Ana səhifə

İmanın 6 rüknü.


YazdırSend to friend
Sual Detayı: 
Zəhmət olmasa imanın 6 rüknün hər birisinin 5-6 dəlilini qısa-müxtəsər yazın ki, bəzən şeytanımız vəsvəsə verəndə bəzəndə başqaları soruşanda qane edici şəkildə cavab verək.
Cavab: 

Allaha İman

 

Allah (c.c.)a iman onun varlığına iman etmək deməkdir. Bu da Fitrət, Ağıl, Şəriət və Duyğularla olur.

1. Fitrət.

Fitrətin Allahın varlığına dəlalət etməsi: Şübhəsiz hər bir yaradılış yaradıcısına iman et -

mək fitrətinə sahib olaraq yaradılmışdır. «(Ya Məhəmməd!) batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut». (ər-Rum 30). Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Rəbbindən buyurduğu rəvayətdə: «Mən qullarımı həniflər olaraq yaratdım. Lakin sonra şeytanlar onları sağa-sola sürüklədilər….». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «Hər bir doğulan uşaq fitrət üzərində doğular. Lakin sonra valideynləri onu Yəhudi, Xristian və ya Məcusi edər».

 

2. Ağıl.

Ağlın Allah – subhanəhu və təalə – nin varlığına dəlalət etməsi: Əvvəlinci ilə sonuncuya qədər bütün yaradılmışların var edici bir yaradıcısı olması qaçınılmaz bir şeydir. Çünki bu yaradılmışların özü-özlərini var etmələri imkansız olduğu kimi, təsadüfən var olmalarına da imkan yoxdur. Özü-özlərini var etmələri imkansızdır. Çünki heç bir şey özü-özünü yaratmaz. Çünki o, şey var olmadan əvvəl yox idi. Yox olmaq heç bir şey olmaq deməkdir. Heç bir şey isə bir şeyi var edə bilməz. Necə özü-özünün yaradıcısı, var edəni ola bilər? Bu yaradılmışlar təsadüfən də var ola bilməz. Çünki sonradan meydana gələn hər bir şeyin mütləq bir meydana gətirəni vardır.

O, özündən əvvəl heç bir şeyin olmadığı ƏVVƏL, ondan sonra heç bir şeyin qalmayacağı, AXIR, ondan üstə heç bir şeyin olmadığı ZAHİR, ondan o, tərəfə heç bir şeyin olmadığı BATİNDİR. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – yatağına girdikdə buyurardı: «Yeddi səmanın Rəbbi, yerin Rəbbi, hər şeyin Rəbbi, toxumu və çərdəyi yaran, Tövratı, İncili və Quranı endirən Allahım! Mən sənin alnından yaxaladığın hər şeyin şərrindən sənə sığınıram. Sən ƏVVƏLSƏN, səndən əvvəl heç bir şey yoxdur. Sən AXIRSAN, səndən sonra heç bir şey yoxdur. Sən ZAHİRSƏN, sənin üstündə heç bir şey yoxdur. Sən BATİNSƏN, səndən o, tərəfə heç bir şey yoxdur. Mənim borcumu ödə və faqirlikdən məni qurtar». O, hər şeyə həyat verən özü də mütləq şəkildə həyat sahibi olan HƏYY, bütün varlıqların işini-düzüb qoşan, öz yoluna qoyan QAYYUM, bir və tək olan ƏHƏD, heç kimə möhtac olmayan SAMƏD, aləmlərin Rəbbi olan Allah – subhanəhu və təalə – dır. «Sizi palçıqdan yaradan, sonra da bir əcəl müəyyən edən odur». (əl-Ənam 2). «Sizi yaratdıq, sonra sizə surət verdik….». (əl-Əraf 11). «Biz insanı quru və qoxumuş qara palçıqdan yaratdıq». (əl-Hicr 26). «Sizi torpaqdan yaratması, sonra da sizin bir insan olub yer üzünə yayılmağınız onun qüdrət əlamətlərindəndir». (ər-Rum 20). «O, yaratdığı hər şeyi gözlə yaratdı. İnsanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini bir qətrə zəif dəyərsiz sudan əmələ gətirdi». (əs-Səcdə 7-8). «Biz həqiqətən insanı tər-təmiz palçıqdan yaratdıq. Sonra onu nütfə halında möhkəm bir yerdə yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o, bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu yeni bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər ulu və ucadır». (əl-Muminun 12-14). «O, insanı laxtalanmış qandan yaratdı». (əl-Ələq 2). «O, axıb tökülən bir sudan yaranmışdır. O, su (qadınların) bel sümüyündən, (kişilərin) köks sümüyündən çıxar». (ət-Tariq 6-7). «Halbuki, sizi də sizin düzəltdiklərinizi də Allah yaratmışdır». (əs-Saffət 96).

Allah – subhanəhu və təalə – Qurani-Kərimdə ət-Tur surəsində buyurur: «Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yaradılıblar? Yaxud onlar (öz-özlərini) yaradanlardır?». (ət-Tur 35). Bu ayə nazil olduğu zaman Cubeyr b. Mutim Rəsulullah – sallallahu aleyhi və səlləm – in bu ayəni oxuduğunu dinləmiş və demişdir: «Mən müşrik idim. Bu ayəni eşitdikdə qəlbim az qala yerindən çıxacaqdı. Bu an imanın qəlbimə girdiyi ilk an idi». Bütün bu ayə və hədislər heç bir şeyin təsadüfən var olmasına ehtimal buraxmır.

3. Şəriət.

Şəriətin Allah – subhanəhu və təalə – nin varlığına dəlalət etməsi: Bütün bu səmavi kitablar Allahı tanımaq, onun göndərmiş olduğu şəriəti qəbul etmək və əmrlərini gərəkli şəkildə itaət etmək, boyun əymək və bu kitablarda olan xəbərlərin hər şeyi var etməyə qadir olan Allah tərəfindən endirilmiş olduğuna dəlildir. Qul Allahın kitabında olan ayələr haqqında düşündükcə Rəbbini bilib tanıyır. Qul bu ayələr haqqında nə qədər düşünsə onun biliyi, elmi o qədər də artar. «Yerdə tam yəqinliklə insanlar üçün əlamətlər vardır. Sizin özünüzdə də əlamətlər vardır». (əz-Zariyat 20-21). «Göylərdə və yerdə neçə-neçə əlamətlər nişanələr vardır ki, insanlar onların yanından üzlərini çevirib keçirlər». (Yusif 105).

4. Duyğular.

Duyğuların Allah – subhanəhu və təalə – nin varlığına dəlalət etməsinə gəlincə bu iki yolladır.

1) Bizlər dua edənlərin, dualarının qəbul edilməsi, sıxıntı anlarında əllərini göyə qaldıraraq dua etmələri qəlbdən olan o, hisslər, duyğular Allahın varlığına dəlalət edir. «O, zaman siz (dua edərək) rəbbinizdən kömək diləyirdiniz». (əl-Ənfal 9). Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, bir gün bir Bədəvi ərəb cümə günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – xütbə verərkən məscidə girib deyir: «Ey Allahın Rəsulu! Mallarımız tələf oldu, uşaqlarımız ac qaldı. Bizim üçün Allaha dua et». Peyğəmbər – sallallahu aleyhi və səlləm – əllərini qaldıraraq dua etdi. Buludlar dağlar kimi ortaya yığıldılar. Minbərdən enməmiş yağış dənələri saqqalından süzülməyə başladı. İkinci cümə yenə o, bədəvi ərəb qalxıb dedi: «Ey Allahın Rəsulu! Evlərimiz dağıldı, mallarımızı sular yuyub apardı. Bizim üçün Allaha dua et» Peyğəmbər – sallallahu aleyhi və səlləm – əllərini qaldırıb dua etdi: «Allahım üstümüzə, ətrafımıza yox!» Əli ilə işarə etdiyi tərəfə yağış yağmağa başladı». Allaha səmimi olaraq sığınan və duasının qəbul edilmə şərtlərini yerinə yetirən hər bir kəsin dualarının qəbul edilməsinin günümüzdə də şahidi oluruq.

