Ana səhifə

İslamın sevgi, barış və xoşgörüş dini olduğuna dair bir məlumat verə bilərsiniz?


YazdırSend to friend
Sual Detayı: 
İslamın sevgi, barış və xoşgörüş dini olduğuna dair bir məlumat verə bilərsiniz?
Cavab: 

İslam sözü, Ərəbcədə "barış" sözüylə eyni mənanı verər. İslam, Allahın sonsuz mərhəmət və şəfqətinin dünyada təcəlli etdiyi dinclik və barış dolu bir həyatı insanlara təqdim etmək üçün endirilmiş bir dindir. Allah bütün insanları, dünyada mərhəmətin, şəfqətin, xoşgörüşün və barışın yaşana biləcəyi model olaraq İslam əxlaqına çağırmaqdadır. Bəqərə Surəsinin 208-ci ayəsində belə buyurulmaqdadır:

 

"Ey iman edənlər, hamınız topluca "barış və təhlükəsizliyə (İslama) girin və şeytanın addımlarını izləməyin. Çünki o, sizə açıq-aşkar bir düşməndir."

 

Ayədə görüldüyü kimi Allah, insanların "təhlükəsizliyi"nin ancaq İslama girilməsi, Quran əxlaqının yaşanması ilə təmin edilə biləcəyini bildirməkdədir.

 

Allah təxribatçılığı lənətləmişdir

 

Allah, insanlara pislik etməkdən çəkinmələrini əmr etmiş; küfrü, fıskı, üsyanı, zülmü, zorbalığı, öldürməyi, qan tökməyi qadağan etmişdir. Allahın bu əmrinə uyğun gəlməyənlər, ayənin ifadəsi ilə "şeytanın addımlarını izləyənlər" olaraq xarakterizə edilmiş və açıqca Allahın haram etdiyi bir tutum içərisinə girmişlər. Quranda bu mövzudakı bir çox ayədən yalnız iki dənəsi belədir:

 

"Allaha verdikləri sözü, onu qəti olaraq təsdiqlədikdən sonra pozanlar, Allahın çatdırılmasını əmr etdiyi şeyi kəsib-qoparanlar və dünyada təxribatçılıq çıxaranlar;  lənət onlar üçündür və yurdun pis olanı da onlar üçündür." (Rəd Surəsi, 25)

 

"Allahın sənə verdiyi ilə axirət yurdunu axtar, dünyadan da öz payını (nəsibini) unutma. Allahın sənə lütf etdiyi kimi, sən də lütfkarlıqda ol və dünyada təxribatçılıq çıxarma. Çünki Allah, təxribatçılıq edənləri sevməz." (Qəsəs Surəsi, 77)

 

Görüldüyü kimi, Allah, İslam dinində, terror, şiddət mənalarını da əhatə edən hər cür təxribatçılıq hərəkətini qadağan etmiş və bu cür bir hərəkət içində olanları lənətləmişdir. Müsəlman dünyanı gözəlləşdirən, abadlıq edən insandır.

 

İslam, düşüncə azadlığını və xoşgörüşü müdafiə edər

 

İnsanların fikir, düşüncə və həyat azadlığını açıqca təmin edən və zəmanət altına alan bir din olan İslam, insanlar arasında gərginliyi, anlaşılmazlığı, bir-birlərinin haqqında mənfi danışmağı və hətta mənfi düşüncəni (zənn) də maneə törədən və qadağan edən əmrlər gətirmişdir.



15-01-2010 03:29:05