Ana səhifə

İlk İnsan olan Hz.Adəm aleyhissalam oxuma və yazmağı bilirdi? İnsanlığın ilk dövrü vəhşi idi ?


YazdırSend to friend
Sual Detayı: 
Bundan başqa Allah Qurani-Kərimdə Hz. Adəm (ə) 'a hər şeyin adını, mənasını və nə üçün yaradıldığını öyrətdiyini, imtahanda Hz. Adəm (ə) 'ın mələklərə üstün gəldiyini bildirir. Bu səbəblə ilk insanın bugünkü mənada bir danışmağı bildiyi və səslərlə razılaşdıqları dəqiq bir şəkildə ortaya çıxmaqdadır.
Cavab: 

    İnsanların ilk dövrü, vəhşilik deyil, bəlkə ilk mədəniyyət idi. Bu ilk mədəniyyət dərsini də insanlara haqq peyğəmbərlər vermişdi. İnsanlara ilk din dərsini verənlər (yəni tək Allah inancını təbliğ edənlər), necə ki ilahi peyğəmbərlər oldusa, ilk mədəniyyət dərsini də insanlara, bu peyğəmbərlər vermişdilər .

    Allah (C.c) tərəfindən göndərilmiş peyğəmbərlərdən bu ilk mədəniyyət dərsini almış olan insanlar, sonra bu mədəniyyətdən uzaqlaşa uzaqlaşa ilk dərsi unudaraq vəhşi olmuşlar, daha sonra təkrar mədəniyyətə girmişlər. Bu halda insanlar, vəhşilik dövrü, mədəniyyət dövrü olmaq üzrə iki mədəniyyət mərhələsi deyil, bəlkə ilk mədəniyyət, vəhşilik, ikinci mədəniyyət olaraq üç dövr keçirmişlər; vəhşilik, insanlar üçün ilk dövr deyil, iki mədəniyyət arasında müvəqqəti bir pillə sayılmışdı.
     Allah insanlığa mədəniyyəti peyğəmbərlər vasitəsi ilə bildirmişdir. Bu nöqtədə insanlıq tarixində ümumi bir vəhşilik yaşanmamışdır. Peyğəmbərlərin olduğu yerlərdə mədəniyyət -öz zamanlarına görə- vardı. Peyğəmbərlərin olmadığı yerlərdə isə, insanların vəhşi və qaba olduğunu bilirik.
   Tarix kitabları da həmişə insanlığın vəhşilik tərəfini göstərməyə çalışmışdır. Bunda bəzi səbəblər var. Bunların başında, bəzi dinsiz qrupların, insanları İslam dinindən və Allaha imandan uzaqlaşdırmağa çalışmaları gəlməkdədir. Necə ki, elmi sahədə insanları təkamül safsatası ilə aldadıb "Möminlərin inandığı Allah -haşa- yoxdur. Hər şey öz-özünə olmuşdur. Elm və bilim də belə deyir." deyə yersiz hay-küy saldıqları kimi, bu fikrin davamı olan "Təkamül edən insan əvvəl yarı meymun, sonra insan oldu. İlk insan bədəvi,oxuma, yazma və danışmağı bilməyən cahil bir şəkildə idi" fikri hər tərəfə yayıldı. Beləcə bu çirkin ideologiyaya tarix elmini də alət etmiş oldular.

    Halbuki hər peyğəmbər, bir mədəniyyət gətirmişdir. İlk insan olan Hz. Adəm (a.s) da bir peyğəmbərdir. Bu səbəbdən Hz. Adəm (a.s) ilə başlayan insanlıq, öz zaman və zəmininə görə mədəni idi, vəhşi deyildi. İndiki zamanda belə, oxuma yazma bilməyən və vəhşi olaraq yaşayan insanlar olduğu kimi, o zamanda daha çox bədəviyyət və vəhşilik hakim idi. Amma bu vəziyyət başda söylədiyimiz kimi ümumi deyildi.

    Ayrıca Allah(C.c) Quran-ı Kərimdə Hz. Adəm (a.s) 'a hər şeyin adını, mənasını və nə üçün yaradıldığını öyrətdiyini, imtahanda Hz. Adəm (a.s) 'ın mələklərə üstün gəldiyini bildirir. Bu səbəblə ilk insanın bugünkü mənada danışmağı bildiyi və səslərlə bir-birilərini başa düşdükləri dəqiq bir şəkildə ortaya çıxmaqdadır.



20-11-2016 09:11:58

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz