Ana səhifə

İnsandakı Fabriklər ...


YazdırSend to friend
Sual Detayı: 
İnsandakı Fabriklər ...
Cavab: 

    İnsanın içində çalışan mənəvi fabriklər, xaricindəki maddi fabrikdən, yəni bədən fabrikindan daha çox qəribədir. İnsan ruhunun mahiyyətini ancaq Xaliq-i Zülkəmâl bilir. Biz yalnız ruhumuzun bəzi fəaliyyətlərinə təşbih və təmsil durbiniylə uzaqdan uzağa baxmağa çalışacağıq:

   Cənâb-ı Haqq, beyni qəribə bir fabrik olaraq yaratmışdır. Bu fabrikə zahirî və batini duyğularla, xammal kimi mənalar və məlumatlar gəlməkdə, ağıl bunları elm halına gətirib yaddaşda toplamaqdadır. Beyni bir tikiş fabrikinə bənzədəsi olsaq, bu fabrikin qulaq dediyimiz kanalından girən yunlar ağılda parçaya çevrilməkdə və yaddaşda saxlanmaqdadır. İstədiyimiz zaman bu parçalar saxlandığı yerdən(anbardan) alınmaqda və fabrikin ağız deyilən kanalından çölə ixrac edilməkdədir.

   Burada işarə etməyimiz lazımlı olan çox mühüm bir xüsusiyyət də, anbardakı parçaların ağızdan çıxmasına baxmayaraq, parçalarda heç bir əksilmə olmamasıdır. Bu fabrikin digər gözəl bir tərəfi də fabrikin giriş və çıxış kanallarının müxtəlif olmasıdır. Belə ki:

   Yuxarıdakı misalda giriş kanalı qulaq, çıxış kanalı isə ağız olaraq izah edilmişdi. Bununla yanaşı, fabrikə göz kanalından da yunlar girə bilməkdə və ağılda parçaya çevrildikdən sonra yaddaşda saxlanmaqda və istənildiyində əldən yazı surətiylə və ya yenə ağızdan söz surətiylə çölə tökülə bilməkdədir. Belə bir fabrik düzəltmək bəşər iqtidarının çox fövqündə olduğu kimi bu fəaliyyətlərin mahiyyətini anlamaq da mümkün deyildir.

   Ağla məlûmat gətirən digər bir alət də dildir. Yediyimiz bir almanın vitamini bədənimizdə yerini alarkən, dadı dil vasitəsilə ağla və oradan da yaddaşa keçib özünə məxsus məqamında oturmaqdadır.

    Beyin fabriki göz pəncərəsiylə də, seyr etdiyi şeylərin surətlərini, oxuduğu şeylərin mənalarını alır və yaddaşa həvalə edir. Daha əvvəl oxuyub yaddaşımıza yerləşdirdiyimiz  qısa, gözəl bir söz yazmağımız istənilsə, yenə təxmin və təsvir edə bilməyəcəyimiz möcüzə bir fəaliyyətlə o söz yaddaşdan alınır və əl vasitəsiylə qələmimizin ucundan tökülür. Eyni gözəl sözləri söyləmək istədikdə isə, bu dəfə səs olaraq dilimizdən axmağa başlayır. Bu misalda fabrikə yun misalı girən gözəl söz, yaddaşda oraya məxsus bir halda saxlandıqdan sonra, istəni zaman yenə yun olaraq yəni birbaşa özü heç bir dəyişikliyə məruz qalmadan çölə çıxmış olur.

   Xəyal isə, şəkər fabrikinə çox uzaq məsafələrdən şəkər çuğunduru gətirən vaqonlar kimi, yükləndiyi təxəyyülləri (xəyal) ağılın əlinə təslim edir. Ağıl bunların içərisindəki mənaları süzüb, lüzumsuz şeyləri çölə atır.

     Digər alət və cihâzlarımızı bunlara müqayisə edə bilərsiniz.

Ağıl belə müxtəlif kanallarla aldığı məlumatı və mənaları elm halına gətirdikdən sonra, ancaq mərifətullah və muhabbətullah ilə mutmain (doyan, qane olan, aram tapan) olan qəlb fabriki, bu elmlərdən mərifətini və məhəbbətini artıracaq olanları almaqda və Cənâb-ı Haqqın lütfü ilə yenə ağıl almaz bir fəaliyyətlə feyzə, mənəvi zövqə çevirməkdədir.

   Bu qədər möcüzə fabriklərlə dolu olan insan, bu dünyaya əlbəttə bu qısacıq dünya həyatını qazanmaq üçün göndərilməmişdir. Əbədi səadət fabrikləri olan bu cihâzlarımızı axirətə aid olmayan hansı işdə sərf etsək zərər etmiş olarıq. Dünyada qazandığımız cüzi sərvət, məqam, şöhrət kimi şeylər bu fabriklərin məqsədi və nəticəsi ola bilməz.

    Bir insanın əlində qızıldan düzəldilmiş antik bir çəkic olsa, o insan bu çəkiclə daş yonub pul qazandığı təqdirdə, mənfəət qazandığını iddia edə bilməz. Çünki, çəkici daşa hər vuranda beş qəpik qazanmağa bədəl bəlkə beş yüz manat zərər etməkdədir. Bizlər də hər hansı bir dünyəvi mənfəət əldə etdiyimiz zaman sevinərkən, nəyi itirdiyimizi və hansı alətləri köhnəltdiyimizi bilmirik.

Bu xariqə alətlərlə təchiz edilən insan, sərf etdiyi ömür nəticəsində Xaliq-i Əzəl və Əbədin razılığı və dolayısıyla da əbədi səadətdən başqa nəyi qazansa zərər, hətta iflas etmiş sayılır.

 

Yazıçı: Məmməd Qırxıncı, 02-7-2010



30-12-2015 02:06:46