Ana səhifə

İstədiyim biri bəzi bəhanələr gətirib mənim ilə haram olan bir yaxınlıq edir. Mənə nə tövsiyyət edirsiniz ?


YazdırSend to friend
Sual Detayı: 
menim 6 ildir ki bir sevgilim var. ikimizde bir birimizin heyatinda ilkik.son 1 ildi daha da yaxinlasmisiq. aramizda opmek qucaqlamaq kimi yaxinlasmalar olur. ikimiz de dindeyik. namazimiz orucumuz. elediyimizin haram oldugunu bilirik. bunn ucun mueyyen tedbirler de gormusuk. lakin onun bune fizioloji baximnan, ehtiyaci olur ve bunu etmezsem daha gunah islere ( zina ,masturbasyon ) baslia bileceyini deyir. men ne etmeliyem?
Cavab: 

Və aleykumussalam.

Sizə Allah`dan qorxub iffətli olmağınızı, qarşıdakı insana da Allah`dan qorxmağı nəsihət edib bir daha belə əməllər etməməyə dəvət etmənizi və birlikdə bağışlanmaq üçün Allah`a tövbə etmənizi tövsiyyə edirik.

Etdiyiniz hərəkət haramdır və bir müsəlmanın haram bildiyi halda bu çirkin əməli etməsi daha böyük bir günahdır. Hələ bu əməli namaz qılıb, oruc tutan birilərinin etməsi çox utandırıcı, üzücü və təəssüf edici bir haldır. Gətirdiyiniz bəhanələr isə şeytanın məhsuludur. Bunu subut etməyə çalışaq.

Masturbasyonun zəruri hallarda edilməsinə alimlərimiz icazə vermişlər və etdiyiniz əməl masturbasyonla müqaisədə dəvənin qarışqanın yanındakı səviyyəsi kimidir. Amma heç bir alim etdiyiniz hərəkətə nihag halı istisna olmaqla heç bir halda icazə verməmişdir. Ən önəmlisi isə masturbasyonun haramlığı barəsində Peyğəmbərimizdən heç bir hədis olmadığı halda, sizin etdiyiniz əməlin haram və böyük bir günah olduğu haqqında çoxlu hədislər, dəlillər var.

Zinaya gəlincə. Belə görünür ki, bu işin sonu zinayla bitəcək. Şeytan sizi hazırlaya-hazırlaya birdən Nəfsi elə hərəkətə gətirər ki, onu saxlayıb qarşısını ala bilməz və böyük xüsrana, ziyana uğrayarsınız. Belə hadislərin çox şahidi olmuşuq.

Başqası zinaya düşməsin deyə sizin özünüzün günaha girməyiniz ağıl karı deyil. Həm də qadını qadın edən onun iffətidir. Kişilər belə əməllərə elə də fikir verməzlər, amma qadının kirlənməsi, iffətini itirməsi halında onu heç bir cəmiyyət qəbul etməz.

Sevgi ülvi, gözəl bir hissdir əslində. Sevən insan ülvi hislərlə sevməlidir birini. Amma əksər insan nəfsani hisslərinə də sevgi adını qoyar. Biz belə düşünürük ki,  dediyiniz o adam əgər sizi sevsəydi sizə toxunmağa əli gəlməzdi. Sizə dəyər verən, hörmət edən, gələcəkdə övladlarının anası, dinini yarısı bilən bir mömin belə hərəkətlər etməzdi. Əgər insan sevirəm dediyi birindən əşya kimi istifadə edib öz nəfsani arzularını onun üzərində həyata keçirməyə çalışırsa demək ki o sevirəm dediyi insanın cismini sevir. Bu isə qarşı tərəfi (sizi) əşya səviyyəsinə salar. Yəqinki heç kəs kiminsə əlində əşya, oyuncaq olmaq istəməz. Hələ-hələ bu kəs mömin isə.

Digər tərəfdən masturbasyon, zina və digər bu növdən olan əməllər başlanğıcda nəfsin təlqini ilə başlasa da, onun davam edib bizi özünə kölə halına salması isə bizim ona vərdiş etməyimizdən aslıdır. Bunun praktiki olaraq şahidi olduğumuzdan tam əminliklə deyə bilərik ki, bir insan tez-tez masturbasyon etsə orqanizm buna öyrəşəcək və artıq bu vərdiş halını alacaq, onun tərk edilməsi isə gün keçdikcə daha da çətinləşəcək. Zina da onu kimi.

Ona görə də belə əməllərdən, ümumiyyətlə bütün günahlardan qorunmaq, onların köləsi olmamaq üçün ilk növbədə onlara vərdiş etməmək lazımdır. 

 Qadın ilə kişi birlikdə olarkən diqqət edilməsi lazım olan mövzular nələrdir? Qız dostlarla danışmanın bir eybi varmı? Qadın ilə kişi arasında caiz olmayan hallar nələrdir?

İrəlidə evlənməyi düşündüyümüz adam ilə telefonla danışmaq və mesajlaşmaq caiz mi?

Evlənmədən əvvəl, evləniləcək namizədlə görüş zamanı ölçülər nələrdir?

Masturbasiya (istimna) ilə məşğul olmaq olarmı?

İstimna, masturbasyo günahmıdır ?




01-09-2014 01:37:09