Ana səhifə

İki Bayram arası Nigah Bağlana Bilər? Xalq arasında çox danışılan bu mövzunun əsli nədir?


YazdırSend to friend
Sual Detayı: 
İki Bayram arası Nigah Bağlana Bilər? Xalq arasında çox danışılan bu mövzunun əsli nədir?
Cavab: 

    Xalq arasında danışılan bəzi məsələlər yarımçıq və səhv başa düşülmüşdür. Bunlardan biri də "İki bayram arasında toy edilməz, nigah bağlanmaz." düşüncəsidir.

     Şərtlər və imkanlar hazır olduğu zaman  ilin bütün gün və saatlarında toy edilə, evlənilə bilər, nigah qurula bilər. Yəni nigah üçün müəyyən bir zaman və vaxt yoxdur. "Nigah bu gün caiz olar, bu gün caiz olmaz." deyə bir şərt yoxdur.

    Bu məsələnin əslinə gəldikdə hadisə budur:

    Bilindiyi üzrə, Ramazan və Qurban kimi illik iki bayramımızın yanında bir də həftəlik bayramımız vardır. O da cümə günü. Yəni Ramazan və ya Qurban Bayramı cümə gününə rast gələr, toy da bu günlərdə edilərsə; bu arada nigah işi ilə məşğul olunar və cümə namazına çata bilməmə kimi bir təhlükə yaranarsa o saat içində nigah qurmaq caiz olmaz.

    Çünki bu saat içində nigahla məşğul olmaq fərzi-ayn olan bir ibadətin tərkinə səbəb olar. Xeyr iş görək deyərkən, şərrə səbəb olunar.

    Fəqət belə bir sıxıntıya meydan verilmədən cümə namazından bir müddət əvvəl və ya namaz qılındıqdan sonra nigah bağlanarsa lap yaxşı olar, bir zərər də qalmaz.

   Onsuz da belə bir hal da çox baş vermir. "İki bayram arasında nigah olmaz" sözünün batil də olsa tarixi bir keçmişi vardır. Xüsusilə bu inanc İslamdan əvvəlki Cahiliyyə Ərəbləri arasında məşhur idi. Onlar Ramazandan sonra başlayan Şəvval ayında evlənməyi uğursuz sayar, toylarını başqa bir tarixdə edərdilər. Hər Cahiliyyə adətində olduğu kimi, bu adəti də şəxsən Peyğəmbər Əfəndimiz yıxmış, etibarsız etmişdir. Rəsuli-Əkrəm Əfəndimiz Hz. Aişə anamızla Şəvval ayında nişanlanmış, üç il sonra da yenə Şəvval ayında evlənmişdir. Beləcə iki bayram arası olan Şəvval ayında toy etmək və nigah bağlamaq sünnət olmuşdur. (Muslim, Nikah: 73)

     (bax. Mehmet Paksu, Kadın, Aile, Hayat, Nesil Yayınları)



19-09-2016 03:57:24