Ana səhifə

İslamda qadınların orqazm olması qüsl dəstəmazını tələb edir?


YazdırSend to friend
Sual Detayı: 
İslamda qadınların orqazm olması qüsl dəstəmazını tələb edir?
Cavab: 

Bəli qadınların orqazm olmaları səbəbi ilə qüsl almaları lazımdır. Bu mövzuyla əlaqədar müxtəlif vəziyyətlər vardır.

Yuxudan qalxan kimsə kişi və ya qadın, yataq çarşafında və ya alt paltarda və ya budlarında bir yaşlıq görsə, vəziyyətə baxılar: Əgər yuxuda ihtilam olduğunu xatırlayırsa, qüsl alması lazımdır. Lakin ihtilam olduğunu xatırlamırsa, Əbu Yusufa görə qüsl alması lazım deyil. Çünki, o yaşlıq məzi də ola bilər. Qaldı ki, sperma belə olsa, şəhvətlə gəldiyi bilinməməkdədir. İmamı Azam və İmamı Məhəmməd isə, o yaşlığın sperma olmayıb, məzi olduğu qəti bilinməsi halında qüslu lazımlı görməzlər. Lakin sperma və ya məzi olduğunda tərəddüd edilsə və ya sperma olduğu zənni hasil olsa, qüsl lazımdır, deyərlər.

Peyğəmbərimizə (s.ə.s.), "Bir kimsə paltarında yaşlıq tapsa, ancaq ihtilam olduğunu xatırlamasa qüsl alması lazımdır?" deyə soruşuldu. Peyğəmbərimiz "Bəli lazımdır" buyurdu. İhtilam olduğunu xatırlayıb da üzərində yaşlıq görə bilməyən kimsədən soruşuldu. Rəsulullah "ona qüsl lazım deyil" buyurdu. Bu vaxt bir xanım "bunu qadın görəcək olsa, qadına qüsl lazımdır?" deyə soruşduqda Rəsulullah "Bəli qadına da qüsl lazımdır" buyurdu. (Əbu davud, Təharət 95 ; Tirmizi Təharət 82)



01-02-2010 02:53:07

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz