Ana səhifə

İmani dəlilləri öyrənək...


YazdırSend to friend
Sual Detayı: 
Dəlilin qiyməti...
Cavab: 

     Əsrimizin mühüm bir xəstəliyi iman həqiqətlərinə qarşı laqeydlik və iman həqiqətlərini isbat edən dəlillərdən üz çevirməkdir. Təəssüf ki, bu xəstəlik sadəcə qəflət əhlini deyil, mənəvi aləmdə yol getmək və tərəqqi etmək üçün ciddi çalışan Müsəlmanları belə əhatə etmişdir. Hətta bir qisim müsəlmanlar daha da irəliyə gedərək imani mövzularda dəlil axtarmağı lüzumsuz qəbul edir və: "şübhəmiz yoxdur ki dəlilə ehtiyacımız olsun." deyirlər. Yəni onlara görə iman həqiqətlərini isbat edən dəlillərlə məşğul olmaq qəlbi xəstəliklərin əlamətidir və şübhəsi olmayanlar üçün gərəksiz bir işdir. Bu görüş və etiqad tamamilə İslami bilgi əskikliyindən və cəhalətdəndir. Bu sözü ancaq İslamın dəlilə verdiyi qiyməti bilməyənlər və imanın mahiyyətindən xəbərsiz olanlar söyləyə bilər. 

     İmam Azam, Əhməd ibni Hənbəl, İmam Şafi, Süfyanı Sevri və digər bütün alimlərə görə, insanın imanı dəlili olmasa da səhihdir.  Ancaq dəlil axtarmağı tərk etdiyi üçün günahkardır və üsyankardır. Bu alimlərə görə, iman həqiqətlərinin dəlillərini bilmək vacibdir. Tərk edilməsi isə haramdır. İmam Əşari isə bir az da irəliyə gedib deyir ki: "İmanın sağlam olmasının şərti, imanın təməl məsələlərindən hər bir məsələni əqli dəlillər ilə bilməkdir." Buna görə, imanın dəlillərini bilməyən kimsə İmam Əşariyə görə, mütləq olaraq mömin  deyildir. Bu kəs hər nə qədər mütləq olaraq mömin olmasa da küfrün ziddi sayılan şeyin onda olmasına görə kafir də deyildir. Bu şəxs araşdırmağı və dəlil tələb etməyi tərk etdiyi üçün üsyankardır. İmam Əşari sonra beə deyir: "Bu şəxs digər üsyankarlar kimidir. Yəni içki içən, qumar oynayan və digər haramları işləyən üsyankarlar kimidir- Onun vəziyyəti Allaha qalmışdır. Allah istərsə onu bağışlayıb cənnətinə qoyar, istərsə günahı qədər ona əzab çəkdirər və daha sonra cənnətinə daxil edər. " (Fiqhi Əkbər Şərhi -İmamı Azam)

     Deməli, üç məzhəb imamı olan İmamı Azam, İmamı Şafi və Əhməd ibni Hənbələ görə, dəlil tələb etmək və imani məsələləri dəlilləriylə bilmək vacibdir. Bilməyən mömindir, amma dəlil axtarmağı tərk etdiyi üçün asi və günahkardır. Cümhurun ​​görüşü də budur. İmam Əşari isə dəlili, imanın sağlam olmasının şərti qəbul etmiş və iman həqiqətlərini dəlilləriylə bilməyənin mütləq şəkildə mömin olmadığını söyləmişdir.

    O halda bir müsəlmanın ilk işi: öyrənilməsi vacib olan iman həqiqətlərinin dəlillərini öyrənmək və dəlilləri öyrənməyi tərk etdiyinə görə qazandığı "asi" və "günahkar" sifətindən qurtulmaqdır. Bu, namaz qılmaq, oruc tutmaq və qurban kəsmək kimi insana lazım olan bir ibadətdir. Fərzi-kifayə deyil, möminə fərzi-ayn olan bir elmdir. İmanın mahiyyəti, neçə hissəyə bölündüyü, dəlil tələb etməyin əhəmiyyəti, imanda artma və azalmanın olub olmadığı, Qur`anın dəlil tələb etməyə verdiyi əhəmiyyəti və imanla əlaqədar digər məsələləri "İmanın dərəcələri" adlı əsərimizə həvalə edərək burada bu qapını açmırıq. İstəyənlər www.ilmedavet.com saytımızdan bu əsərin mətnini tapa bilər və ya istərsə eyni saytın "Video İzlə" bölməsinə daxil olaraq bu əsərin videosunu seyr edə bilər.

   Feyyaz İnformasiya Xidmətləri olaraq bu əsəri hazırlamaqdakı məqsədimiz Allahın varlığının dəlillərini bəyan etmək və Allahın varlığı haqqında şübhəsi olanları bu şübhələrdən qurtarmaqdır. Bu əsərdə izah edilən dəlillər son dərəcə qüvvətli olub tutarsız olduğunu ortaya qoymaq əsla mümkün deyildir.

     Bunu da çox açıq bir şəkildə bəyan edirik ki: Allahın varlığı və digər iman həqiqətlərinin isbatı mövzusundakı söz haqqı Bədiüzzaman Həzrətlərinin və Risaleyi-Nur Külliyatınındır. Heç bir əsər iman həqiqətlərini Risaleyi-Nur külliyatı qədər açıq və qəti bir şəkildə izah edə bilməz. Onsuz da bu əsər hazırlanarkən də Risaleyi-Nur Külliyatı qaynaq əsər olaraq istifadə edilmişdir.       

     Etdiyimiz bu iş Risaleyi-Nurlarda keçən həqiqətlərin şərhləri və izahlarıdır. Bu səbəbdən bu əsərin əsl həmsöhbəti Risaleyi-Nurlarla tanış olmayan oxuculardır. Bu oxucular haqqındakı ümidimiz budur ki: Bu əsər Risaleyi-Nurlar ilə onların arasında bir körpü vəzifəsi yerinə yetirər və bu əsərin mədəni və qaynağı olan Risaleyi-Nurlara qovuşmalarına bir vəsilə olar.

     O halda deyə bilərik ki: Bu əsərdən faydalananlar iki qrupdur:

     1-Risaleyi-Nurları   oxumamış   olanlar.   İnşallah  bu   əsərdəki  qüvvət    onların Risaleyi-Nurlarla maraqlanmasına səbəb olacaq və Risaleyi-Nur ilə onların qovuşmasına bir vəsilə olacaqdır.

    2-Risaleyi-Nurları oxuyanlar. Bu qrup üçün də bu əsər Risalələrdə keçən həqiqətlərin izahları olub onların təfəkkür pəncərəsinin inkişafına bir səbəb və o həqiqətlərin başa düşülməsində bir pillə olacaqdır. Bu əsərdə Allahın varlığı iki dəfə iki dörd edər dərəcəsində qəti bir şəkildə isbat edilir.

     Bizlər Feyyaz İnformasiya Xidmətləri olaraq digər iman həqiqətlərinin isbatı xüsusunda da fərqli əsərlər hazırlayıb sizlərin istifadəsinə təqdim etdik.

    İmanların qüvvətlənməsinə, təqliddən təhqiqiyə çıxmasına və Risale-i Nurlara yaxınlaşmağa bir vəsilə ola bilsək nə xoş bizlərə! İnayət və tövfiq Allahdandır.

     *İmamı Azam, Fiqhi Əkbər (Şərh edən: Əllamə Aliyyul Qari) Muqallidin İmanı s.384

Yaradılış dəlilləri



23-11-2016 11:31:26