhanələrlə, bu kimi yerlərin satdığı çay və sərinləşdirici içkilər kimi şeylər içilməyə bilər. Fəqət, yuxarıda da ifadə edildiyi kimi, həmsöhbət olduğumuz kimsəylə müsbət mənada bir münasibət qurma halı varsa, ikramı rədd etmək onu incidəcəksə qəbul etmək ən uyğunudur.

Bundan başqa bu xüsusu da bildirmək yerində olar:

İstər içki satan dükandan, istərsə də qumar oynadan çayxanalardan alınan və içilən içki xaricindəki qida, təmizlik vəsaiti kimi şeylər halaldır. Onlara məkruh və haram demək mümkün olmaz. Lakin, bunda az da olsa, belə haram işləyən kimsəyə və müəssisəyə maliyyə baxımdan dəstək olma vəziyyəti sözün mövzusudur.

Bu kimi xüsusları hər kəs öz vəziyyətinə və o an içində olduğu hala görə qiymətləndirməlidir. Nə ifrata, nə də təfritə düşən bir davranış göstərməməlidir.

(Bax. Məmməd Paksu, Halal - Haram)



01-02-2016 05:26:31

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz