Ana səhifə

İqamədən sonra oxunan əzan duası?


YazdırSend to friend
Sual Detayı: 
İqamədən sonra oxunan əzan duası?
Cavab: 

Hər məzhəbi təqlid edib tətbiq etmək bir təqva işidir, savabdır və fəzilətlidir. Bu məsələ daha çox ibadət, dua və zikr kimi xüsuslarda görülər. Məsələn, Hənəfi məzhəbində olmayıb digər məzhəblərdə olan və bəzi ibadətlərin başlarında, sonlarında edilməsi sünnə və savablı olan dua və bənzəri nafilə ibadətlərdə o məzhəbin fikirini, ictihadını etmək azimettir.

 

Çünki, burada tamamı ilə bir fəzilət nümunəsi mövcuddur. İnsan öz məzhəbində olan dua və nafilə ibadətləri etdikdən sonra, ayrıca digər məzhəblərdəki nafilə ibadətləri də etməkdədir. Bu vəziyyət sünnənin xaricinə çıxmaqdan kənar, o məsələdəki bütün sünnələri tətbiq etmək deməkdir.

 

Məsələn, iqamət gətirdikdən sonra, namazın fərzinə başlamadan əvvəl "vəsilə duası" olaraq bilinən salavatın oxunması Şafi məzhəbinə görə sünnədir. Hənəfiyə görə azandan sonra oxunar. Lakin, bu dua Şafi məzhəbində həm azandan, həm də iqamətdən sonra oxunar.

 

Şafi məzhəbinin bir fiqh kitabı olan İanetü't-Talibin'de bu görüşlərə yer verilər. "Allahümme Rəbbə hazihi'd-daveti't-Tamme ve's-salati'l-Kaime..." şəklində başlayıb davam edən vəsilə duasını, müəzzinin, iqamət gətirənin, azan və iqaməti dinləyənin əllərini qaldırıb açaraq oxumaları sünnədir. 1

 

Bu hökmə sünnədən dəlil olaraq Müslimdə rəvayət edilən bu tərcümədəki hədisi şərif zikr edilər:

 

"Müəzzini eşitdiyiniz vaxt, siz də onun dediyini söyləyin. Sonra mənim üzərimə salavat gətirin. Çünki hər kim mənə bir dəfə salavat gətirsə, Allah ona o salavat səbəbiylə on dəfə rəhmət edər. Sonra Allahdan mənim üçün ‘Vəsiləni istəyin. Çünki ‘Vəsilə' Cənnətdə bir mövqedir ki, Allahın qullarından tək birinə layiqdir. Ümid edirəm ki, o bir adam da mən olum. Kim mənim üçün Vəsiləni istəsə, şəfaətim ona vacib olar. "2

 

Hədisi şərifdəki "Vəsiləni istəmək"dən murad, başqa rəvayətlərdə keçən vəsilə duasını oxumaqdır. Şafi üləması, bu duanı yalnız azandan sonraya münhasır etməməkdə, eyni zamanda iqamətdən sonra oxunmasını da sünnət olaraq qəbul etməkdədir.

 

 

Səhər və axşam namazlarından sonra oxunan "istiaze" duaları üçün də eyni şeylər bəhs mevuzudur. Bədiüzzaman Həzrətlərinin tərtib etmiş olduğu tesbihatta iştirak edən və səhər-axşam namazlarından sonra oxunan "ecirna"lı duaların qaynağı hədisi şəriflərdir. Bunları oxumaq sünnədir.

 

1. İanetü't-Talibin, 1:232-23.

 

2. Müslim, Salat: 12.

 

Məmməd Paksu İbadət Həyatımız



13-02-2010 03:18:05