Ana səhifə

İstimna / masturbasiyanın dini hökmü nədir?


YazdırSend to friend
Sual Detayı: 
İstimna / masturbasiyanın dini hökmü nədir?
Cavab: 

   Ədəbsiz görüntülərin ətrafımızı bürüdüyü, açıq saçıqlığın epidemik xəstəlik kimi cəmiyyətə müsəllət olduğu bir dövrdə yaşayırıq. Bu xəstəlik az çox hər kəsi təsiri altına almaqdadır. Xüsusilə gəncliyin içdən içə mənəviyyatını və ülvi duyğularını yaralamaqdadır.

   Nəfsani hissləri təhrik edən ünsürlərin çoxalması insanlarda bəzi pis vərdişlərin artmasına səbəb olmaqdadır. Naməhrəmə baxmaq, insanda harama qarşı olan həssaslığı azaldır və nəticədə xüsusilə özünə fikir verə bilməyən kəslər harama baxmağı normal və mübah görməyə başlayır. Məhz bunun sonunda insanın maddi və mənəvi aləmində bəzi axsamalar meydana gəlməkdədir.

     Bu mövzuda Bədiüzzaman Həzrətləri belə buyurur:

«İslam əhlində harama nəzər artdıqca, nəfsani həvəsatlar (müsəlmanlar arasında harama baxma artdıqca cinsi duyğular) həyəcana gəlib bədənində sui-istifadə ilə israfa girər. Həftədə bir neçə dəfə qüslə məcbur olub, ona görə, tibbi olaraq hafizə qüvvəsinə (hafizə gücünə) zəiflik gəlir. "

«Bəli, bu əsrdə açıq saçıqlıq üzündən, xüsusilə bu memaliki-i harrede (isti iqlimlərdə) o sui-i nəzərdən, sui-i istifadə, ümumi bir unutqanlıq xəstəliyini nəticə verməyə başlayır. Hər kəs, cüzi-külli o şikayətdədir. »1

    His və həvəslərinə məğlub olan bəzi kimsələrdə harama nəzərin təhrikiylə vücuddan edilən israf, ümumiyyətlə ehtilamla olur. Bəzi kəslər isə bu «israfa»  daha fərqli bir şəkildə düşürlər. «İstimna, masturbasiya» bu barədə ən çox müraciət edilən tətmin (qane olma) yoludur: Hər şeydən əvvəl, anormal bir hərəkət olan bu iş, iradəsi zəif kəslərdə görülən bir vərdişdir.

    Evlənmə çağına gəlib də imkan tapa bilməyən belə kimsələrə Rəbbimiz iffətli olmalarını tövsiyə edir:

«Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub (özlərini zinadan) saxlasınlar.(Nur surəsi,33)

    Nəfs və həvəslərinin təzyiqi altında olan gənclərə Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) göstərdiyi yol ən gözəlidir. Bu yolla gənc, həm ibadət etmiş olar, həm də özünə hakim olma çarəsini tapar.

    İbni Məsudun rəvayət etdiyi hədisi şərifdə Peyğəmbərimiz (s.ə.s.) belə buyurur:

«Ey gənclər topluluğu, sizdən evlənməyə gücü çatan evlənsin. Çünki evlilik gözü harama baxmaqdan son dərəcə önləyici, iffəti də ən yaxşı qoruyucudur. Evlənmə xərcinə gücü çatmayan kimsə də oruc tutsun. Çünki oruc qüvvətli bir şəhvət qırıcıdır. " (İbni Mâce, Nikâh : 1.)

    Başda oruc olmaq üzrə,  İslâmî və imanı məsələlərlə məşğuliyyət və insanı günahdan qoruyan bir çevrədə olmaq, möminin iffətini mühafizə edən, onun harama getməsinə əngəl olan ən gözəl çarələrdir. Çünki qeyri-qanuni yollara şeytan təşviq edər, nəfs təzyiq göstərər, hisslər də sıxışdırar. Onları susduracaq ən təsirli çarə, qəlbi və ruhu ülvi şeylərlə məşğul etmək; əxlaqlı kəslərlə yoldaşlıq etməkdir.

    Əllə tətmin, alimlərin çoxuna görə caiz deyil; haram sayılmaqdadır.

«Onlar ki ismətlərini qoruyarlar. Ancaq xanımlarına və sahib olduqları nökərlərinə qarşı münasibətləri müstəsnadır. Çünki onlar bu halal olanlarda qınanmazlar. Kim də bu halaldan başqasını axtararsa, məhz onlar həddi aşanlardır.» (Muminun, 5-6-7)

ayəsini dəlil gətirən Şafi, Maliki alimləri və İmam-ı Nəsəfi, istimnanın haram olduğuna hökm etmişdirlər. (Təfsirü'n-Nəsəfî, 3 :114.)

    Əgər caiz olsaydı, Hz. Peyğəmbər aleyhissalatu vəssəlam tərəfindən bir yol göstərilərdi, deyirlər. İmam Əhməd bin Hənbəl və ibni Həzmə görə

«Məni, bədənin, çölə atmağa möhtac olduğu bir şeydir, onu əliylə atan qan aldıran kimidir və caizdir

    Hənbəli alimləri bunun caiz olmasını iki şərtə bağlamışlar: Şəxsin zinaya düşmə təhlükəsi, evlənməyə gücünün və imkanının olmaması.

     Hənəfi məzhəbinin görüşlərini  nəql edən İbni Abidin, bu barədə bəzi alimlərin fikirlərinə yer verməkdədir. İnsanın şəhvəti üstün gələr, qəlbini məşğul edəcək dərəcədə çox olar, subay olar və ya evli olub da bir üzrdən dolayı xanımına yaxınlaşa bilməzsə, şəhvətinə təskinlik vermək istəyən kimsə üçün Fəqih Əbulleys, «Beləsinə bir günah olmayacağını umuram.» demiş. Amma sırf şəhvətini cəlb etmək, özünü zorla təhrik etmək üçün etsə günahkar olar.  (İbni Âbidin, 2:100, 3 :156.)

      Yenə Hənəfi alimlərindən Şurunbulali,

«Bekar  kimsə harama girəcəyindən qorxduğu zaman, şəhvətinə təskinlik vermək üçün istimna caizdir. Bu işindən ötəri nə savab, nə də günah qazanar. Lakin sırf ləzzət almaq üçün edərsə günahkar olar. » (Meraku'l-Felâh, s. 57.)

görüşündədir.

   Harama düşmə təhlükəsiylə qarşı-qarşıya gələn bir kimsə, haram olan zinanı işləməmək üçün əhvən-i şər (Iki şərli işin və ya şeyin daha az zərərlisi.) olan istimnanı edərsə və buradakı niyyəti də haramdan qaçmaq, namusunu qorumaq olarsa, caiz görən alimlərin ictihadlarına görə mümkündür. Amma istimnanı vərdiş halına gətirmək ağıllı bir insana yaraşmayan çirkin bir iş olar. Onsuz da çox (sû-i istimalat) insanda zəka və yaddaş itkisinə səbəb olmaqdadır.

    Belə anormal vəziyyətlərə düşməmək üçün tez-tez imani əsərləri mütaliə etmək, ağılı və qəlbi davamlı İslami xidmətlərdə çalışdırmaq, ülvi şeyləri düşünmək, ləzzətləri qıran və ağrılaşdıran ölümü çox çox xatırlamaq, haram nəzərdən çəkinmək və ədəbsiz görüntülərə iltifat etməmək lazımdır. Ən önəmlisi az yeyib çox oruc tutmaq. 



10-07-2017 08:15:18