2) Möcüzə – insanların gördükləri və ya Peyğəmbər olaraq göndərənin varlığına

kəsin bir dəlildir. Onları göndərən isə Allahdır. Çünki bunlar bəşəriyyətin güc və taqətindən kənar olan xüsuslardır. Allah möcüzələri Peyğəmbərlərini dəstəkləmək və onlara kömək etmək üçün meydana gətirir. Məs: Musa – əleyhissəlam – ın əsası. Allah ona: «Əsanı dənizə vur!» deyərək əmr etdikdə o da əsanı dənizə vurdu. Dəniz on iki ayrı yola ayrıldı. Bu yollar arasında sular dağları xatırladırdı. Onda Musaya belə vəhy etdik: «Əsanla dənizə vur. Dərhal yarıldı və hər hissə böyük bir dağ kimi oldu». (əş-Şuəra 63). İsa – əleyhissəlam – hansı ki, Allahın izni ilə ölüləri dirildirdi. «Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Anadan gəlmə korları, cüzəm xəstəliyinə tutulanları sağaldar və Allahın izni ilə ölüləri dirildi- qəm». (Ali-İmran 49). Məhəmməd – sallallahu aleyhi və səlləm – hansı ki, Qureyş ondan bir möcüzə göstərməsini istəmiş o da aya işarə edərək ayı iki yerə ayırmışdı. «Qiyamət yaxınlaşdı, ay (Peyğəmbərin möcüzəsi ilə) parçalandı». (əl-Qəmər 1).

Allah – subhanəhu və təalə - yaratdıqlarını yox edər, ancaq özü əbədi qalar. Ancaq onun istədiyi olur. O, istədiyini edəndir. «Allah öz istədiyini edər!» (əl-Bəqərə 253). Allah bir işi zaman bütün yaratdıqları onu istəməsələr də onu yaradır. Əgər Allah istəməzsə yaratdıqlarından hamısı bir olsalar da onu istəyə bilməzlər. Bu şeydə olan xeyir və şər onun istəməsi ilə olur. O, nəyi istəmişsə o da olur, nəyi istəməmişsə o da olmaz. Allahın yaratdıqlarından heç birisi öz elmi ilə onu qavraya bilməz. Zənlər, düşüncələr, təsəvvürlər onu başa düşə bilməz. «Onların elmi isə onu əhatə edib qavraya bilməz». (Ta ha 110). Yaratdıqlarından heç kimsə onun zatının sirlərini bilməz. O da yaratdıqlarından heç birinə nə zatında, nə isimlərində, nə də sifətlərində, nə də əməllərində bənzəməz. Onun misli yoxdur. «Əgər Rəbbinin sözlərini yazmaq üçün dəryalar mürəkkəb olsaydı və bir o qədər ona əlavə olunsaydı yenə də Rəbbinin sözləri tükənməzdən əvvəl onlar tükənərdi». (ən-Kəhf 109). «Əgər yerdə hər bir ağac qələm olsaydı və dəryalar mürəkkəb olsaydı və yeddi dərya belə ona qoşulsaydı yenə də Rəbbinin sözləri tükənməzdi. Həqiqətən Allah yenilməz qüvvət və hikmət sahibidir». (Loğman 27). O, ölməzdir, daima diridir (HƏYYDİR). Ölüm ona gəlməz. «Ölməz, həmişə diri olan Allaha bel bağla». (əl-Furqan 58). O, nə mürgülər, nə də onu yuxu tutar (QAYYUMDUR). Yoxsa kainatda hər şey məhv olardı. Allah insanlara, cinlərə, quşlara, vəhşi heyvanlara, möminlərə, kafirlərə və istəyənə istədiyini verdiyi zaman mülkündən heç bir şey əskilməz. Əbu Zərr əl-Ğifari – radıyallahu anhu – dan, o da Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən, (Peyğəmbərdə) Uca və böyük olan Rəbbindən buyurmuşdu: «Ey mənim qullarım, sizlərdən birincilər və axırıncılar, insanlar və cinlər bir yerdə toplansalar və hamısı birlikdə məndən istəsələr, mən onların hər birinin istədiyini verərəm. Bu mənim yanımdakı şeylərdən iynənin dənizə salındığı (və çıxarıldığı) zaman əskiltdiyi qədər əskildər». O, yaratdıqlarını qorxuya düşmədən öldürür, çətinlik görmədən yenidən yaradır.

 

 

Allaha imanın faydaları

 

Allah – subhanəhu və təalə – iman etmək möminlərə olduqca xeyirli və dəyərli faydalar verər.

1. Allahı başqalarından bir şey ümid etməyəcək, başqalarından qorxmayacaq və başqasına ibadət etməyəcək şəkildə, həqiqi mənada Tövhid etmək.

2. Allahı kamil dərəcədə sevməyə çalışmaq, onun İsim və Sifətlərinə lazımi şəkildə təzim etmək.

3. Əmr etdiklərini yerinə yetirmək, qadağalarından çəkinməklə ona ibadət etmək.

 

 

Mələklərə İman

 

 Mələklərə iman hər hansı bir şübhə və tərəddüddən uzaq olaraq var olduqlarına inanmaq deməkdir. «Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (onların) Hamısı Allaha, onun mələklərinə, kitablarına və bütün peyğəmbərlərinə iman gətirmişlər…». (əl-Bəqərə 285).

 

Mələklər aləmi bir qeyb aləmidir. Allah tərəfindən yaradılmış və Allaha ibadət edən varlıqlardır. Allah onları nurdan yaratmış, əmrlərinə tam uymağı və əmrlərini yerinə yetirmək gücünü vermişdir. Aişə (r.ə.)  rəvayət edir ki, Peyğəmbər (s.ə.s.)  buyurdu: «Allah mələkləri nurdan, cinləri tüstüsüz oddan, Adəmi isə sizə deyildiyi şeydən (yaratdı)». «Möhtərəm qullardır. Onlar Allahdan qabaq söz danışmışlar və yalnız onun əmri ilə iş görərlər». (əl-Ənbiya 26-27). «Onlar Allaha ibadət etməkdə təkəbbürlük göstərməz və bunda yorulmazlar. Onlar gecə-gündüz yorulmaq bilmədən Rəbbini təqdis edib şəninə təriflər deyirlər». (əl-Ənbiya 19-20).

Mələk – Ələkə sözündən götürülüb, göndərilən deməkdir. Mələklərin varlıqlarını inkar edənə hər hansı bir şəxs kafir olur. «Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdı». (ən-Nisa 136). Bu baxımdan da Əhli Sünnə vəl Cəmaat icma ilə mələklərə inanırlar.

Mələklərin nə vaxt yaradıldıqları barədə məlumat yoxdur. Lakin onların insandan qabaq yaradılmış olduqları bilinməkdədir. Sənin Rəbbin mələklərə: «Mən yer üzündə bir xəlifə yaradacağam» dedikdə, mələklər: «Biz sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və səni müqəddəs tutduğumuz halda sən yer üzündə fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?» söylədilər. Allah (onlara) : «Mən bildiyim şeyi siz bilmirsiniz!». (əl-Bəqərə 30).

Mələklərin sayı çoxdur. Sayını Allahdan başqa heç kimsə bilməz. Peyğəmbər (s.ə.s.) Meraca gedərkən ona səmadakı Beytul-Məmur göstərilmiş və orada hər gün yetmiş min mələyin ibadət edib, oradan çıxdıqdan sonra bir daha ora qayıtmamaqları bildirlimişdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhabələrə buyurur: « Səmada olan səsləri eşidirsinizmi?» Səhabələr: «Yox, ya Rəsulullah». Peyğəmbər (s.ə.s.) buyurdu: «Mən eşidirəm. Göydə bir qarış yer yoxdur ki, orada Qiyamda, rukuda və səcdədə olan mələk olmasın».

Mələklərə iman özündə bir neçə xüsusiyyətləri birləşdirir ki, bunları da hər bir müsəlmanın bilib iman gətirməsi vacibdir.

1. Onların varlıqlarına iman etmək.

2. Cəbrail, Mikail, İsrafil (ə.s.)  kimi adlarını bildiyimiz mələklərə iman, adları-

nı bilmədiyimiz mələklərə isə icma ilə iman etmək.

3. Cəbrail (ə.s.) kimi sifətlərini bildiyimiz mələklərin o, sifətlərinə iman gətirmək. Məs: Allah bizim onları görməməyimizi əngəlləşdirmişdi. Buna görə də biz onları yaradılmış şəkildə görə bilmərik. Lakin bəzi qullara onları görmək icazəsi verilmişdi. «Biz öz ruhumuzu Məryəmin yanına göndərdik. O, Məryəmə kamil bir insan qiyafəsində göründü». (Məryəm 17).

Həmçinin İbrahim və Lut (ə.s.)ın yanına insan qiyafəsində gəlmişlər. «Həqiqətən elçilərimiz (mələklər) İbrahimin yanına müjdə ilə gəlib salam verdilər». (Hud 68). «Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman…». (Hud 77).

Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – Cəbrail (ə.s.)ı öz qiyafəsində görmüşdü. «O, qüvvət sahibi göründü. O (Cəbrail) ən uca üfüqdə idi». «And olsun ki, başqa bir dəfə də görmüşdü. (yeddinci səmadakı) Sidrətul – muntəhanın yanında». (ən-Nəcm 6-14). Cəbrail – əleyhissəlam – ın insan qiyafəsində saçları olduqca qara, düm ağ paltarda Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına, onların dinlərini onlara öyrətməyə gəlmişdi. Cəbrail – əleyhissəlam – əksər vaxtlarda gözəl səhabə olan Dihyə b. Xəlifətli əl-Kəlbi (r.ə.)un qiyafəsində gələrdi.

Mələklərin çox qanadlı olmaları. «Göyləri və yerləri yoxdan yaradan, iki qanadlı, üç qanadlı, dörd qanadlı mələkləri elçi edən Allaha həmd olsun. (Fatir 1).

Mələklər Allahın ordularıdır. «Rəbbinin ordularını özündən başqası bilməz. Bu insanlar üçün ancaq bir öyüd-nəsihətdir». (əl-Muddəssir 31).

Allahın izni ilə insanları qoruyurlar. «İnsan üçün onu öndən və arxadan təqib edən mələklər vardır. Onlar insanı Allahın əmri ilə qoruyurlar». (ər-Rəd 11). Əbu Hureyrə (r.ə.) rəvayət edir ki, Əbu Cəhl: «Məhəmməd sizin aranızda üzünü torpağa sürtürmü?» Ona: «Bəli, sürtür»- dedilər. O, dedi: «Lat və Uzzaya and olsun ki, əgər onun belə etdiyini görsəm boynundan tutub torpağa sürtəcəyəm». Peyğəmbər (s.ə.s.) namaz qılmağa başladığı vaxt Əbu Cəhl gəldi və onun boynunu basmaq istədi. Bu vaxt sanki əlləri ilə özünü qoruyaraq geri çəkildi. Ona: «Sənə nə oldu?» deyə soruşduqda o dedi: «Mənimlə onun arasında içi odla dolu xəndək var idi və mənim ona yaxınlaşmağıma mane olurdu». Peyğəmbər (s.ə.s.) buyurdu: «Əgər o, mənə yaxınlaşmış olsaydı mələklər onu parça-parça edərdilər».

Mələklər Allaha yaxınlaşdırılmış varlıqlardır. Kişi və qadın vəsfləri yoxdur. «Onlar Rəhmanın qulları olan mələkləri dişi saydılar. Məgər onlar mələklərin yaradılışına sahibmi olmuşlar. Onları bu şəhadəti yazılacaq və sorğu-sual olunacaq». (əz-Zuxruf 19). «Kafirlər Rahmən övlad götürdü dedilər. O, pak və müqəddəsdir. Xeyr mələklər möhtərəm qullardır». (əl-Ənbiya 26).

Yeməzlər, içməzlər. «Həqiqətən elçilərimiz (mələklər) İbrahimin yanına müjdə ilə gəlib salam verdilər. İbrahim də «Salam!» deyə cavab verdi və dərhal (gedib onlara) qızardılmış bir buzov gətirdi. İbrahim (qonaqların) əllərini yeməyə uzatmadıqlarını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü». (Hud 69-70).

Onların qidaları Allahı zikr etməkdir. Bundan da əsla usanmaz və buna ara verməzlər, yorulmazlar. «Onlar Allaha ibadət etməkdə təkəbbürlülük göstərməz və bunda yorulmazlar. Onlar gecə-gündüz yorulmaz, yorulmaq bilmədən Rəbbini təqdis edib şəninə təriflər deyirlər». (əl-Ənbiya 19-20). «Rəbbinin yanında olanlar ona ibadət etməyi özlərinə ar bilməzlər. Onu pak, müqəddəs tutub şəninə təriflər deyər və ancaq ona səcdəyə qapanarlar». (əl-Əraf 206).

 
 

Kitablara İman

Kitablar – əl-Kutub ləfzindən toplamaq və bir-birinə qatmaq mənasında gələn əl-Kətbdən gəlməkdədir. Kitabların cəmi, yazılmış deməkdir. Kitablardan qəsd səmadan Allahın rəsullarına endirilmiş kitablardır. Bizim bu kitablardan bildiklərimiz İbrahim – əleyhissəlam – ın səhifələri, Musa – əleyhissəlam – a lövhələrdə endirmiş olduğu Tövrat, İsa – əleyhissəlam – a endirilmiş olan İncil, Davud (ə.s.)a endirilmiş olan Zəbur və son olaraq nazil olan əvvəlkiləri doğrulayan Qurani-Kərimdir.

Bizlər Allah – subhənəhu və təala – nın bunlardan başqa peyğəmbərlərinə endirilmiş olduğu başqa kitabların olduğuna da iman edirik. Bunların ad və saylarını Allahdan başqa heç kəs bilməz. «Ey möminlər! Allaha və Peyğəmbərinə, onun öz Peyğəmbərinə endirdiyi kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin!». (ən-Nisa 136).

Bizlər Allahın peyğəmbərlərinə endirmiş olan kitabların Allah tərəfindən gəldiyinə, onların haqq olduqlarına, bir hidayət, bir nur, bir bəyan və bir şəfa olduqlarına iman edirik. (Ey möminlər!) Belə deyin: «Biz Allaha, bizə nazil olan Qurana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən bütün Peyğəmbərlərə verilən şeylərə iman etdik. Onların heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanıq». (əl-Bəqərə 136). «Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdik. Biz Davuda Zəburu verdik». (ən-Nisa 163). «İbrahimin və Musanın səhifələrində». (əl-Əla 19). «Bundan əvvəl insanları doğru yola yönəltmək üçün Tövratı və İncili də (səmadan) o, endirdi. (Haqqı nahaqdan ayırd edən) Furqanı (Quranı) da o nazil etdi». (Ali İmran 3-4).

Allah kitabları Rəsullarına insanları hidayətə yönəltmək, onları zülmətdən nura çıxartmaq üçün endirmiş olduğuna iman gətirməliyik. «Əlif, Ləm, Ra! Bu Quran elə bir kitabdır ki, onu sənə insanları öz Rəbbinin izni ilə zülmətdən nura, həm də yenilməz qüvvət sahibi və hər cür tərifə, şükrə layiq olan Allahın yoluna (İslam dininə) çıxartmaq üçün nazil etmişik». (İbrahim 1).

Bu kitablardan bəziləri Allahdan, arada elçi, mələk olmadan pərdə arxasından endirlimiş, kimisini də mələk olan elçi, insan olan elçiyə təbliğ etmiş, kimisini də Allah öz əli ilə yazmışdı. «Allah onlarda ancaq vəhylə, yaxud (Musa ilə) pərdə arxasından danışar və ya bir elçi (mələk) göndərər, o da Allahın izni ilə Allahın istədiyini vəhy edər». (əş-Şura 51). «Allah Musa ilə sözlə (arada heç bir vasitə olmadan) danışdı». (ən-Nisa 164). Peyğəmbər – sallallahu aleyhi və səlləm- buyurdu: «Sənin üçün lövhələrdə hər şeyi çəkdi və sənin üçün Tövratı öz əli ilə yazdı».

Qurana iman etməyə gəlincə, bu da onu iqrar və qəbul etmək, içindəki hökmlərə tabe olmaqdır. Qurandan başqa Allahın göndərdiyi digər kitabları qoruya bilmədilər. Onlara haqqıyla riayət etmədilər, kitablarda bir çox dəyişikliklər və yeniliklər etdilər. «Halbuki (Musa dövründə) olanların içərisində elələri vardır ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirdilər». (əl-Bəqərə 75).

Buna görə də bütün kitablar Qurani-Kərimin endirliməsi ilə nəsx edilmiş oldular. Digər tərəfdən əvvəlki kitabların qorunması insanlara həvalə edilmişdisə, Qurani-Kərimin qorunmasını isə Allah öz üzərinə götürmüşdür. Bu kitab nə nəsx edilir, nə də dəyişdirilir. Allah dünyadan qaldırdığı günə qədər onu hər cür dəyişikliklərdən, batildən qoruyur. «Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, biz də onu (hər cür təhrif, artırıb-əskiltmədən) qoruyub saxlayacağıq». (əl-Hicr 9). «Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi və şükrə tərifə layiq Allah tərəfindən endirilmişdi». (Fussilət 42).

