Ana səhifə

İşarə (ima) ilə namaz qılamaq caizdirmi?


YazdırSend to friend
Sual Detayı: 
namazimi qezaya saxlamamaq ucun iware ile namaz qilmaq olar???
Cavab: 

Salam aleykum.

 

"Bu an İspaniyada şagirdəm, məktəbdə olduğum zamanlar əllərimi dizimin üstünə qoyub düşünərək namaz qılıram, nəqliyyatda da belə edirəm. Bu caizdirmi? "

Başqa məzhəblərdə bu şəkildə namaz qılmağa icazə verilmiş.Ancaq Hənəfi məzhəbində bunun ən azı ima ilə ediləndir. Bu şəkildə namaz qılmaq məcburiyyətindəsinizsə belə namazlarınızın qəzasını qılmanığızı tövsiyyə edirik. İma ilə və ya nəqliyyatda namaz qılmaq üçün bəzi şərtlər vardır.

İslâm dini asanlıq üzərinə bina edilmişdir. Ayrıca məsuliyyət və qulluq da qulun gücünə görədir. Bu səbəblə xəstəlik xəfiflətmə və asanlaşdırma səbəbi sayılmışdır. Buna görə, ayaq üstdə namaz qılmağa gücü çatmayan və ya ayaq üstdə durmaqda çətinlik çəkən kimsə oturaraq namazını qıla bilər. Rükû və ya səcdə etməyə gücü çatmayan kimsə ima ilə namazı qılar.

İma, namazda rükû və səcdə yerinə başla işarə etməkdir. Bu şəkildə namaz qılan kəs rükû üçün başını bir az əyər, səcdə üçün isə rükûdan bir az daha çox əyər.

Səcdədə başını yerə qoya bilməyən kimsənin, bir şeyə başını qaldıraraq ona səcdə etməsi caiz deyildir. Belə bir kəs imâ ilə namaz qılar.

Oturaraq namaz qıla bilməyən, kürək üstdə yatdığı yerdə imâ edər. Bir nəfər ayaq üstdə durmağa gücü çatdığı halda, rüku və səcdəyə gücü çatmırsa, ayaq üstdə və ya oturaraq imâ edə bilər; ancaq oturaraq imâ etməsi daha uyğundur.

Qaş və ya göz ilə ima edərək namaz qılınmaz. Başı ilə ima etməyə gücü yetməyən kimsənin namaz qılması gərəkli deyildir.



09-09-2014 08:24:37