Ana səhifə

İlahi dinləmək haramdır?


YazdırSend to friend
Sual Detayı: 
İlahi dinləmək haramdır?
Cavab: 

       Dinimizdə musiqi məsələsi bir qədər mübahisəlidir. Amma vərdiş etmədən, musiqidən asılı vəziyyətə düşmədən bəzən sıxıntılı və tək, tənha hallarda bəzi musiqiləri dinləmək olar.Amma günümüzdə insanlar musiqinin əsiri halına gəliblər. Yatarkən, durakən, kitab oxuyarkən, bir işlə məşğul olarkən və günlərinin çox hissəsini musiqi ilə yaşayırlar. Bu isə insana əsil vəzifələrini unutdurur. Ən gözəli musiqidən uzaq durmaqdır. 

       Həmçinin bu insanlar kainatdakı  quşların, rüzgarın, əsən küləyin rəqs etdirdiyi ağac yarpaqlarının, yağışın, çayın ülvi səslərinə biganə qalar, onlardan xəbərsiz olarlar. Çünki onların qulaqları dinlədikləri musiqilərin diapazonunun öyrəşir və onlar kainatın ülvi musiqisindən xəbərsiz olurlar. 

 “Və o insandakı çox kəsrətli alət və cihâzâtın hər birisinin ayrı-ayrı xidməti, ubûdiyət (ibadəti) olduğu kimi, ayrı-ayrı ləzzəti, eləmi, vəzifəsi və mükafatı vardır.

Məsələn, göz, surətlərdəki gözəllikləri və âləm-i mubsaratta (görünən varlıqlar aləmi) Allah'ın qüdrət möcüzələrinin çeşidlərini təmâşâ edər. Vəzifəsi, ibrət nəzəriylə Saniinə (o gözü yaradan) şükrandır. Nəzərə məxsus ləzzət və ələm məlumdur, tərifə gərək yox.

Qulaq, sədaların çeşidlərini, lətif nəğmələrini və məsmuat (səslər) âləmində Cənâb-ı Haqqın lətâif-i rahmətini (rəhmətin gözəlliklərini) hiss edər. Ayrı bir ubûdiyət, ayrı bir ləzzət, ayrı da bir mükafatı var."  Risale-i Nur 

Musiqi haqda...

Islam'da musiqinin yeri nədir? Musiqi, çalğılı ilahi dinləmək haramdırmı?

Çalğısız dini musiqilər dinləmək küfrdür mü?

 
 


23-06-2015 08:20:45