Ana səhifə

İnsan etiqadı ilə Cənnət və Cəhənnəmə gedirsə məzhəbə tabe olmağa nə gərək var?


YazdırSend to friend
Sual Detayı: 
Selamun Aleykum. Hecbir mezhebe tabe olmasam. Hansi serf edirse o alimin gorusunu gotursem olmaz? Insan etiqadi ile Cennet ve ya Cehenneme gedecekse mezheb secmesekde olar. Menim bir tanisim var o hecbir mezhebe tabe deyil. Onda bele cixirki onun qildigi namazlar veya elediyi isler bosa gedir?
Cavab: 

Va aleykumussalam!

Heç bir məzhəbə tabe olmamaq mütləq  xətalar və yanlışlıqlar içinda qalıb sapmağa gedən yoldur. Siz hansı sərf edirsə onu götürə götürə axırda haramlara da halal deyə bilərsiz. Əgər hansı sərf edirəsə onu da etmək olardısa onda dinin, şəriətin, peyğəmbərlərin göndərilməsinə nə ehtiyac qalırdı. Allah onsuz da insana özünə xeyir edəni seçə bilmə bacarığı veribdir.

İnsan etiqadı ilə Cənnət və Cəhənnəmə gedəcəksə onda Allah əməlləri niyə əmr edirdi? Namaz, oruc, zəkat, həcc, ümrə, sədəqə və s. bu qədər əməllərin əmr edilməsi sizə görə artıq olmurmu? Etiqadınız düzdür, artıq əmələ nə ehtiyac qaldı.

Bilirsiz, İslam dini iki broşur, beş il universitet oxumaqla başa gələcək qədər bəsit bir din deyil ki, hər yetən öz bildiyi kimi davrana və öz ağlının kəsdiyi şəkildə hökm verib o əsasda da yaşaya. Sizin o tanışınızın ibadəti haqda heç bir şey demək istəmirəm. Boyük alimlərdən birinin bu barədə sözünü xatırlatmaq istəyirəm: "Məzhəbsizlik dinsizliyə gedən körpüdür,"- deyir həmin alim.

Məzhəbsizlik bilirsiniz nəyə bənzəyir? Xəstə birisinin xəstəliyi haqda bir iki məqalə oxuyub aptekə gedərək rəngi, qiyməti, qutusu və s bu kimi şeyləri xoşuna gələn istədiyi dərmanı alıb içən xəstəyə bənzəyir. Sizcə həmin xəstə sağala r? Quran ayələri, hədislər ən müxtəlif qutulara yığılmış dərmanlardır. Onların necə nəyə dəlil olmasını, onlarla necə əməl etməyi təyin edən məzhəb alimləridir. Yəni xəstəliyin dərmanını həkimindən almaq mütləq lazımdır. Müvəffəq edən Allahdır.

Məzhəblərə tabe olmayanların vəziyyətinin nə olduğunu izah edərsinizmi?

Avam Dəlillərdən Hökm Çıxara Bilərmi?

Mezhepler Dosyası - Birinci Bölüm

Məzhəblər.



26-09-2014 12:32:56

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz