Ana səhifə

İstiharə namazı və duası necə olmalıdır?


YazdırSend to friend
Sual Detayı: 
İstiharə namazı və duası necə olmalıdır?
Cavab: 

Ticarət, evlilik, səyahət və bənzəri bir işə təşəbbüs göstərən kimsə, o işin özü üçün xeyirli olub olmayacağı barəsində tərəddüdə düşsə, şübhəsini aradan qaldıracaq, tərəddüdünü ortadan qaldıracaq hal çarələri axtarmaq istər. Bu barədə ediləcək ilk iş, edilməsi istənən məsələnin qanuniliyinin və halallığının araşdırılması, dini ölçülərə uyğun gəlib uyğun gəlmədiyinin araşdırılmasıdır. Adamın özü bir nəticəyə çata bilmədiyi təqdirdə ən sağlam yol, o məsələni münasib olan səlahiyyətli birinə məsləhətləşmək, onun fikirini almaq, lazım olsa məsələni hərtərəfli bütün təfərrüatıyla danışmaq; qısaca müşavirə etməkdir.

 

Müşavirə ediləcək insanın da təcrübəli, məlumatlı və sözünə etimad edilər olması lazımdır.

Bir məsələni öz aralarında müşavirə etməyi, oturub danışmağı möminlərin xüsusiyyətlərindən sayan Qurani Kərim, "Onların işləri aralarında müşavirə ilədir"1 buyurarkən, müşavirə edərkən kəslərin seçilməsini, fikirlə və inanc baxımından xarici olanlarla müşavirə edilməməsi barəsində də xəbərdarlıq etməkdədir:

 

"Ey iman edənlər! Sizdən olmayan kəsləri içli xaricli dost əldə edib sirlərinizə ortaq etməyin. Onlar sizi zərərə soxmaqda qüsur etməzlər. Sizə çətinlik verəcək şeylərdən xoşlanarlar. Sizə düşmənlikləri sözlərindən müəyyən olmuşdur; aşkar etməyib də ürəklərindən gizlədikləri düşmənlik isə daha böyükdür. Biz sizə dostunuzu və düşməninizi beləcə göstərib ayələrimizi açıqladıq-əgər ağıl etsəniz. "2

 

Görüldüyü kimi bəsirət sahibi mömin, öz xüsusi məsələsini, hər önünə gələnə açmamalı, təsadüfinin fikirini götürməməli. Çünki özünə köməkçi olacaq birini axtararkən çox dəfə onunla danışması nəticəsində səhv qərara gəlməsindən ötəri səhvə yol verəcəyini hesab etməlidir. Çünki insanın aldığı bəzi qərarlar həyatı boyunca özünü bağlaya bilər, təsiri altına ala bilər. Təhsil, iş və evlilik kimi. Tam ölçüb biçmədən bir iş quran kimsə, belə ki bir gün gəlir, işinin tərs getdiyini görər, iflasa getdiyin anlar, nəticədə sərmayəsini də itirə bilər. Bu hal maddi həyatına, həm də mənəvi həyatına çox böyük təsir edər. Yenə araşdırmadan bir evlilik həyatı quran insan bu tələsikçiliyin və tədbirsizliyin cəzasını həyatı boyunca çəkə bilər, dünyasını zəhər edə bilər. Bunun üçün müşavirəni özümüzə vərdiş halına gətirməli, ən sadə məsələmizi də təcrübəli və səlahiyyətli birinə soruşmadan etməməliyik.

 

Rəsulllah (s.ə.s.) vəhylə sabit olmayan az qala bütün məsələlərdə Səhabələriylə müşavirədə olurdu. Ümmətini də müşavirəsiz iş etməmələri üçün tənbeh edər və müşavirə edənin heç bir zaman peşman olmayacağını ifadə buyurardı:

 

"İstiharə edən kimsə zərər görməz, müşavirə edən peşmanolmaz, iqtisada riayət edən məişət tərəfindən ailə bəlasını çox çəkməz. "3

 

Diqqət yetiriləcəyi kimi hədisi şərif möminin ictimai həyatını üç təməl əsasa riayət etməyə bağlamışdır: Müşavirə, istiharə və iqtisad. Xüsusilə bunlardan müşavirə və iqtisadın nə qədər əhəmiyyət daşıdığı şübhə edilməz bir həqiqətdir.

 

Hədisi şərifdə tövsiyə istiharə də, müşavirə etdiyi halda ürəkdən rahat olmayan və hissən təmin ola bilməyən kəslərin müraciət edə biləcəyi bir sünnətdir.

 

İstiharə, lüğət mənası etibarilə, Allahdan xeyr diləməkdir. Yəni ediləcək bir işin yaxşımı, pismi olduğunu yaxud o işi dərhalmı, yoxsa bir müddət sonramı etmənin daha yaxşı nəticə verəcəyini anlamaq və ürəyin o məsələyə sakitləşməsini Allahdan diləmək və istəməkdir.

 

İstiharə Peyğəmbərimizin bir sünnətidir. Ümmətinə tövsiyə etdiyi bir dua və ibadət şəklidir. Peyğəmbərimiz (s.ə.s.) istixarənin necə ediləcəyini, hansı duanın oxunacağını şəxsən öyrətmişdir. İstixarənin əhəmiyyəti barəsində Cabir bin Abdullah belə deməkdədir:

 

"Rəsulullah (s.ə.s.) bizə Qurandan bir surə öyrədər kimi böyük kiçik işlərimizin hamısında istixarəni öyrətdi və belə buyurdu:

‘Sizdən biriniz bir işə ürəkdən əzm etdiyi zaman, iki rükət namaz qılsın. "4

 

İstixarə namazı iki rükətdir. İmam Qəzali bu namazın birinci rükətində Fatihədən sonra Qul ya eyyühe'l-kafirune, ikinci rükətində də Qul hüvellahu ehad surələrinin oxunmasını tövsiyə edər. 5

 

 

1. Şura Surəsi, 38.

2. Ali İmran Surəsi, 118.

3. Təcrid Tərcüməsi, 4:135.

4. Buxari, Küsuf: 75.

5. İmam Qəzali. İhyau Ulumiddin. (Darı İhyai'l-Kütübü'l-Arabi) 1:207.1ee3

 

Məmməd Paksu İbadət Həyatımız



16-03-2010 10:07:48