Ana səhifə

İrqçiliyi ilk özünə yol seçən, məfkurə olaraq qəbul edən kimdir və bu davranış kimin xüsusiyyətidir?


YazdırSend to friend
Sual Detayı: 
İrqçiliyi ilk özünə yol seçən, məfkurə olaraq qəbul edən kimdir və bu davranış kimin xüsusiyyətidir?
Cavab: 

 

Əslində, irqçilik bir məfkurə olmaqdan çox uzaqdır. Bu və ya digər bir irqdən olmağımız iradəmiz xaricindədir.Və irq dəyişdirməkdən məhrum olduğumuz da bir həqiqətdir. O halda, insan irq məfkurəsini seçdiyi və onun reklamını etdiyi zaman nəyi nəzərdə tutur?.. Bir adam ortaya atılıb “mənim kimi boylu olan var” deyə bir söz söyləsə gülünc olmazmı?.. Hər kəs ona: “Dostum, ananla atan səni dartaraq uzun etmədilər. Qısa boylunu da kimsə məngənədə sıxmadı. Sənin seçdiyin bu yol tamamilə yersizdir. Mən səni təqdir etsəm belə sənin kimi olmaq əlimdə deyil? Onda, nəyin mübahisəsini edirsən?” deyər.

 

 Soy mübahisəsi etmək də buna oxşamırmı? Türk olan, Kürd olan, Ərəb olan ,onsuz da, olmuşdur. Bundan çıxmaları da mümkün deyildir. Olmayanlar da olmamışlardır. Buna girmələri də mümkün deyil. Məfkurə ona deyərlər ki, insan onu qəbullandığında intisab edə bilsin, özünü mənsub saya bilsin. İrqçilikdə bu mümkündürmü?..

 

 Bir zamanlar bəzi şəxslər türkçülük naminə bu millətin İslam aləmindən qopmağına kömək edirdilər. Bu da onları bizdən ayırmağa çalışan İngilis xəfiyyələrinin işini asanlaşdırırdı.

 

 Bu əsnada bu millətin bağrından çıxan böyük Üstad Bədiüzzamanın belə car çəkdiyini eşidirik: “Ey Türk qardaş! Ələlxüsus, sən diqqət elə. Sənin milliyyətin İslamiyyət ilə imtizaç eləmiş, ondan qabil-i təfriq deyil, təfriq etsən, məhv olarsan. Bütün sənin keçmişdəki fəxr ediləcək şeylərin İslamiyyət dəftərinə keçmiş, bunlar yer üzündə heç bir qüvvətlə silinmədiyi halda, sən şeytanların vəsvəsələriylə, dəsisələriylə onları qəlbindən silmə!..”

 

 Ogünkü fitnənin bir başqası indi səhnələnir. O halda, eyni xəbərdarlığı Türk yerinə Kürd kəliməsini qoyaraq şərqdəki din qardaşlarımıza, keçmişdəki silah yoldaşlarımıza, Osmanlının əhəmiyyətli bir rüknü olmaqla qərbi titrədən qəhrəman vətəndaşlarımıza yenə Üstadın dilindən oxumağımız lazım deyilmi? Lazımdır. Həm də keçmişdəkindən qat-qat daha çox vurğulayaraq...

 

 İrqçilik deyiləndə ağla iki millət gəlir: Yəhudi və Alman. Ali irq ideyasına özünü ən çox verən Yəhudilər digər millətləri heyvandan da aşağı görərkən, hətta onlara zülüm etməyi, haqsızlıq etməyi savab sayarkən, Almanlar da Hitlerin bayraqlaşdırdığı Alman irqçiliyinin sərxoşluğuyla cahana hakim olma xəyalına qapıldılar və dünyanın nizamını alt-üst etdilər. Necə də qəribədir ki, bu gün məmləkətimizi parçalamaq istiqamətində edilən fəaliyyətlərin arxasında bu iki irqçi millətin dəsisələri, intriqaları, təbliğatları ilk sıralarda yer alır...

 

 İrqçiliyin bu iki təmsilcisindən daha qabaq sırada biri var... Bu fəlsəfə təməldə ona söykənir: Şeytan... Əsliylə öyünməyi, başqa əsildən gələnlərə xor baxmağı o başlatmışdı. “Onu torpaqdan yaratdın, məni isə oddan” deyərək Hz. Adəmə (ə.s.) səcdə etməmişdi. “ Od torpaqdan üstündür. Onda mən özümdən daha aşağı birinə necə səcdə edə bilərəm?” deyərək üsyanını müdafiə etməyə çalışmışdı.

 

 İndi isə hamısı torpaqdan yaradılanların arasında yenə eyni şeytan məntiqinin hökm sürdüyünü görür və üzülürük. Bu tərs məntiq, bu yanlış dəyərləndirmə sahibini ancaq şeytanın yanına aparar. Çünki, bu düşüncənin mucidi odur, patenti də ona aiddir...

Əhməd Akgündüz (Prof. Dr.) 



30-08-2013 08:02:55