Ana səhifə

İstanbulun fəthini xəbər verən hədisi açıqlayırmısınız?


YazdırSend to friend
Sual Detayı: 
Hz. Məhəmmədin İstanbulun fəthi ilə bağlı hedisini tam şəkildə oxumaq və dəqiq mənbəni oyrenmek isteyirem. bununla bağlı Qurani- Kərimdə hər hansi sure varmi?
Cavab: 

Salam aleykum.

Bişr əl-Ganəvî radiyallâhu anh'dan nəql edildiyinə görə o, Nəbî –sallâllâhu aleyhi və səlləmi belə buyurarkən dinləmişdir:

"İstanbul mütləq fəth ediləcək. Onu fəth edən komandir nə gözəl komandir; o ordu nə gözəl ordudur! . ." ( Ahməd bin Hanbəl, IV, 335; Buxârî, ət-Tarixu'l-Kəbîr, I (ikinci qisim), 81; ət-Târixu's-Sagîr, I, 341; Tabərânî, əl-Mu'cəmu'l-Kəbîr, II, 24; Hâkim, Müstədrək IV, 422; Heysəmî, Məcməu'z-Zəvâid, VI, 219; bax. Hədislərlə Gerçəklər, c. 2; s. 251-254))

Qaynaqları: İstanbulun fəthini, az qala səkkiz yarım əsr əvvəlindən, hər hansı bir tərəddüdə yer buraxmayacaq qətilikdə bir üslub ilə xəbər verən hədisimiz, Kütüb-i Sittə dövründə hətta əvvəlində təsnif edilmiş qaynaqlarda iştirak etməkdədir. Əhməd b. Hənbəl (v. 241/855)`ın Müsnədi və şəxsən Buxari (v. 256/870)`nin ət-Tarixu'l-Kəbir və ət-Tarihu's-Sagir'i, Ibn Əbi Haysəmə (v. 279/892)`nın Kitabu't-Tarix'i, Bəzzar (v. 292/905)`ın Müsnədi hədisimizin təsnif dövrünə aid qaynaqları olmaqdadır.

Daha sonrakı dövrdə Tabərânî'nin əl-Mu'cəmu'l-Kəbîr'i, Ibn Kaani (v. 351/962)'nin Mu'cəmu's-Sahâbə'si, Hâkim (v. 405/1014)'in Müstədrək'i hədisimiz üçün əhəmiyyətli qaynaqlardır. Xatîb Bağdâdî (v. 911/1505)'nin ət-Təlhîs (I, 283)'indən Suyûtî (v. 911/ 1505)'nin əl-Câmiu's-Sagîr'inə qədər sonrakı dövr əsərləri də hədisimizə yer verməkdədirlər.

Digər tərəfdən, əl-Istiâb, Üsdu'l-Gabə və əl-Isâbə kimi səhabə bioqrafiyaları ilə əlaqədar qaynaqlarda da Bişr əl-Ganəvi maddəsində hədisimiz zikr edilməkdədir. Hədisin doğruluğu qısaca Kütüb-i Sittə deyə bilinən altı hədis kitabında (Buxârî, Müslim, Tirmizî, Əbû Davud, Nəsâî, Ibn Mâcə) olmaması səbəbindən hədisimizin səhih olmadığı düşünülməməlidir.

Çünki üsul baxımından Allame Qasım b. Kutlubuga`nın isabətlə ifadə etdiyi kimi "Bir hədisin səhhəti(doğruluğu), hansı kitabda olduğuna baxılaraq deyil, onu nəql edən kəslərin halına baxılaraq təyin və təsbit edilər. "( Qasimî, Qavâid, s. 82.)

Hədisimizin bütün qaynaqlardakı sənədi az qala eynidir. Sənəddəki ricâlin  ayrı-ayrı tədqiqindən çıxan nəticə, sənədin muttasıl (bitişik, yan-yana olan, ara vermədən) olduğudur.

Buna görə də hədisimizin haqqında Hakim,  "isnâd-ı sahîh" deyərkən, məşhur rical alimi Zəhəbî, Hâkim'in fikrinə iştirak ilə hədisin "səhih" olduğunu ifadə etməkdədir. Ayrıca buna da qeyd edək ki, İstanbulun fəth ediləcəyini xəbər verən daha bir çox hədis vardır və bunların bir qisimi də Kütüb-i Sittə'də  yer almaqdadır. (Bax. Buxârî, cihad, 93, 157; Əbû Dâvûd, cihad, 22; fitən, 6; məlâhim, 3-4; Tirmizî, fitən, 5; Ibn Macə, cihad, 11; fitən, 35; Dârimî, Mukaddimə, 43.)

Bu həqiqət heç vaxt unudulmamalıdır; bir hədisin Kutubu Sittədə olmaması onun səhih olmadığı mənasını verməz. Kutubu Sittə xaricindəki qaynaqlarda da bir çox səhih hədis vardır. Məhz hədisimiz də onlardan biridir. "Hədis deyə uydurulmuş sözlər" ilə əlaqədar kitab yazmış, üləmadan heç kimin hədisimiz üçün "uydurma" iddiasında olmamasına baxmayaraq, özünü Əbû Hənifə və Şafiî'den daha âlim görən (Bax. S. Murtaza ər-Razavî, Mə'a ricâli'l-fikr fi'l-Qâhirə. S. 292.), anlayış olaraq da müstəşrik    (şərq ilə məşğul olan, şərqşünas-qərb gözü və gözlüyü ilə şərq mədəniyyətlərinin tarixini (ümumiyyətlə subyektiv olaraq) araşdıran insanlara verilən addır) və Şiələrə çox daha yaxın olan Mahmud Əbû Rəyyə, "Bu hədisin Yezid b. Müaviyə üçün uydurulmuş olması mümkündür, çünki Kostantiniyyə(istanbulun əvvəlki adı) döyüşündə olan ordunun komandiri oydu" (Bax. Muhammədî Sünnətin Aydınlaşdırılması, s.145.) deyə bir iddia ortaya atmaqdadır. Beləcə də nə qədər dayaqsız, ciddiyətsiz və tərəfgir bir yanaşmaya sahib olduğunu sərgiləməkdədir. Çünki hədisdəki müjdələmə, Kostantiniyyəyi əhatə edən deyil, fəth edən komandir və ordu üçündür. Bu yanaşması, Əbû Reyyə'nin digər fikirlərində də nə qədər keyfî (istəyə bağlı olan) ola biləcəyini göstərməkdədir.

Hədisləri qiymətləndirmədə çox rahat hərəkət edən araşdırmaçı Nəsirəddin əl-Albani də, Hədisimizin ravilərindən Abdullah b. Bişr əl-Ganəvî haqqındakı Ibn-i Hibbanın müsbət görüşünün onu təmin etmədiyi səbəbiylə, "mənə görə hədis səhih deyil" deməkdə və "zəif" olduğuna işarə etmektedir.( Bax. Silsilətu'l-əhâdisi'z-zâifə, II, 268-269.)

Belə bir səbəbə söykənən şəxsi qənaətin(rəyin), nəzərə alınacaq bir tərəfinin olmadığı da ortadadır.

Prof. Dr. İsmail.Lütfi Çakan



28-05-2014 11:58:47