Ana səhifə

İslamda qəbir ziyarətinə icazə verilirmi?


YazdırSend to friend
Sual Detayı: 
salam.Islamda yaxinlarin- dogmalarin qebrini ziyaret etmek duzgundurmu?
Cavab: 

  Və aleykum Salam.  

Ümumiyyətlə qəbirləri ziyarət etmək kişilər üçün müstəhəb olub , qadınlar üçün caizdir. Saleh kəslərin , ana , ata və yaxın qohumun qəbirlərini ziyarət etmək mendup sayılmışdır. Qadınların qəbirləri ziyarət etməsi , qışqırıb çağırma , saçını başını yolmaq və qəbirlərə həddindən artıq hörmət kimi bir fitnə qorxusu olmadığı zaman mümkün və caizdir. Çünki Allah Rəsulu sallallahu aleyhi və səlləm, uşağının qəbiri başında ağlamaqda olan bir qadına səbr tövsiyə etmiş , onu ziyarətdən uzaqlaşdırmamış. (Buxari , Cənaiz , 7 , Əhkam , ll ; Müslim , Cənaiz , 15). Digər tərəfdən Hz. Aişə (Allah ondan razı olsun)` nin də qardaşı Əbdürrəhman b. Əbi Bəkr ` in qəbrini ziyarət etdiyi nəql edilər (Tirmizi , Cənaiz , 61 ).
    Hz. Peyğəmbər , hələ tale inancının kökleşmediği və cahiliyyə vərdişlərinin davam etdiyi dövrdə qəbir ziyarətini bir ara qadağan etmiş, ancaq bunu daha sonra sərbəst buraxmışdır. Hədisdə belə buyurulur :

"Sizə qəbir ziyarətini qadağan etmişdim. Artıq qəbirləri ziyarət edə bilərsiniz " (Müslim , Cənaiz , - 106 , Edâhî , 37; Əbu Davud , Cənaiz 77 , Eşribe , 7; Tirmizi , Cənaiz , 7; Nəsəi , Cənaiz , 100; İbn Macə , Cənaiz , 47; Əhməd b. Hənbəl , I , 147 , 452 , III , 38 , 63 , 237 , 250 , V , 35 , 355 , 357 ).

   Hz. Peyğəmbər ` in qəbirləri çox ziyarət edən qadınlara lənət etdiyini bildirən hədislər (Tirmizi , Salat , 21; Cənaiz , 61; Nəsəi , Cənaiz , 104; İbn Macə , Cənaiz , 49) , ziyarət qadağası olan dövrə aiddir. Tirmizi bunu açıqca ifadə etmişdir (Tirmizi , Cənaiz , 60). Hz. Aişə və İbn Əbdülbərr bu fikirdədir.
    Hənəfilərin möhkəm(doğru) fikirinə görə , saç baş yolma, ağlamada həddi aşıb,isyan edici sözlər söyləmək kimi həddindən artıq məkruhlar olmamaq şərtiylə qadının qəbir ziyarəti caiz(icazəli) görülmüşdür. Çünki Hədislərdə yer alan icazəyə qadınlar da daxildir. ( Tirmizi , Cənaiz 60 , 61; İbn Abidin , Reddu `l -Muxtar , İstanbul 1984 , II , 242) .
    Qəbir ziyarətinin , tarixi axış içində , ölülərdən kömək istəmək , hətta tapınılmaq üçün də edildiyi görülməkdədir.
   İslam ` ın başlanğıcında Hz. Peyğəmbərin qəbir ziyarətlərini qadağan səbəbi bu idi. Yəhudi və Xristianlar , əziz saydıqları kəslərin qəbirlərini ibadət yeri etmişdilər . Cahiliyyə dövründə qəbirlərə səcdə edilir , bütlərə tapınılırdı. Bütpərəstlik , böyük tanınan kəslərin heykəllərinə hörmət və ta ` zim ilə başlamış , nəticədə bu hörmət bütlərə ibadətə çevrilmişdi. İslam Dininin məqsədi tövhid əqidəsini ( Allah ` ı yeganə Xaliq və müəssir tanıyıb yalnız ona ibadət etməyi) qəlblərə yerleştirmekti . Əvvəllər Hz. Peyğəmbər ( sas) bu səbəblə təhlükəli gördüyü qəbir ziyarətini qadağan etmişdi. Lakin tövhid inancı könüllərə yaxşıca yerləşib müsəlmanlar tərəfindən çox yaxşı aydın olduqdan sonra , qəbir ziyarətinə icazə verilmişdir.
Çünki qəbir ziyarətində , həm həyatdakılar , həm də ölülər üçün faydalar vardır. Rəsulullah ( sas) Məkkə səfəri əsnasında anası Amine ` nin qəbrini ziyarət edərək ağlamış , ətrafındakıları da ağlatmış və müsəlmanların qəbirləri ziyarətinə də icazə verilmişdi (İbn Macə , Cənaiz 48; Nesâf , Cənaiz ; 101; Müslim , Cənaiz , 36; Əbu Davud , Cənaiz , 77). Bu icazə hətta ziyarəti təşviq mövzusu məşhur rəvayətlərlə sabitdir (İbn Macə , Cənaiz , 47; Tirmizi , Cənaiz , 60).
Qəbir Ziyarətinin Faydaları
a ) İnsana ölümü və axirəti xatırladır və axirəti üçün ibrət almağı təmin edir ( Müslim , Cənaiz , 108 ; Tirmizi , Cənaiz , 59; İbn Macə , Cənaiz , 47-48 ; Əhməd b. Hənbəl , Müsned , I , 145).
b) İnsanı zühd və təqvaya yönəldər. Həddindən artıq dünya ehtirasını və haram işləməyi mane olar. Adamı yaxşılıq etməyə yönəldər (İbn Macə , Cənaiz , 47).
c) Saleh kəslərin qəbirlərini , xüsusilə Hz. Peyğəmbər ` in qəbrini ziyarət , ruhlara fərahlıq təmin edər və uca duyğuların meydana gəlməsinə kömək edir. Hz. Peyğəmbər ` in və Allah ` ın vəli qullarının qəbirlərini ziyarət üçün səfərə çıxmaq menduptur. Bir hədisi - şərifdə; "Kim , məni öldükdən sonra ziyarət etsə , sanki həyatımda ikən ziyarət etmiş kimi olar" buyurulmuşdur . ( Mənsur Əli Nasıf , ət- Tac , əl- Məscidi `l- Üsulu , II , 190 ).
d ) Ziyarət ; insanın keçmişi , dini mədəniyyəti və tarixi ilə bağlarının güclənməsinə köməkçi olar.



25-04-2014 06:27:57

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz