Ana səhifə

İnsanlara kömək edərkən onlardan təşəkkür gözləmək doğrudur?


YazdırSend to friend
Sual Detayı: 
Biz Allah rizası üçün kiməsə kömək edəndən sonra ondan təşəkkür gözləməyimiz günahdırmı?
Cavab: 

Salam aleykum.

Əgər bir kimsəyə Allah rızası üçün kömək ediriksə, təşəkkür gözləməməliyik. Tam əksinə, insanlara yardım  etmək istəyən və edə bilən bir qəlb və imkan verdiyinə görə Rəbbimizə şükr etməliyik. Həmçinin kömək etdiyimiz insana təşəkkür edib deməliyik ki:" Allah səndən razı olsun ki, mənə Allah`ın rızası və savab qazanmağa səbəb oldun."

Təşəkkür gözləmək və ya təşəkkür edildiyində sevinmək niyyətimizin qarışıq olduğunun göstərgəsidir. Belə halda ya etdiyimiz işi Allah rızası üçün etmirik, ya da etdiyim işdə Allah rızası yüz faiz deyil, başqa rızalar da qarışıb.

Əhəmiyyətindən ötəri İslam alimlərinə görə, "İslamın dörddə biri" olaraq vəsf edilən məşhur hədisdə, əməllərin ancaq və ancaq niyyətlərə görə, yəni onu edənin nə məqsədlə etmiş olduğuna görə qiymətləndiriləcəyi ifadə edilir. Rəsul-i Əkrəm (a.s.m.) belə buyurur:

"Əməllərin dəyəri, ancaq niyyətlərə görədir. Bir kimsə nəyə niyyət etmişsə, əlinə keçəcək olan da odur. " (Müslim, İmârə: 155.)

Əgər

Məsələn:

Sizi sadəcə Allah rizası üçün («livəchillah») yedirdirik, sizdən nə bir qarşılıq istəyirik, nə də bir təşəkkür!” (İnsan surəsi:9)

Bir kimsə, hər hansı bir yerdə və ya zamanda, sıravi bir kimsəyə, onun etdiyi yaxşı bir şey üçün, ona təşəkkür etsə, onu öysə, bu şükür və övgülərin hamısı, Allah Təalaya edilmiş olar. Çünki, hər şeyi yaradan, tərbiyə edən, yetişdirən, hər yaxşılığı etdirən və göndərən daim Allah Təaladır.

Dostluq Allah üçün olarsa, edilən işlər də Onun sevgi və razılığını qazanmaq niyyətiylə edilər. O zaman da, dost dosta etdiklərinin qarşılığını ondan gözləməz və bunu görməyincə də inciməz. "Mən ona çox yaxşılıq etdim, o isə bir təşəkkür belə etmədi." tərzindəki sızlanmalar, edilən işlərin Allah üçün edilmədiyinin etirafıdır.Allah üçün edilməyən şeylərin isə, sonunda baş ağrıtması və peşmanlıq gətirməsi qaçınılmazdır .(Qəzzali: İhyau Ulûmid'dîn)

Amelde Allah rızasını gözetmek hakkında bilgi verir misiniz? Sadece kaza ve beladan korunmak için sadaka verilir mi?

İYİLİK

"Övünmek, övülmek ve övmek" fiillerini hiç yapmamalı mıyız? Mesela ayda şu kadar kazanıyorum demek övünme midir, günde şu kadar sayfa kitap okuyorum, demek övünme midir? Bizi öven birini susturup azarlamalı mıyız?



13-09-2014 06:57:09

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz