Ana səhifə

İmanımızı necə qüvvətləndirək?


YazdırSend to friend
Sual Detayı: 
İmanımızı necə qüvvətləndirək? İmanın artıb azalması, imanın əhəmiyyəti haqqında məlumat verərsiniz?
Cavab: 

İman bir nurdur, Allah`ın bir lütfüdür. Lakin iman eyni zamanda bir elmdir, öyrənilməsi lazım olan bir həqiqətdir. İmanımızın güclənməsinin iki yolu vardır:

Biri və ən birincisi Kitab və sünnə xəttində əhli sünnənin əqidəsini öyrənmək və dövrümüzün gərəyi olaraq bunu araşdırma süzgəcindən keçirməkdir.

İkincisi: Saleh əməl işləyərək, günahlardan çəkinərək qəlbini təmizləmək, nəfsini sorğu sual etmək surətiylə mənəvi sahədə tərəqqi etməkdir.

Ancaq bu əsrin gedişatı bu ikinci yolu olduqca çətinləşdirmişdir. Bu səbəblə araşdırmalı iman dərsini verən əsərləri oxumaq son dərəcə əhəmiyyətlidir. Bu dövrün xüsusiyyətinin bir gərəyi olaraq, dini elmlərin yanında fən elmlərinin də oxunması zəruri hala gəlmişdir. Çünki, qəlbin nuru dini elmlər olduğu kimi, ağlın ziyası da fən elmləridir. Bu ikisini birlikdə dərs verən ən əhəmiyyətli əsərlərdən birinin Risaləyi Nur külliyyatı olduğunu söyləyə bilərik. Təbii ki, bunun yanında, Mövlanə Cəlalədin Rumi, İmam Qəzali, İmam Rəbbani, İmam Mavərdi, İmam Kuşeyri kimi şəxslərin kitablarından da çox gözəl istifadə edilə bilər.

İmanı qoruma və möhkəmləndirmək möminin ən əhəmiyyətli məsələsidir. Əvvəlcə imanı qorumaq üçün təqvaya önəm vermək lazımdır. İman təqva qalasında qorunar. Təqva olmazsa iman yıxılma təhlükəsiylə qarşı-qarşıyadır. İmanı möhkəmləndirmək üçün imani əsərləri bolca oxumaq və mütaliə etmək lazımdır. Elm ilə gələn imani məsələlər ağıl otağından keçmədən insan lətaiflərinə sirayət  etməz. Öncə ağlın tətmin olmasılazımdır.


Təfəkkür çox əhəmiyyətlidir. İbrahim (ə.s.) təfəkkür vasitəsiylə aya və ulduzlara baxaraq Rəbbini tapması Qurani Kərimdə izah edilməkdədir. Təfəkkür ilə iman inkişaf edər. Bu səbəbdəndir ki hədisdə "bir saat təfəkkür bir il nafilə ibadətdən üstündür" deyilmişdir.


Ətrafın insan üzərində çox böyük təsiri vardır. Günahlar insan üzərində imansızlıq təbliği edər. Təbliğin insan üzərində çox böyük təsiri vardır. Fərqində olmadan insanın şüur altında imansızlıq yaranar. Bu səbəbdən günahlı mühitlərdən əldən gəldiyi qədər uzaq qalınmalıdır. Çöldə sərbəst işlənən günahlar sanki axirətin olmadığını və cəzanın olmadığını təbliğ edərlər. Bu təbliğin pis təsirlərindən qorunmaq üçün əldən gəldiyi qədər günahlı mühitlərdən uzaq qalınmalı və hər yerdə əldən gəldiyincə əmri bil məruf nəhyi əl münkər (yaxşılığı əmr edib, pislikdən çəkindirmə) etməyə çalışmalıyıq. Məruz qalınan pis təbliğin zərərlərini kompensasiya etmək üçün imani məsələləri bolca mütaliə etmək və təbliğə əhəmiyyət vermək lazımdır. Əməli salehə əhəmiyyət verən təqva dairəsində yaşayan insanlarla birlik artırmaq lazımdır. Bu istiqamətiylə də camaatın əhəmiyyəti daha diqqətə çarpan olaraq görülməkdədir. Günahlar necə imansızlıq təbliği edirsə elə də əməli saleh də iman təbliği edir.






İmanın Mahiyyəti Nədir?


İman, mahiyyət etibarı ilə, Allahın insanlara ən böyük lütfkarlığıdır. Allah onu dilədiyi qullarına nəsib edər. Nə var ki bu nəsiblənmədə, qulun heç bir rolunun olmadığı da deyilə bilməz. Əksinə, insan əvvəl öz seçim və iradəsini istifadə edərək, iman və hidayətə istəkli olacaq. Bu tələb və istək üzərinə Cənabı Haqq da ona iman və hidayət nəsib edəcək. Bu səbəblə İslam böyükləri imanı, "Cənabı Haqqın, istədiyi qulunun ürəyinə, o qulun cüzi iradəsini sərf etməsindən sonra qoymuş olduğu bir nurdur" deyə təsvir etmişlər.


İmanda Mərtəbə və İnkişaf Söz Mövzusudur?


Bir nüvə, necə böyüyüb ağac olana qədər böyük inkişaf göstərirsə, iman da elədir. İslam alimləri, imanı əvvəl iki mərtəbəyə ayırmışlar:


1- Təqlidi iman, 2- Təhqiqi iman...


Təqlidi İman: Ana - atadan, müəllimdən, mühitdən öyrəndiyi şəkildə, məsələ üzərində heç bir ağıl icra etmədən iman əsaslarına bağlanmaq deməkdir. Təqlidi iman, inanc əsaslarına, şüuruna və təfərrüatına tabe olaraq bir inanma olmadığı üçün, xüsusilə bu zamanda bəzi şübhə və vəsvəsələrə məruz qala bilər və sarsılıb yıxılma təhlükəsi keçirə bilər:


Təhqiqi iman isə: İmana aid bütün məsələləri dəlilləriylə, təfsilatlı və təfərrüatlı bir surətdə bilmək, təsdiq etmək, tərəddüdsüz inanmaqdır. Belə bir iman şübhə və vəsvəsələr qarşısında sarsılıb yıxılmaqdan özünü qoruya bilər. Təhqiqi imanın da bir çox mərtəbəsi vardır. Bu mərtəbələri İslam alimləri başlıca üç qisimə ayırmışlar:


1 – Elməl-yaxın mərtəbəsi: İmani məsələləri elmən, tam təfərrüat və təfsilatıyla, dəlilləriylə bilmək və inanmaqdır.


2 – Aynəl-yaxın mərtəbəsi: İmani məsələləri gözlə görmüş, düzgünlüklərini şəxsən müşahidə etmiş kimi bilmək və inanmaqdır. Gözlə görməklə elmən bilmək, insana qənaət verməsi baxımından çox fərqlidir. İnsan bir şeyi tərəddüdsüz, qəti olaraq belə bilər, amma bir də gözləriylə görüncə qənaəti qat qat artar. Amerikanın varlığını elmən bilməklə, şəxsən görmək kimi... İmanın aynəl-yaxın mərtəbəsi də, iman əsaslarına gözlə görmüş qətiyyətində inanma halıdır.


3 - Haqqal-yaxın mərtəbəsi: İmani məsələləri görməkdən ayrı, şəxsən yaşayaraq, içinə girərək qəbul və idrak etmək deməkdir. İmanın bu üç mərtəbəsini izah baxımından belə bir misal verilməkdədir: Bir yerdən tüstü yüksəldiyini uzaqdan görməklə insan bilər ki, o yerdə alov yanmaqdadır. Tüstüsünü görmək surətiylə alovun varlığını bilmək, elməl-yaxın inanmaqdır. Sonra, tüstü çıxan yerə gedib alovu gözümüzlə gördüyümüzü fərzetsək, bu da alovun varlığına aynəl-yaxın inanmaqdır. Bir də alovun şəxsən yaxınına gedib istiliyini hiss etmək, əlimizi alova doğru tutub yandırıcılığını hiss etmək surətiylə alovun varlığını bilmək vardır ki, buna da haqqal-yaxın inanma deyilər.



İmanın İnsan Üçün Əhəmiyyəti Nədir?

1. İman, insanın yaradılma səbəbidir. Yəni o, Yaradanını imanla tanımaq və ibadət etmək üçün yaradılmışdır. İnsan bu yaradılış məqsədinə uyğun hərəkət etsə axirətdə əbədi səadətə nail olacaq, cənnətə girəcək, əks halda cəhənnəmə atılacaq, əbədi bədbəxtliyə məruz qalacaq.

Bu baxımdan iman, insan üçün əbədi səadəti qazanma vəsiləsidir və cənnətə giriş açarıdır. İmansız cənnətə girilməz. Bu cəhətlə insanın iman etməsi və bu imanını son nəfəsinə qədər itirmədən və ya zəiflətmədən mühafizə etməsi, dünyadan da, dünya içindəki hər şeydən də daha qiymətli bir nemətdir. İmanın bu böyük əhəmiyyətindən ötəridir ki, Peyğəmbərimiz bir hədisində: "İmanınızı la ilahə illəllah deyərək yeniləyin" buyurmuş; imanı yeniləmənin və mühafizə etmənin əhəmiyyətinə diqqətimizi çəkmişdir. "İmanın hər an zəifləmə və itmə ehtimalımı var ki, davamlı yenilənməsi əmr edilir?" kimi bir sual ağla gələ bilər.