Bu baxımdan da hər bir kəs Qurani-Kərimin hökmlərinə tabe olmalı, boyun əyməli və ona iman etməlidir. Çünki bu kitab özündən əvvəlki kitabları doğrulayan, onlarda olan dəyişiklikləri və təhrifləri bəyan edən bir kitabdır. «Biz sənə Quranı haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitabları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) kimi endirdik. (əl-Maidə 48). «Quran uydurma bir söz deyildir. Ancaq özündən əvvəlki (ilahi kitabların) təsdiqi, (Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökümlərin, halal-haramın) müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir». (Yusif 111). Təfsir alimləri qeyd edirlər ki, Muhəymin – ləfzi özündən əvvəlki kitablara qarşı bir şahid və onları doğrulayan mənasındadır. Yəni Qurani-Kərim bu kitablarda olan doğru xəbərləri təsdiq edərkən, bu kitablarda ortaya çıxan təhrifləri, dəyişiklikləri qəbul etməz. Ömər – radıyallahu anhu – deyir ki, mən Tövratın bir neçə hissəsini tapmışdım və Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə orada yazılan hökmləri göstərdim. Onun mənim bu əməlimdən bərk qəzəbləndiyini gördükdə qorxuya düşdüm ki, nə isə deyər və dərhal dedim: «Rəbb olaraq Allahdan, din olaraq İslamdan, Nəbi olaraq Məhəmməd – sallallahu aleyhi və səlləm – dən razı oldum» Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Vallahi Musa – əleyhissəlam – sağ olsaydı o da mənim dinimə tabe olardı».

Bəs biz müsəlmanlar, başqa kitablarda olan məlumatlara necə münasibət bəsləməliyik.

1. Quran və Sünnəyə uyğun gələni qəbul edir.

2. Quran və Sünnəyə zidd olanları inkar edir.

3. Nə ziddir, nə də uyğun – bunları da inkar edir, nə də təsdiq edirik. Bunlar İsrailiyyat adlanır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Məndən heç olmasa bir ayə belə insanlara çatdırın. Yəhudilərdən də danışın və bunda heç bir günah yoxdur. Kim bilə-bilə mənim adımdan yalan danışsa keçib Cəhənnəmdə yerini tutsun».

Qurani – Kərim aləmlərin Rəbbinin kəlamı, onun kitabı, səmavi kitabların sonuncusu və sağlam ipidir. Allah onu Abdullahın oğlu Məhəmmədə insanları zülmətdən nura çıxartmaq, doğru yola və Siratal- Mustəqimə yönəltmək üçün endirmişdi. Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – bütün insanlara və bütün cinlərə onlara endirilmişi açıqlasın deyə göndərilmişdir. «Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndərilən izah edəsən və bəlkə onlar da düşünüb dərk edərlər». (ən-Nəhl 44). «Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik». (ən-Nəhl 89).

Qurani-Kərim Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə bir başa endirilməmiş-dir. İyirmi üç il ərzində hissə-hissə endirilmişdi. «Biz Quranı haqq olaraq nazil etdik, o dahaqq olaraq (heç bir dəyişikliyə uğramadan) nazil oldu. İnsanlara aramla, yavaş-yavaş oxuyasan deyə, biz Quranı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik». (əl-İsra 106).

Qurani-Kərimdə 114 surə vardır. Bunlardan 87-si Məkkədə, 27-si isə Mədinədə nazil edilmişdi. Məkkədə nazil olan surələrə Məkkə surələri, Mədinədə nazil olan surələrə isə Mədinə surələri adlanır. Ümumi olaraq 114 surə, 6236 ayə vardır. QURAN – qiraət etmək, oxumaq deməkdir. KƏRİM – Allahın bizə məlum olan 99-z adından biridir. Səxavətli, kəramətli deməkdir. AYƏ – açıq əlamət, dəlil, işarə, ibrət deməkdir. İlk nazil olan ayə əl-Ələq surəsini ilk 5 ayəsidir. SURƏ – yüksək rütbə, şərəf deməkdir.

Qurani – Kərimdə ayələr üç qismə bölünür.

1. Xəbərlər (yəni hekayələr).

2. Hökmlər (şəriət qaydaları).

3. Əqidə (Tövhid).

Hər bir müsəlmanın üzərində Allahın haqqıdır ki, Qurani – Kərimi öyrənsin, öyrəndik

dən sonra başqalarına öyrətsin və ona səmimi qəlbdən sarılsın. «Bu nazil etdiyimiz mübarək bir kitabdır. Ona tabe olun ki, bəlkə sizə rəhm olunsun». (əl-Ənam 155). «Rəbbinizdən sizə nazil edilən Qurana tabe olun. Allahı qoyub başqa havadarlara uymayın. Siz öyüd- nəsihətə olduqca az qulaq asırsınız». (əl-Əraf 3). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahın kitabını götürün və ona səmimi qəlbdən sarılın». Osman – radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizin ən xeyirliniz Quranı öyrənən və onu öyrədəndir».

Qurani – Kərimə səmimi qəlbdən sarılmaq nə deməkdir?

Kitabı əzbərləmək, oxumaq, gecə-gündüz namazlarda oxumaq, ayələri üzərində düşünmək, halalı halal, haramı haram qəbul etmək, əmrlərinə bağlanmaq, qadağalardan uzaq durmaq, verdiyi nəsihətlərdən ibrət almaq, buyurduqlarına əməl etmək, mutəşabih buyurduqlarına təslimiyyət göstərmək, onun hüdudlarını aşmamaq, bu kitaba nəsihətçi olmaq (buyurduqlarını səmimiyyətlə yerinə yetirmək) və ona dəvət etməkdir. Buna görə də Əhli Sünnə vəl Cəmaat Qurani – Kərimin hərf və mənaları ilə Allahın kəlamı olduğuna, ondan gəlib ona dönəcəyinə, Allah tərəfindən endirilmiş olub, məxluq olmadığına, Allahın kəlamı olduğuna iman edirlər. Bu kitab sonsuz hikmət sahibi (Hakim) hər şeydən xəbərdar (Xabir) olan Allah tərəfindən endirilmişdir.

 

Peyğəmbərlərə İman

  

Rəsul - Peyğəmbər kəlməsi – Rəsulun – göndərilən deməkdir. Bu da bir işi təbliğ etmək üçün göndərilən kimsə mənasına gəlir. Burada qəsd Allahın insanlar arasında şəriət vəhy edib, o şəriəti təbliğ etməsini əmr etdiyi kimsədir.

 

Göndərilmiş bütün Peyğəmbərlər yalnız kişilərdən ibarət olub. «Biz səndən əvvəl də özlərin vəhy etdiyimiz ancaq kişi peyğəmbərlər göndərmişdik». (ən-Nəhl 43). Rəsulların ilki Nuh – əleyhissəlam -, sonuncusu da Məhəmməd – sallallahu aleyhi və səlləm – dir. «Biz Nuha və ondan sonrakı Peyğəmbərlərə vəhy göndərdiyimiz kimi sənə də vəhy göndərdik». (ən-Nisa 163). Ənəs b. Məlik – radıyallahu anhu – nun rəvayət etdiyi şəfaət hədisində Peyğəmbər – sallallahu aleyhi və səlləm – insanların Adəm – əleyhissəlam – ın yanına şəfaət etmək üçün getmələri, o da: «Nuh – əleyhissəlam – ın yanına gedin o, Allahın göndərdiyi ilk rəsuldur» - deməsi də buna dəlildir. Məhəmməd – sallallahu aleyhi və səlləm – haqqında: «Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və Peyğəmbərlərin sonuncusudur». (əl-Əhzab 40).

Elm əhlinin söylədiklərinə görə Rəsul (Eiçi) ilə Nəbi (Peyğəmbər) arasında fərq budur: «Nəbi – şəriət vəhy edilməklə birlikdə o, şəriəti təbliğ etmə əmri verilməyəndir. Rəsul – Allahın şəriət vəhy etdiyi və onu təbliğ etməsini, gərəyincə əməl etməsini əmr etdiyi kimsədir. Buna görə də hər rəsul bir nəbidir, lakin hər nəbi rəsul deyildir».

