Ana səhifə

İslam da Nökərlərin mövqeyi nədir. Birdən çox nökər əldə etmək caizdir?


YazdırSend to friend
Sual Detayı: 
İslam da Nökərlərin mövqeyi nədir. Birdən çox nökər əldə etmək caizdir?
Cavab: 

Allaha qul və kölə olmanın xaricində, hər insan azad olaraq yaradılmışdır. Azadlıq insanın imtina edilməz bir haqqı, ayrılmaz bir xüsusiyyətidir. Bununla birlikdə, insanın, insan olma etibarı ilə şərəfindən gələn bir azadlıq haqqı, az qala tarixin bütün dövrlərində əlindən alınmışdır. Müxtəlif hərb və basqınlar nəticəsində insanlar azadlıqlarından məhrum edilmiş, bir mal kimi alınıb satılar hala gətirilmişdir. Xüsusilə Roma hüququ və Yunan fəlsəfəsi köləliyi zəruri bir ehtiyac halına gətirmiş, insanları bir əşya kimi bazara tökmüşdür.

 

Digər tərəfdən hər millət, düşməninin qüvvətini azaltmaq, əhalisini azaltmaq və öz qüvvətini artırmaq üçün əsirlik müəssisəsini yaşatmağı zərurət halında görmüşdür.

 

İslamdan əvvəl Ərəblər arasında da köləlik bütün şiddət və dəhşəti ilə davam edirdi. Qəbilələr arasındakı vuruşmalar və yağmalamalar aralıqsız olaraq davam edirdi. Düşmən tərəfdən əsir olaraq alınan qadın, kişi və uşaqlar köləliləşdirilirdi. Cahiliyyə Ərəblərinin nəzərində köləlik heyvanlıqdan aşağı dərk edilirdi. Bunun üçün onları insanlıq xarici işlərdə işlədirlər, hər cür zülm və işgəncəni rəva görürdülər. Bəzən onları aç susuz buraxaraq ölümə tərk edirlər, bəzən də öldürürdülər. Qadınları nökər olaraq istifadə edirdilər. Belə ki sanki nökərlik təşviq edilən bir şey halına gəlmişdi. Sırf bunun üçün başqa qövmlərə basqınlar təşkil edirlər, kişiləri öldürərək qadınlarını əsir alırdılar.

 

 

Görüldüyü kimi, köləliyi və nökərliyi ilk dəfə İslam icad etməmişdir. Bəzi zərurətlər səbəbi ilə hər nə qədər ortadan qaldırmamışsa da, onu tamamilə azadlığa yol aça biləcək şəkildə islah etmişdir.

Tarixin hər dövründə insanlıq xarici işlərdə istifadə edilən zülm və işgəncənin hər cürünə rəva görülən kölələr, ancaq İslam sayəsində rahat bir nəfəs ala bilmişlər. Dinimiz köləlik müəssisəsini vəhşi və ibtidai surətdən çıxarıb, insani bir həyata qovuşdurmuşdur. Köləyə bir çox haqq verilmiş və bunlar dövlətin himayəsi altına alınmışdır.

 

 

Məmməd Paksu



15-01-2010 03:28:22