Ana səhifə

İslamda Şüuraltı


YazdırSend to friend
Sual Detayı: 
Şüuraltını İslam dini cəhətdən necə izah edə bilərik? Dövrün və küfrün təzyiqi altında kirlənən şüuraltımızı təmizləməyin yolları nələrdir?
Cavab: 

 

Şüuraltı bir qab olaraq düşünülə bilər. Bu qabı əvvəlcə turş ayranla doldurmuşuq. İndi onun yerinə təzə, dadlı ayran doldurmaq istəyiriksə, əvvəlcə onu boşaltmalıyıq. Boşaltmaq prosesi iki şəkildə ola bilər.

Birincisi: Oraya təzə ayranı doldurduqca qab daşmağa başlayar və əvvəlki turşumuş ayran qabın kənarından yavaş-yavaş axar və nəhayət yox olub gedər; onun yerinə sonradan doldurduğumuz dadlı, təzə ayran gələr, yerləşər.

İkincisi: Qabı tamamilə boşaldıb yerinə təmiz, təzə ayran doldurmaqdır.

Bunlardan ilki tədric və təkamül metoduna daha uyğundur. Digərində isə ayran çox qüvvətli bir iradə, bir əzmlə və ya xaricdən edilən bir müdaxilə nəticəsində şiddətlə sarsılaraq -bir anda- boşalmağa məcbur olar.

Bunun kimi həyat boyu çirkin xəyallar, kirli təsəvvürlər, lüzumsuz məlumatlar  və yanlış bilgilərlə doldurduğumuz şüuraltı yaddaş qabını da iki şəkildə yeniləmək mümkündür.

Birincisi: İndidən başlayıb şüuraltımızı -İslamın ümumbəşəri əxlaqi prinsiplərinin uyğun olduğu- gözəl xəyallar, təmiz təsəvvürlər, lüzumlu məlumat və doğru bilgilərlə doldurmağa çalışmaq. Bununla o köhnə, turş və çirkin şeylərin başdan yavaş-yavaş boşalmasını təmin etməkdir ki, ən uyğun və tədric qanununa ən münsib metod budur.

İkincisi: Şok müalicə sayıla biləcək bir reaksiya ilə bunları boşaltmaqdır. Bu da əvvəlki məlumatı siləcək  bir musibət, bünyəni sarsacaq bir xəstəlik və ya bir nəsihət, yaxud da -Allahın bir lütfu olaraq- sözügedən o kirli təsəvvür və məlumatın çirkinliyini gündüz kimi ortaya qoyacaq yeni bir perspektiv qazanmaqla olur.

Şüuraltı mexanizmanı bilgisayarın hard diskinə də oxşada bilərik. Virusa bulaşmış qovluqları təmizləmək üçün ya bir anti-virus proqramla təmizləyərsiniz, yaxud hard diski tamamilə siləcək və təmiz qovluqdardakı bilgiləri yenidən yükləyəcəksiniz. Şüuraltı hard diski bir anda tamamilə silmək -yuxarıda verdiyimiz misallarda görüldüyü kimi- olduqca çətin bir metoddur. Bu səbəblə işi zamana yayaraq bir yandan əvvəlki viruslu məlumatın mənbəyini kəsmək, digər yandan təmiz qovluqlarla hard diski doldurmağa çalışmaq lazımdır.

Yəni, bundan belə -bir yandan- şüuraltı hard diskimizi, çirkin xəyallar, kirli təsəvvürlər, lüzumsuz məlumatlar  və yanlış bilgilərin girməsinə qarşı qapalı tutmağa çalışacağıq. Bir yandan da gözəl xəyallar, təmiz təsəvvürlər, lüzumlu məlumat və doğru bilgilərin axışına imkan verəcəyik. Bu da sağlam bir etiqad və səmimi bir təqva ilə mümkündür.

Bu haqda, təbiri-caizsə, şüuraltı kirlənmənin antivirusu, başda mərifətullah olaraq təhqiqi bir iman və o imandan doğan  güclü bir təqvadır. Çünki Allahı yaxından tanıyan bir mömin Ona qarşı hörmətsizlik sayılan hər bir xəyalın fikrinə müdaxilə etməsinə imkan verməz. Ona qarşı bəslədiyi sevgi rəhmət və izzətinin incidilməsinə izin verməz. Hər an yanında elm və qüdrətiylə hazır olduğuna inandığı Rəbbinə qarşı laqeyd qalaraq lüzumsuz məlumatla qarşısına çıxmasına imanı izin verməz.

Xülasə olaraq, Əhl-i sünnət çizgisində təhqiqi bir iman, təhkimi / sağlam bir təqva və saleh bir əməl ilə  şüuraltı və şuurüstü kirlənməyə qarşı mənəvi əməliyyat edə bilər və sahil-i səlamətə çıxa bilərik, İnşallah...

 



20-08-2013 06:54:47