Əhli Sünnə vəl Cəmaat Allahın qullarını müjdələyən, insanları hidayətə yönəldən və zülmətdən nura çıxartmaq üçün haqq dinə dəvət edən, rəsullar, peyğəmbərlər göndərdiyinə inanırlar. Onlardan birini inkar edən Allahı və bütün Peyğəmbərləri inkar etmiş olur. «Allahı və Peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərindən ayırmaq istəyənlər: «Biz peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq» deyənlər və bunun arasında bir yol tapmaq istəyənlər – bütün bunlar həqiqətən kafirlərdir. Biz kafirlərdən ötrü rüsvayedici əzab hazırlamışıq. Lakin Allaha və peyğəmbərinə iman gətirən və onların heç birini digərindən ayırmayan şəxslərə Allah öz mükafatlarını verəcəkdir. Şübhəsiz ki, Allah bağışlayan və rəhm edəndir». (ən-Nisa 150-152).

Nə üçün Allah Peyğəmbərlər göndərib?

1. Hər hansı bir qövmə Peyğəmbər gəlmədiyi üçün Allah ora Peyğəmbər göndərib.

2. Ola bilər ki, bir qövmə Peyğəmbər göndərilib, lakin gətirdiyi şəriət dəyişildiyinə görə yeni Peyğəmbər göndərilib.

3. Hər hansı bir qövmə Peyğəmbər göndərilib, şəriət olduğu kimi qalıb, lakin sonrakı zamana uyğun olsun deyə, yeni hökmlərə ehtiyac olduğu üçün Peyğəmbər göndərilib.

4. Hər hansı bir Peyğəmbərin dediklərini təsdiq etmək üçün, kömək olsun deyə Peyğəmbər göndərilib.

Allah hər ümmətə onların içərisindən onları bir və tək olan Allaha ibadət etməyə və ondan başqa ibadət olunan bütün varlıqları rəd və inkar etməyə çağıran peyğəmbərlər göndərdiyinə inanmaqdır. Allah hər ümmətə şəriət ilə bir peyğəmbər göndərmədiyi və ya ondan əvvəlki Peyğəmbərlərin şəriətini yeniləmək (təzələmək) üçün vəhy etdiyi bir peyğəmbər (nəbi) göndərilməmiş heç bir ümmət yoxdur. «Biz hər ümmətə: «Allaha ibadət edin və tağutdan çəkinin» deyə peyğəmbər göndərmişdik». (ən-Nəhl 36). «Elə bir ümmət yoxdur ki, onun içindən qorxudan bir peyğəmbər gəlib getməsin». (Fatir 24).

Onların çağırışları ümmətləri şirk və bütpərəstlikdən qurtarmaq, insanları çirkin və fahis işlərdən çəkindirmək üçündür. Onlar risalətlərini təbliğ etdilər, üzərilərindəki əmanəti əskiksiz yerinə yetirdilər, ümmətlərinə səmimiyyətlə öyüd-nəsihət verdilər. Allah yolunda layiqli cihad etdilər. Rəbləri tərəfindən dəstəklənmiş oldular. «Allah mələklərdən elçilər seçdiyi kimi insanlardan da seçər». (əl-Həcc 75).

Heç bir şeyi gizlətməyib, hər hansı bir dəyişiklik etmədiklərinə, özlərindən ora nə bir hərf artırıb, nə də bir hərf əskiltmədiklərinə inanmaqdır. «Peyğəmbərlərin vəzifəsi isə yalnız açıq-saçıq bir təbliğdir». (ən-Nəhl 35).

Allah o, şərəfli Rəsulların göndərməsində hikməti: «Biz Peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət və bilik sahibidir». (ən-Nisa 165).

Rəsullar da yaradılmış insanlardır. Rububiyyət və Uluhiyyət xüsusiyyətlərindən heç birisinə sahib deyillər. Onlar Allahın istədiyindən artıq nə özlərinə, nə də hər hansı bir kimsəyə nə fayda, nə də zərər vermək gücünə malikdirlər. De ki: «Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi də bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən özümə gələn vəhyə tabe oluram». De ki: «Kor görənlə bir olurmu? Məgər düşünmürsünüz!». (əl-Ənam 50).

Onlara əmr edilən şeylərə uyan bir əmirdilər. De ki: «Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm!» De ki: «Məni Allahdan heç kəs qurtara bilməz və mən ondan başqa heç bir sığınacaq tapa bilmərəm!» (əl-Cinn 21-22). De ki: «Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı qorxudan və müjdələyənəm» (əl-Əraf 188).

Xəstəlik, ölüm, yemək və içmək kimi şeylərə ehtiyac duyduqları və s. buna bənzər özəlliklər onlar haqqında da söz edilməkdədir. «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!». (əş-Şuəra 78-82).

Həmçinin Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər sənə desələr Məhəmməd sabah nə olacağını bilir, inanma». İbn Məsud – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən ancaq sizin kimi bir insanam. Unutduğunuz kimi unuduram. Unutduğum zaman yadıma salın».

Allah onları insanlar arasında ən şərəfli, hörmətli olduqlarını qeyd etməklə yanaşı onların bütün yaradılmışlar kimi Allahın qulu olduqlarını da qeyd edir. «Həqiqətən Nuh çox şükr edən qul idi». (əl-İsra 4). «Aləmləri qorxutmaq üçün haqqı batildən ayıran Quranı öz quluna (Məhəmmədə) nazil edən Allah nə qədər uca, nə qədər uludur». (əl-Furqan 1). «O (Məryəm oğlu İsa) ancaq nemət verdiyimiz və İsrail oğullarına ibrət dərsi etdiyimiz bir quldur». (əz-Zuxruf 59).

Bütün bu göndərilən Peyğəmbərlərin məqsədləri bir olub. İnsanları Allaha ibadət etməyə çağırmaq. Həqiqətən biz Nuhu öz qövmünə Peyğəmbər göndərdik. O, belə dedi: «Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (ibadət edəcək) heç bir ilahiniz yoxdur. Məgər qorxmursunuz». (əl-Muminun 23). Ad tayfasına da qardaşları Hudu Peyğəmbər göndərdik. O, dedi: «Ey cəmaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Siz isə yalnız iftiraçısınız». (Hud 50). Səmud tayfasına da öz qardaşları Salehi Peyğəmbər göndərdik. O, dedi: «Ey cəmaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur». (Hud 61). Mədyən əhlinə də qardaşları Şüeybi Peyğəmbər göndərdik. O, dedi: «Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur». (Hud 84). Yadına sal ki, bir zaman İbrahim atasına və qövmünə demişdi: «Mən sizin ibadət etdiklərinizdən təmamilə uzağam. Yalnız məni yoxdan yaradan Allahdan başqa»! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcəkdir». (əz-Zuxruf 26-27).

Allah bir çox Rəsul və Peyğəmbər göndərmişdi. Bəzilərinin adı Qurani-Kərimdə və Sünnədə bizə gəlib çatmış, bəzilərinin da adları bildirilməmişdir. «Biz Peyğəmbərlər göndərdik. Onların bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin əhvalatını isə söyləmədik!». (ən-Nisa 164).

Qurani-Kərimdə adları zikr olunan 25 Rəsul və Peyğəmbər vardır. «Bu bizim İbrahimə (1) öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi mərtəbə-mərtəbə yüksəldirik. Şübhəsiz ki, Rəbbin hikmət və elm sahibidir. Biz İshaqı (2) və Yəqubu (3) ona əta etdik. Onların hər birini hidayətə çatdırdıq. Bundan əvvəl Nuhu (4) və onun nəslindən olan Davudu (5) , Süleymanı (6), Əyyubu (7), Yusifi (8), Musanı (9) və Harunu (10) da hidayətə qovuşdurduq. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Zəkəriyyəni (11), İsanı (12), İlyası (13) da hidayətə çatdırdıq. Onların hamısı əməlisalehlərdən idi. Biz həmçinin İsmaili (14), Əlyəsəi (15), Yunisi (16) və Lutu (17) da hidayətə qovuşdurduq və onları insanlardan üstün etdik». (əl-Ənam 83-86). «İdrisi (18) və Zulkifli (19) də yad et». (əl-Ənbiya 85). «Ad tayfasına qardaşları Hudu (20) göndərdik». (əl-Əraf 65). «Səmud (tayfasına) qardaşları Salehi (21) göndərdik». (əl-Əraf 73). «Mədyən tayfasına da Şüeybi (22) göndərdik». (əl-Əraf 85). Həmçinin Adəm, Yəhya və Məhəmməd (hamısına Allahın salat və salavatı olsun!). «Biz səndən əvvəl də Peyğəmbərlər göndərmişdik. Onların kimisi haqqında sənə xəbər vermiş, kimisi haqqında xəbər verməmişik». (əl-Mumin 78).

