Ana səhifə

İndiki vaxtda şəriət qaydaları etibarlıdır?. Yox olsun şəriət ifadəsi adamı dindən çıxarar?


YazdırSend to friend
Sual Detayı: 
İndiki vaxtda şəriət qaydaları etibarlıdır?. Yox olsun şəriət ifadəsi adamı dindən çıxarar?
Cavab: 

Bəzi insanlar, bu əsrdə İslami hökmlərlə hökm etmənin mümkün olmadığını iddia edərkən, digərləri də İslam hökmləri ilə hökm etməyən hər kəsi, niyyətlərinə baxmadan, dərhal küfrlə ittiham edirlər. Bunların biri ifratdadır digəri, təfritdə. Yəni ikisi də həddindən artıq, ikisi də istiqamətdən çıxmışdır...

 

Əvvəl birinci yanılmadan danışmaq istəyirəm. Məşhur bir qanun vardır. " Bir şey sabit olsa, ləvazimatı ilə sabit olar." Əl, barmaqlar onun lazımıdır. Əli, barmaqsız düşünə bilməzsiniz. Və belə bir əldən istifadə edə bilməzsiniz. Üz, göz ondan ayrıla bilməz. Gözsüz bir üzün əhəmiyyətli bir tərəfi əskik deməkdir. Gözün də ağı qurusundan ayrıla bilməz. Barmaq əlin, göz üzün, göz bəbəyi də gözün lazımıdır. Ondan ayırar və tək olaraq düşünsəniz bir fayda əldə edə bilməzsiniz. İslami hökmlər də belədir. Bir bütün olaraq düşünülməlidir.

İslamın təməl şərtlərinin laqeydliyə düşdüyü, fərdi və ailəvi həyatın səhv əsaslar üzərinə bina edildiyi bir cəmiyyətdə, yalnız cəza hökmlərinin tətbiqi çox bir fayda verməz. Yaxud bu hökmlərin, belə bir cəmiyyətə tətbiqi mümkün olmaya bilər. Olsa belə, bir çox kimsə, bunlara, inanmadan və istəməyərək uyğun gəlməklə nifaqa düşər. Müsəlman görünər, amma bir İslam düşməni olaraq yaşar.

 

Bu vəziyyətdə, İslami hökmlərin insanları islah edə bilmədiyi iddia edilə bilməz. Nöqsanlıq hökmdə deyil ətrafdadır; cəmiyyətin quruluşundadır.

 

Gələk, istiqamət sərhədlərini aşan ikinci iddiaya. Bir cəmiyyətdə, İslamı tam tətbiq etməyən, hökmünü ona görə verməyən və ya verə bilməyən bir insana dərhal kafir damğası vurmaq da insaf deyil. Çünki, iman küfrə ziddir. Bir insan İslama zidd bir hökm verir, bir iş edirsə, bunu İslamı rədd edərək edəcək ki küfrə girsin. Əks halda onun küfründən deyil günahından, üsyanından söz edilə bilər. İman kimi küfrdə də niyyət və iradə şərti vardır. Bir adam ancaq, "İslamın bu xüsusdakı hökmü belə amma, mən onu qəbul etmir və belə hərəkət edirəm" desə küfrə girər belə bir niyyəti və iradəsi yoxsa, işlədiyi səhv, verdiyi səhv hökm tamami ilə cahilliyindən yaxud iradə zəifliyindən qaynaqlanırsa, etdiyinin də səhv olduğunu bilirsə bu adama kafir demək əhli sünnə etiqadı tərəfindən mümkün deyil. Bunu ancaq, böyük günah işləyənin kafir olduğuna hökm edən "Xaricilər", yaxud belə bir kimsənin imanla küfr arasında qalacağını müdafiə edən "Mutəzilə" iddia edə bilər. Bunların isə əhli dəlalət olduqlarında bütün əhli sünnə alimləri müttəfiqdir...

 

Çox diqqətli olmaq gərək, İslamı müdafiə edirəm deyərkən, bilmədən dəlalət əhli olma təhlükəsi də mövcuddur...



11-01-2010 09:03:57

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz