Ana səhifə

İmanı necə qüvvətləndirə bilərik?


YazdırSend to friend
Sual Detayı: 
Salam Aleykum.Imanin qelbde dahada guclu olmagi ucun ve seytan vəsfəsini özümüzdən uzaq tutmaq ücün nə etməlıyik
Cavab: 

Və aleykumussalam.

Rəsulullah Əfəndimiz sallallahu aleyhi və səlləm, imanın necə qüvvətlənəcəyini bildirmişdir. Bir hədis-i şərifdə buyurulur ki:

"Bunları etmək imanı zirvəyə çıxarar:

1. Allah'ın hökmünə qarşı səbr etmək,

2. Qəza və qədərə razılıq göstərmək,

3. Tam təvəkkül sahibi olmaq,

4. Allah'a tam təslim olmaq." (Əbu Nuaym)

İndi bu dörd maddəni qısaca açıqlayaq:

Səbir:

Bir fərzi etmək və ya bir günahdan çəkinmək səbirsiz ələ keçməz. Rəsulullah Əfəndimiz sallallahu aleyhi və səlləm`ə "İman nədir?" deyə soruşulduğunda, "Səbirdir! .." buyurdu. (Deyləmi)

Səbir, acı isə də meyvəsi şirindir. Üç hədisi-şərif tərcüməsi:

"Səbrin imandakı yeri, başın bədəndəki yeri kimidir." (Deyləmi)

"Səbr edən quldan Allah razı olar." (Deyləmi)

"Səbirli və ixlaslı cənnətə gedər." (Təbərani)

Üç ayə-i kərimə tərcüməsi də belədir:

"Səbr edənlərə mükafatları hesabsız verilər." (Zumər, 39/10)

"Səbr edənlərə (ehsanımı) müjdələ! .." (Bəqərə, 2/155)

"Sabr etməkdə yarışın! .." (Âl-i İmran, 3/200)

Hz. Xızır, "Günah işləməməyə səbr etmək sayəsində lədun elminə qovuşdum." buyurmuşdur.

Qədərə Rıza:

Allah`dan gələn hər şeyə razı olmaq böyük nemətdir. Hədis-i şəriflərdə buyuruldu ki:

"Qədərə rıza, səadət əlamətidir." (Tirmizi)

"Bu üç şeyi edən dünya və axirət xeyirinə qovuşar: Qəzaya razılıq, bəlaya səbr, rahatlıqda dua." (Deyləmi)

"Bu üç şeyi edən qırx övliyadan biri olar: Qəzaya razılıq, haram işləməməyə səbr, buğdi fillah (Allah üçün qəzəb)." (Deyləmi)

"Bu üç şey iman əlamətidir: Belaya səbir, nemətə şükür, qəzaya razılıq." (İhya, Qəzali)

"Haqq Təala buyurdu: Qəza və qədərimə razı olmayan, bəyənməyən və bəlaya səbr etməyən, məndən başqa Rəbb axtarsın! .." (Təbərani)

"Ya Rəbbi, məni qəza və qədərinə rıza göstərən, bəlana səbr edən və nemətlərinə şükür edənlərdən eylə!" deyə dua etmənin ən gözəl dualardan biri olduğu bildirilmişdir.

Təvəkkül:

Təvəkkül fərzdir. Qur'an-ı Kərim'də buyurulub:

"İmanınız varsa Allah'a təvəkkül edin." (Maidə, 5/23)

"Təvəkkül edənə Allah kafidir." (Talaq, 65/3)

"Allah təvəkkül edənləri sevər." (Ali-İmran, 3/159)

Ən böyük məqam, Allah Təâlâ'nın sevgisinə qovuşmaqdır. "Hasbiyallah! ..", Allah mənə yetişər, kâfi gəlir deməkdir. İbrahim əleyhissalam, atəşə atılarkən, "Hasbiyallah və ni'məl vəkil." dedi və xilas oldu. Allah Təâlâ, Davud əleyhissalama belə vəhy etdi:

"Bir qul, qullara deyil də mənə ixlasla təvəkkül etsə, hər kəs ona tələ qursa, ona mütləq bir çıxış qapısı açaram. Bir qul da mənə deyil məxluqa güvənsə, bütün yüksəliş səbəblərini kəsər və çöküş yollarını asanlaşdırırım." (İbni Asakir)

"Ağaca söykənmə quruyar, insana söykənmə ölər."

Allah`a təslimiyyəti:

Təslim olmaq, əsir olmaq, qul olmaq deməkdir. Allah'a təslim olmaq da Allah'ın qulu olmaq və onun hər əmrini etməyə hazır gözləmək deməkdir. Onsuz da müsəlman, Allah'a təslim olan insan deməkdir. Qur'an-ı Kərim'də də təslim olmaq əmr edilər:

"Biz yalnız Allah'a təslim olduq, deyin!" (Bəqərə, 2/1360

"Aləmlərin Rəbbinə təslim olaraq namaz qılın." (Ənam, 6/71, 72)

"Belkıs imanını bildirmək üçün, 'Aləmlərin Rəbbi olan Allah'a təslim oldum." dedi. "(Nəml, 27/44)

Hədis-i şərifdə də buyuruldu ki:

"Bu beş şey imandandır: Allah'a təslimiyyət, qədərinə razılıq, işini Allah'a həvalə etmək, ona güvənmək, müsibətə səbr." (Bəzzar)

Məhz bunları tətbiq edən imanın zirvəsinə çıxar. Ayrıca iman kitabları oxuyub iman mövzulu söhbətlərə qatılmaq çox faydalı olar. Bunun üçün Risale-i Nur təfsirini tövsiyə edirik.

Nə üçün tam mənasıyla ibadət edə bilmirəm, Allah'a xalis bir qul ola bilmirəm? Mən dini sağlam, inancları qüvvətli bir müsəlman olmaq istəyirəm, bunu əldə etmək üçün nə etməliyəm?

Nəfslə cihad necə olmalıdır?

 

 



21-08-2014 03:04:55