Onların içərisində ən fəzilətliləri Ulul-Azim deyə adlanan beş Peyğəmbərdir. Xatırla ki, biz bir zaman Peyğəmbərlərdən əhd almışdıq: «Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryam oğlu İsadan da!». (əl-Əhzab 7).

Allah Peyğəmbərləri bi-birindən üstün etmişdi. (Ya Məhəmməd!) «Biz peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin dərəcələrini yüksəltmişdir». (əl-Bəqərə 253). «Biz Peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik». (əl-İsra 55).

Ulul –Azim deyə bilinən Peyğəmbərlərin ən fəzilətlisi isə İslamın Peyğəmbəri, Peyğəmbərlərin və Rəsulların sonuncusu, aləmlərin Rəbbinin son elçisi Abdullah oğlu Məhəmməddir. «Lakin o, Allahın Rəsulu və Peyğəmbərlərin sonuncusudur». (əl-Əhzab 40). Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əli – radıyallahu anhu – buyurur: «Sənin mənə görə durumun Harunun Musaya görə durumu kimi olmasına razı deyilsən? Lakin məndən sonra heç bir Peyğəmbər gəlməyəcəkdir».

 

Axirətə İman

 
Beşinci əsas: Axirət gününə iman:

Axirət günü: İnsanların haqq-hesab üçün toplanacaqları qiyamət günüdür. Bu günün "Axirət" adlanmasının səbəbi, onun sonuncu gün olmasıdır. Bu gündə Cənnət əhli cənnətdə, Cəhənnəm əhli isə cəhənnəmdə məskunlaşdırılacaqlar.

Allah (c.c.) buyurur:

"Allahdan başqa ibadətə layiq heç bir haqq tanrı yoxdur. Olacağına şübhə edilməyən qiyamət günü hamınızı (bir yerə), əlbəttə, O toplayacaqdır. Allahdan daha doğru danışan kim ola bilər?!" (ən-Nisa: 87).

 

Qiyamət günü insanlar qəbirlərindən, mələk İsrafil ikinci dəfə sura üfürdükdən sonra qalxacaqlar. Onlar qəbirlərindən ayaqyalın, lüt və sünnət olunmamış halda çıxacaqlar.

Allah taala buyurur:

"Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza salın. (O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik. (Biz qiyamət günü sizi dirildib lüt-üryan, anadangəlmə vəziyyətdə məhşərə gətirməyi vəd etmişdik. Biz onu mütləq edəcəyik)." (əl-Ənbiya: 104).

Digər ayədə isə Allah taala buyurur:

"(Belə bir yaradılışdan) sonra siz mütləq öləcəksiniz! Sonra siz qiyamət günü yenidən dirildiləcəksiniz!" (əl-Muminun: 15 - 16).

Peyğəmbər (sav) hədislərin birində buyurur:

"Qiyamət günü insanlar ayaqyalın, lüt və sünnətsiz məhşərə toplanacaqlarə"(Buxari: 11\ 377-378\ № 5627. Müslim: № 2859.)

O gün, bəndə ilə etdiyi əməllərinə görə haqq-hesab çəkiləcək, mükafatlandırılacaq yaxud cəzalandırılacaqdır. Quran, Sünnə və müsəlmanların icması bu məsələyə dəlildir. Allah taala buyurur:

"Şübhəsiz ki, onların axır dönüşü Bizədir! Onlarla haqq-hesab çəkmək də Bizə aiddir!" (əl-Ğaşiyə: 25-26).

Allah taala buyurur:

"Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz." (əl-Ənam: 160).

Allah taala buyurur:

"Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik." (əl-Ənbiya: 47).

İnsanlar məhşərdə haqq-hesablarını əlli min ilə bərabər bir gündə gözləyəcəklər. O gün, günəş məxluqatdan bir mil məsafə uzaqlığında olacaqdır. Hər kəs öz əməlinə uyğun olaraq tərləyəcəkdir. Bəzilərinin təri onu boğacaq, bəzilərinin təri belinə, dizlərinə, qədəmlərinə qədər olacaqdır. Bəziləri Rəhmanın ərşinin kölgəsi altında nemət əldə edər və Peyğəmbərin hovuzundan sərin, dadlı və saf su içərlər. Allahdan Onun lütfünü istəyirik!

O gün, hər kəsə əməlləri yazılmış kitabı (əməl dəftəri) özünə veriləcəkdir.

Allah taala buyurur:

"Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. (Və ona belə deyərik: ) “Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə (özün öz əməllərinin şahidi olmağa) kifayətsən”” (əl-İsra: 13, 14).

O gün hər kəsə yalnız etdiyi əməlləri kömək edəcəkdir. Heç kəsin atası, anası, qardaşı və başqaları ona kömək etməyəcəkdir. Hətta o, tanıdığı adamlardan, ondan kömək istəyəcəklər deyə, uzaq qaçacaqdır.

Allah taala buyurur:

"O gün insan qaçacaq öz qardaşından; anasından, atasından; zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır)." (Əbəsə: 34-37).

Allah taala buyurur:

"Onlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini tanımazlığa vurub bir-birindən qaçacaqlar). O günün əzabından qurtarmaq üçün günahkar istəyərdi ki, öz oğullarını fəda etsin (fidyə versin)" (əl-Məaric: 11).

Sirat körpüsü cəhənnəmin üzərindən qoyulacaqdır. Möminlər bu körpünü keçib cənnətə girəcəklər. Kafirlər isə orada yıxılıb cəhənnəmə düşəcəklər. Körpünü ilk keçənlər Məhəmməd Peyğəmbərin  ümməti olacaqdır.

O günün nəticəsi cənnət və ya cəhənnəm olacaqdır. Bu iki məkan məxluqatın qayıdacaqları yerdir. Cənnət, Allahın müttəqi və mömin bəndələri üçün hazırladığı naz-nemətlərin məskənidir. Bu insanlar, Allahın onlara vacib etdiyinə iman gətirmiş, sidq ürəklə və ixlasla Allahın və Peyğəmbərinin  itaətində duranlardır. Orada gözlərin görmədiyi, qulaqların eşitmədiyi, insanın ağlına gələ bilməyəcək qeyri adi nemətlər vardır.

Allah taala buyurur:

"İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır. Onlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (nemətlər) Rəbbindən qorxanlar üçündür!" (əl-Bəyyinə: 7-8).

Allah taala buyurur:

"Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (möminlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!" (əs-Səcdə: 17).

Cəhənnəm isə Allahın, Ona və rəsuluna asilik edən zalım və kafirlər üçün hazırladığı cəza məkanıdır. Orada insanın təsəvvür etmədiyi müxtəlif əzab və cəza növləri vardır. Allah taala buyurur:

"Kafirlər üçün hazırlanmış oddan (Cəhənnəmdən) həzər edin!" (Ali İmran: 131).

Allah taala buyurur:

"Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. (Cəhənnəmin qalın divarları zalımları əhatə edəcəkdir). Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!" (əl-Kəhf: 29).

Axirət günü haqda qısa məlumatdan sonra bu günə imanın bəzi gözəlliklərindən danışmaq olar:

1. Bu günün haqq-hesab günü olmasına iman gətirmək Allahın kamil adilliyi və rəhmətinə açıq aydın dəlildir. O gün zalımlar etdikləri zülmün, xeyirxahlar isə etdikləri yaxşılıqların əvəzini görəcəklər.

2. Axirət gününə iman gətirmək insanı öz nəfsinin istəklərinə, şəhvətinə, düşmənçiliyinə və təkəbbürlüyünə qapanmağa mane olur. Kim belə iş görmək istədikdə, qarşısında haqq-hesab gününün olacağını dərk etsə, onda bu idrak onu pis əməllərdən çəkindirməyə kömək olar.

3. Axirət gününə iman gətirmək yaxşı işlərin görülməsinə əsas səbəbdir. İnsan bir yaxşılıq edəndə bilir ki, bu yaxşılıq onun əməl dəftərində yazılmışdır. Bu əməllər Qiyamət günü onun qarşısına çıxacaq və əvəzini artıqlaması ilə görəcəkdir. Bunu bilən insan, Allah yanında dərəcəsini artırmaq üçün, yaxşı işləri görməkdə daima həvəs göstərir.