İmanı yeniləmə mövzusunu Bədiüzzaman, ağla gələn bu suala da cavab olacaq şəkildə belə izah etməkdədir: "İnsanın həm şəxsi, həm aləmi hər vaxt təzələmə etdikləri üçün, hər vaxt yeniləmə imana möhtacdır. Çünki insanın hər bir fərdinin mənən çox fərdi var. Ömürünün illəri sayı qədər, bəlkə günləri sayı qədər, bəlkə saatları sayı qədər bir fərdi qeyri sayılar. Çünki, zamana girdiyi üçün, o fərdi vahid bir model hökmünə keçər, hər gün bir fərdi qeyri şəklini geyər…." (Məktubat)


Üçüncü nöqtə isə: Şəriətin zahirinə zidd düşən və bəzi din alimlərinin nəzərində küfr belə sayılan bəzi sözlərdən, insanın hamısıyla uzaq qala bilmədiyidir. Bu səbəblə də, La ilalhə illəllah deyərək imanı yeniləməyə zərurət vardır. İmanı qüvvətləndirmənin və mühafizə etmənin bir başqa yolu da onu təqlidi mərtəbədən qurtarıb təhqiqi hala çevirməkdir. Bu da ancaq iman həqiqətlərini təhqiqi bir surətdə dərs verən, ağla gələ biləcək hər cür şübhə və vəsvəsələrə cavab verən imani əsərləri oxumaq və davamlı imani mövzularda söhbətlər etmək surətiylə olar. İnsan imanını təqliddən təhqiqə çıxarsa, artıq onun üçün imanını itirmək, son nəfəsdə axirətə imansız getmək kimi bir vəziyyət söz mövzusu olmaz. İslam alimləri, şiddətlər vaxtında şeytanın bütün hiylə və vəsvəsələri ilə gəlib insanı aldatmağa və imanını almağa çalışacağını söyləmişlər. Buna görə də şiddətlər vaxtından qorxduqlarını ifadə etmişlər. İnsan, şiddət vaxtındakı bu kimi təhlükələrdən, təhqiqi iman sayəsində qoruna bilər. Çünki təhqiqi imanda, iman yalnız ağılda qalmış deyil; ürəyə, ruha, digər duyğu və lətifələrə də sirayət edib yerləşmiş haldadır. Şeytan insanın ağlındakı imanını zədələsə belə, əli, o biri duyğulara yerləşmiş olan imanı almağa çata bilməz. Beləliklə də adam, yenə imanlı qalmış, imanla vəfat etmiş olar.


2. İman, eyni zamanda, insan üçün böyük bir mənəvi qaynağı və möhkəm bir istinad nöqtəsidir. Həqiqi imanı əldə edən insan, bütün kainata meydan oxuya biləcəyi kimi, imanının qüvvəti nisbətində başına gələn hadisələrin təzyiqindən də xilas ola bilər. Tarixlərə şan verən, dastanlar yazdıran zəfərlərimiz, heç şübhəsiz imanın insana qazandırdığı güc və qüvvətə gözəl bir misaldır. İmanlı insan, başına nə dərəcə böyük bir hadisə gəlirsə gəlsin, imanın verdiyi təvəkkül və təslimiyyətlə, qədərə razılıq duyğusu ilə o hadisə və müsibətləri mətanətlə qarşılaya bilər; səbir və dözüm ilə sinə gələ bilər. Ümidsizliyə düşməz. Üsyan və fəryada müraciət etməz. Bu, ona imanın qazandırdığı güc və qüvvətdən irəli gəlməkdədir. İmansız insanların sadə bir hadisə, kiçik bir müsibət üzündən intihar edib həyatlarına son verəcək dərəcədə ümidsizliyə qapıldıqları çox sıx görülən hadisələrdəndir. İslam ölkələrində intihar, az qala heç görülməzkən, dünyanın ən mədəni ölkələrində intihar hadisələrinin hər keçən gün artması da bunu göstərməkdədir. İmanın insana qazandırdığı qüvvət və müqavimət göstərmə gücünə, Peyğəmbər Əfəndimiz hədislərində bu şəkildə işarə buyurmuşdur: "Mömin yaşıl bitkilərə bənzər. Əskik olmayan fəlakət küləkləri onu əyər, lakin qıra bilməz. Əksinə həyat və səhhət tapmasına səbəb olar. Münafiq (və kafir) isə, quruyan bitki kimidir. Fəlakət küləklərindən yarpaqları tökülər, gövdəsi qırılıb həyatı sönər."


"Heyrətlənilər möminin halına. Ona yaxşılıq gəlsə şükr edər, pislik gəlsə səbr edər. Beləcə hər iki halını da haqqında xeyirli edər."




07-12-2009 12:18:56