4. Qiyamət gününə iman, bəla və müsibətlərdə səbirli olmağın ən önəmli amillərindəndir. Çünki insanın bu dünya həyatı məşəqqət və bədbəxtliklərlə doludur. Lakin insanlar Allahın səbirli bəndələri üçün hazırladığı savab və mükafatı fikirləşəndə onları, qarşılaşdığı çətinlik və bəlalardan, itirdiyi sağlamlıq, mal-dövlət, şan-şöhrət, övlad və s-dən üstün görür.

5. Axirət gününə iman, dünyaya arxayınlığın və onunla qürurlanmağın qarşısını alır. Çünki Qiyamət gününə iman gətirən insan, dünyanın fani və az faydalı olduğunu dərk edir. Dünyaya yalnız onunla qürurlanan arxayın olar.

6. İnsanın Axirət gününə və az bir müddətdən sonra bu dünyadan köçüb əbədi bir həyata qovuşacağına iman gətirməsi onun hər bir işdə ədalətli mövqe tutmasına əsas verir. Dünyadan, onu sevindirəcək bir şey qazandıqda bu sevinci onu lovğalandırmaz, əksinə o qazandığı işdən ehtiyaclarını ödəyər, Allahın ona verdiyi nemətə sevinər və onunla Allaha itaətini artırar. Əgər ona dünyada hər hansı bir bəla və ya çətinlik baş verərsə həmin insan üzülməz və Allahdan ümidini kəsməz. Əksinə səbr edib savabını Allahdan istəyər. Çünki o bilir ki, hər bir bəladan sonra rahatlıq vardır. Bu dünya həyatı fanidir, dünyada olarkən Allaha itaət edənlər üçün həqiqi səadət və xoşbəxtlik axirətdədir.

7. Axirət gününə iman, saleh əməllərdə və ibadətlərdə yarışmağa səbəbdir. Çünki axirətdə cəza əməlin cinsindən və kəmiyyətindən asılıdır. Bu da insanı, yaxşı işlər görməyə sövq edir və pis işlərdən çəkindirir.

8. Axirət gününə iman, cəmiyyətdə bütün insanlarla gözəl əxlaqla davranmağı qoruyur. Çünki bütün bunların axirətdə öz mükafatı vardır. Elə bu baxımdan, Allaha və Axirət gününə iman gətirənin əxlaqı gözəl və yaşayışı rahat olar. Xeyri çoxalar, zərəri isə azalar.

Bu, Axirət gününə imanın bəzi gözəllikləri idi. Yəqin ki, deyilənlər kifayətdir. Sadalanmayan gözəlliklər sayca çox, təsircə mühümdür.

 

Qədərə İman

  

Altıncı əsas: Qəza və Qədərə iman:

Qədər – Allahın, bütün kainatın taleyini, əzəli elmi, hikməti ilə yazmasıdır. Qəza isə Allahın yazdığı bu hökmün Qədərdə olduğu kimi baş verməsidir.

Qədərə iman dörd məsələni əhatə edir:

Birinci: Allahın hər şeyi, həm Öz əməllərini həm də bəndələrinin əməllərini əzəldən, mücməl və müfəssəl şəkildə hər zaman bilməsinə iman gətirmək:

Ikinci: Allahın qəza və qədəri Lövhi Məhfuzda yazmasına iman gətirmək: Bu iki məsələ haqda Allah taala buyurur:

 

"(Ya Rəsulum!) Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa (hamısını) bilir? Həqiqətən, bu, (lövhi-məhfuz deyilən) bir kitabdadır. Şübhəsiz ki, bu (bütün bunları bilmək) Allah üçün asandır!" (əl-Həcc: 70).

Müslimin səhih kitabında Abdullah Ibn Amr Ibn əl-Asdan (r.a) belə rəvayət edilir:

"Allah göyləri və yeri yaratmadan əlli min il öncə məxluqatın qədərini yazmışdır"(Müslim: 4\ № 2653 )

Üçüncü: Allahın və ya Onun bəndələrinin hərəkətlərinin yalnız Allahın istəyi ilə olduğuna iman gətirmək: Allah taala Öz hərəkətləri, əməlləri haqda buyurur:

"Rəbbin istədiyini yaradar və istədiyini də seçər." (əl-Qəsəs: 68).

Bəndələrinin hərəkətləri haqqında isə buyurur:

"Əgər Allah istəsəydi, onları sizin üstünüzə qaldırardı və onlar da sizinlə vuruşardılar..." (ən-Nisa: 90).

Həmçinin digər ayədə buyurur:

"Əgər Allah istəsəydi, bunu etməzdilər. (Ya Rəsulum!) Onları da, uydurduqları yalanları da başlı-başına burax!" (əl-Ənam: 137).

Dördüncü: Bütün baş verənlərə öz vəsfi, hərəkəti və mahiyyətinə görə Allahın yaratdıqları olduğuna iman gətirmək. Allah taala buyurur:

"Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir!" (əz-Zümər: 62).

Digər ayədə Allah taala buyurur:

"O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir." (əl-Furqan: 2).

Qədərə deyilən formada iman gətirmək bəndənin öz ixtiyarı ilə etdiyi əməllərində istəyi və gücünün olmasına zidd deyildir. Çünki həm şəriət həm də reallıq bunu sübut edir.

Bunu isbat edən şəriət dəlillərindən. Məsələn, Allah taala əməlləri bəndələrə nisbət edərək buyurur:

"Allaha və Peyğəmbərə itaət edənlər ..." (ən-Nisa: 69).

"Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər." (ən-Nisa: 110). Və s. belə dəlillər çoxdur.

Reallıqdan olan dəlillər isə bunlardır: Hər bir insan özünün istəyi, gücü olduğunu bilir və onlarla bir işi görür və ya tərk edir. O, öz istəyi ilə olanları: gəzmək və s. həmçinin öz istəyi ilə olmayanları: əsmə, titrəmə və s. – də bilir. Lakin bəndənin istəyi və hərəkəti Allah taalanın istəyi və qüdrəti ilə həyata keçirilir. Çünki Allah taala buyurur:

"Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün. (Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz!" (ət-Təkvir: 28-29).

Bütün kainat Allah taalanın mülkü olduğu üçün Onun mülkündə Onun istəyi və xəbəri olmadan heç nə ola bilməz.

Qəza və qədər haqda qısa məlumatdan sonra bu əsasa aid imanın gözəlliklərindən bəzilərini sadalamaq olar:

1. Qədər, insanın yalnız Allaha arxalandığı zaman səmərə verir. Çünki insana fayda və ya zərər verən Odur. Allahdan qeyrisi insana, Allahın onun qədərinə yazdığından başqa bir şeyi fayda və ya zərər olaraq verə bilməz. Ağıllı insan, ona həm dünya, həm də axirətdə fayda verən və zərərini dəf etmək iqtidarında olanı tərk edib, ona fayda və zərər verə bilməyənə ibadət etməz. Peyğəmbər (sav) İbn Abbasa (r.a) nəsihət edərkən buyurur:

 

"Bil ki, əgər bütün ümmət toplanıb sənə bir fayda vermək istəsələr, onlar Allahın sənin qədərinə yazdığından başqa bir fayda verə bilməzlər. Əksinə, əgər bütün insanlar toplanıb sənə zərər vermək istəsələr, onlar Allahın sənin qədərinə yazdığından başqa bir zərər verə bilməzlər. Artıq qələm qaldırılmış və səhifələr qurumuşdur"(Tirmizi: 4 \ 576\ № 2516. Əhməd: 1\ 293. Hədis səhihdir.)

2. Qədərə iman, muradına yetişən müsəlmanın özünü öyməsinin qarşısını alır. Çünki o, Allah taalanın təqdiri və lütfü ilə muradına çatmışdır. İnsanın özünü öyməsi, ona həqiqi nemət verənə: Allaha, - şükür etməsini unutdurur.

3. Başına gələn təqdir edilmiş işlərə görə nəfsi rahatlıq və arxayınlıq əldə edən insan istədiyini itirdikdə və ya xoşlamadığı iş baş verdikdə təlaşa düşməz. Çünki o bunun, yer və göyün sahibi olan Allahın təqdiri ilə baş verdiyini və onun qaçılmaz olduğunu başa düşür. Bu haqda Allah taala belə buyurur:

"Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!" (əl-Hədid: 22-23).

Digər ayədə isə Allah taala buyurur:

"Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər. (O, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilər). Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir!" (ət-Təğabun: 11).

Alimlərdən biri deyir: Ayədə deyilən kimsə, başına müsibət gəldikdə onun Allah taala tərəfindən olduğunu bilib onunla razılaşan adamdır. İbn Abbas (r.a) ayədəki: "(Allah) onun qəlbini haqqa doğru yönəldər" – sözünün mənası haqda deyir:

"Onun qəlbini yəqinliyə yönəldər. Bununla o, başına gələnin mütləq ona yetişəcəyini, başına gəlməyəcək bir işin ona yetişməyəcəyini bilər"(Təbərinin təfsir kitabı: 12\ 115-116.)

Peyğəmbər (sav) buyurur:

"Möminin həyatı necə də qəribədir! Onun bütün işləri xeyirdir. Bu yalnız möminlərə məxsusdur. Sevinərkən Allah taalaya şükür edər və bu onun üçün xeyir olar. Başına zərərli bir iş gələrsə səbr edər və bu da onun üçün xeyirli olar"(Müslim: 2\ 2295\ № 2999.)

Qədərə iman gətirməyən kimsə təkəbbürlü olar. Allahın ona verdiyi var-dövlətin, şan-şöhrətin və sairənin öz elmi və zəhməti ilə qazandığını iddia edər. Ona verilən nemətlərə hansınasa müsibət toxunduqda təlaşa düşər və həyatını vəl-vələ içərisində keçirər. Baş verən müsibətə görə səbirsizlik etdiyindən və peşmançılıq çəkdiyindən bu, özünə qəsd (intihar) etmək dərəcəsinə gəlib çata bilər. Bu gün biz bunun şahidiyik. Xüsusən də maddi durumları ən yüksək məqama yetişən ölkələrdə belə hallar daha çox müşahidə olunur.

Qədərə iman gətirmək, qüvvəsini və vaxtını sərf etməklə faydalı işlərə bağlanmağa kömək edir. İnsanın tənbəlliyini aradan qaldırır, həmçinin insanı təkəbbürlükdən uzaqlaşdırır. Quran, Sünnə və müsəlmanların həyatı göstərir ki, müsəlmanlar öz dinlərinə çox bağlandıqda qədərə bəslədikləri iman onları ciddi işlər görməyə həvəsləndirir, tənbəllik və acizlikdən uzaqlaşdırır. Şər işləri görərək, yaxud yaxşını tərk edərək qədəri bəhanə gətirmək müşriklərin adətlərindəndir. Allah taala müşriklərin bu əməlləri haqda buyurur:

"Müşriklər belə deyəcəklər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişdilər..." (əl-Ənam: 148).

Mömin isə özünə fayda verən işə həris olar və acizlik göstərməz. İstədiyinə nail olmaq üçün səbəblərdən istifadə etməklə Allah taalaya ümid bəsləyər. Amma qədəri bəhanə gətirməklə işi tərk etməz.

Gücünü sərf etdikdən sonra istədiyinə nail olmasa onda Allaha və Onun qədərinə ümid bağlayar. Allahın ona yazdığı istəyi ilə razılaşaraq belə deyər: Allahın qədəridir və Allah istədiyini etdi (Qədərallahu və mə şaə fəələ).

Möminin bu hərəkəti Peyğəmbərin buyurduğuna uyğundur:

"Allah yanında, güclü mömin zəif mömindən daha xeyirli və daha sevimlidir. Lakin hər ikisində də xeyir vardır. Sənə fayda verən işə həris ol. Allahdan kömək dilə və acizlik etmə. Başına bir iş gəldikdə: əgər belə etsəydim belə olardı - demə. "Allahın qədəridir və Allah istədiyini etdi" de. Çünki, "Əgər" demək şeytanın qapısını açır"(Müslim: 4\ 2052\ № 2664.)

4. Mömin Allaha və Onun qəza-qədərinə iman gətirməklə qürur duyur. O, Allahdan başqa heç kəsin qarşısında əyilməz. Çünki ona fayda və ya zərər verə biləcək yalnız Allahdır. Bütün mülk onun əlindədir və Onun əmri olmadan heç nə baş verməz. Allah taala buyurur:

"Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur..." (əl-Əraf: 54).

Yaradılanlar və əmrlər Onundur. Ondan başqa heç kəsin bunlarda bir payı yoxdur.

5. Müttəqiləri xoş aqibətin gözlədiyinə əmin olmaq. Allaha və Onun qədərinə iman gətirən möminin qəlbi buna tam inanır. O, qələbənin səbirlə olduğuna və çətinlikdən sonra rahatlığın mütləq gələcəyinə inanır. Həmişə çətinliyin olması qeyri mümkündür. Olan müsibətlər parça-parça olub dağılan buludlara, qaranlığı itən gecəyə bənzəyir. Haqq bir gün mütləq zühur edəcəkdir. Mömin bütün bunlara inanır. Ona görə də ümidsizlik qadağan edilmişdir. Allah taala buyurur:

"Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzərlər!”" (Yusuf: 87).

"Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin" (ət-Talaq: 1).

"Allah (lövhi-məhfuzda): “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!" (əl-Mucadələ: 21).

6. Bəndə qədərə iman bəsləməklə, ona verilən ağılla xeyri şərdən ayırd etdiyini, xeyirli və ziyanlı işləri: doğrunu, yalanı, ədaləti, zülmü və s. - dərk edir. Həmçinin özünün istədiyi işi seçməkdə və onu icra etməkdə ixtiyar sahibi olduğunu da anlayır. Bununla yanaşı Allah taala bəndənin etdiyi əməllərinə görə onu məsuliyyətə cəlb etmiş, Öz mərhəmətindən peyğəmbərlərini göndərmiş, kitablarını nazil etmiş, ona xeyir və zərər verən hər bir şeyi açıqlamışdır. Sonra ona əmrlər buyurmuş və qadağalar qoymuşdur. Ondan kömək istəyənə kömək edəcəyini vəd etmişdir. Sonra insana istədiyini etmək üçün səbəblərdən götürməyi əmr etmişdir. Ona görə səbəbləri tərk edərək qədərə arxalanmaq olmaz.

7. Allah taala möminin qədərinə yazdığı və insanın ixtiyarında olmayan müsibətlərlə razılaşmasını ona buyurmuşdur. Lakin Allah taalaya olan ibadəti tərk etmək və günah işlətməklə razılaşmaq olmaz. Əksinə bəndə var gücü ilə ibadət etməli və günahlardan çəkinməlidir. Vacib ibadəti tərk etdikdə, yaxud günah işlətdikdə mütləq Allaha tövbə etməlidir. Tövbənin şərtlərindən biri isə etdiyi əmələ razı deyil, peşman olmaqdır.

8. Qəlblərdə olan xəstəliklərin: həsəd, paxıllıq, nifrət və s. – təmizlənməsi. Həqiqətən qədərə iman gətirən mömin, Allahın yeganə qüvvət sahibi və ruzi verən olduğunu bilir. Ona görə filankəsə ruzi verən, başqasını isə məhrum edən Odur. Əgər insan buna etiraz etsə, bilavasitə Allaha qəza və qədər məsələ¬lərində etiraz etmiş olur.

9. Haqqı açıq-aşkar söyləmək və bu zaman cəsarətli olmaq. Heç bir kafir və ya müşrikdən qorxmamaq. Buna səbəb isə, Allaha və Onun qəza-qədərinə imanın qəlbə hakim edilməsi, Allaha tam arxayın olmaq, təvəkkül etmək və Onun yolunda başına gələn müsibətlərə səbr etməkdir. Çünki o, əcəlin və ruzinin Allahın əlində olmasına, bəndələrin isə Onun qarşısında acizliyinə inanır.

10. Qədərə iman insanı şücaətli olmağa təşviq edir. Çünki o, əcəlinin əvvəlcədən yazıldığına inanır. Ömür isə Allahın əlindədir və yalnız Onun yazdığı baş verəcəkdir. Beləliklə, insan hərtərəfli mühafizə edilir və Allahın onun qədərinə yazmadığı bir şey ona nə zərər, nə də xeyir verə bilməz. Belə olduqda, insan tam cəsarət və həvəslə Allah yoluna dəvət edir başlayır və ən yüksək işlərə asanlıqla nail olur. Çünki o, yalnız qədərdə olanların başına gələcəyinə inanır.

 



29-12-2009 02:26:21

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz