Ana səhifə

İstixarə etmək nə deməkdir?


YazdırSend to friend
Sual Detayı: 
Salam. Allah sizdən razı olsun. xahiş edirəm mənə cavab yazasınız ki, dinimizdə Quranla istixarə etmək nə deməkdi? Bu düzgündür? Nəsə bir şey olanda Quran açdırmaq düzgündür? İstixarə nə deməkdir?
Cavab: 

Bildiyiniz kimi, bir kitabı təsadüfi açaraq ilk qarşılaşılan yeri oxuyub ondan bir mesaj çıxarmağa təfə'ül deyilməkdədir. Qurani Kərimdə, inancsızların izah edildiyi və onların təhdid edildiyi bir çox ayə olduğu üçün, bu ayələrdən biri çıxınca insanın ümidsizliyə düşmə ehtimalı olduğundan ötəri və obyektiv bir qayda olaraq qəbul edilə bilməyəcəyini göstərmək məqsədiylə İslam üləması Quran ilə təfə'üldə olmağın tərəfdarı olmamışlar. Bununla birlikdə, Şah Vəliyullah Dəhləvi kimi böyüklər arasında Quran ayələriylə təfə'üldə olanlar da vardır.

Ancaq bir kimsə bu mövzuda özü üçün təfə'ül etsə belə bir başqası üçün etməsi doğru deyil. Bunu pul qarşılığı edənlərədə inanmayın və bunlardan uzaq durun.

 

İstixarə nədir?

Ticarət, evlilik, səyahət və bənzəri bir işə təşəbbüs göstərən kimsə, o işin özü üçün xeyirli olub olmayacağı barəsində tərəddüdə düşsə, şübhəsini aradan qaldıracaq, tərəddüdünü ortadan qaldıracaq hal çarələri axtarmaq istər. Bu barədə ediləcək ilk iş, edilməsi istənən məsələnin qanuniliyinin və halallığının araşdırılması, dini ölçülərə uyğun gəlib uyğun gəlmədiyinin araşdırılmasıdır. Adamın özü bir nəticəyə gələbilmədiyi təqdirdə ən sağlam yol, o məsələni münasib olan səlahiyyətli birinə məsləhətləşmək, onun fikirini almaq, lazım olsa məsələni hərtərəfli bütün təfərrüatıyla danışmaq; qısaca müşavirə etməkdir. Müşavirə ediləcək insanın da təcrübəli, məlumatlı və sözünə etimad edilən olması lazımdır.

Bir məsələni öz aralarında müşavirə etməyi, oturub danışmağı möminlərin xüsusiyyətlərindən sayan Qurani Kərim, "Onların işləri aralarında müşavirə ilədir"1 buyurarkən, müşavirə edərkən ehil kəslərin seçilməsini, fikirlə və inanc baxımından xarici olanlarla müşavirə edilməməsi barəsində də xəbərdarlıq etməkdədir:

"Ey iman edənlər! Sizdən olmayan kəsləri dost edib sirlərinizə ortaq etməyin. Onlar sizi zərərə soxmaqda qüsur etməzlər. Sizə çətinlik verəcək şeylərdən xoşlanarlar. Sizə düşmənlikləri sözlərindən müəyyən olmuşdur; aşkar etməyib də ürəklərindən gizlədikləri düşmənlik isə daha böyükdür. Biz sizə dostunuzu və düşməninizi beləcə göstərib ayələrimizi açıqladıq-əgər ağıl etsəniz. "2

Görüldüyü kimi bəsirət sahibi mömin, öz xüsusi məsələsini, hər önünə gələnə açmamalı, təsadüfi adamın fikirini almamalıdır. Çünki özünə köməkçi olacaq birini axtararkən çox dəfə onunla danışması nəticəsində səhv qərara gəlməsindən ötəri səhvə yol verəcəyini hesab etməlidir. Çünki insanın aldığı bəzi qərarlar həyatı boyunca özünü bağlaya bilər, təsiri altına ala bilər. Təhsil, iş və evlilik kimi. Tam ölçüb biçmədən bir iş quran kimsə, belə ki bir gün gəlir, işinin tərs getdiyini görər, iflasa getdiyin anlar, nəticədə sərmayəsini də itirə bilər. Bu hal maddi həyatına, həm də mənəvi həyatına çox böyük təsir edər. Yenə araşdırmadan bir evlilik həyatı quran insan bu tələsikçiliyin və tədbirsizliyin cəzasını həyatı boyunca çəkə bilər, dünyasını zəhər edə bilər. Bunun üçün müşavirəni özümüzə vərdiş halına gətirməli, ən sadə məsələmizi də təcrübəli və səlahiyyətli birinə soruşmadan etməməliyik.

Bütün həyat mərhələləriylə ümmətinə mükəmməl bir nümunə olan Sevimli Peyğəmbərimiz hər məsələsini yaxınları və Səhabələriylə müşavirə edər, onların da fikirini alar, elə qərar verər, işə başlardı. Halbuki özü bir peyğəmbər olması səbəbiylə vəhyə məzhər idi; hər kəsdən ağıllı, dərin fikirli, sağlam düşüncəli bir insan idi. Vəhylə sabit olmayan az qala bütün məsələlərdə Səhabələriylə müşavirədə olardı. Ümmətini də müşavirəsiz iş etməmələri üçün tənbeh edər və müşavirə edənin heç bir zaman peşman olmayacağını ifadə edərdi:

"İstixarə edən kimsə zərər görməz, müşavirə edən peşmanlıq duymaz, iqtisada riayət edən məişət tərəfindən ailə bəlasını çox çəkməz. "3 Diqqət yetiriləcəyi kimi hədisi şərif möminin ictimai həyatını üç təməl əsasa riayət etməyə bağlamışdır: Müşavirə, istixarə və iqtisad. Xüsusilə bunlardan müşavirə və iqtisadın nə qədər əhəmiyyət daşıdığı şübhə edilməz bir gerçəkdir.

Hədisi şərifdə tövsiyə istixarə də, müşavirə etdiyi halda ürəkdən rahat olmayan və hissən təmin ola bilməyən kəslərin müraciət edə biləcəyi bir sünnədir.

İstixarə, lüğət mənası etibarilə, Allahdan xeyr diləməkdir. Yəni ediləcək bir işin yaxşımı, pismi olduğunu yaxud o işi dərhalmı, yoxsa bir müddət sonramı etmənin daha yaxşı nəticə verəcəyini anlamaq və ürəyin o məsələyə sakitləşməsini Allahdan diləmək və istəməkdir.

İstizarə Peyğəmbərimizin bir sünnəsidir. Ümmətinə tövsiyə etdiyi bir dua və ibadət şəklidir. Peyğəmbərimiz (s.ə.s.) istixarənin necə ediləcəyini, hansı duanın oxunacağını şəxsən öyrətmişdir. İstixarənin əhəmiyyəti barəsində Cabir min Abdullah belə deməkdədir:

"Rəsulullah (s.ə.s.) bizə Qurandan bir surə öyrədən kimi böyük kiçik işlərimizin hamısında istixarəyi öyrətdi və belə buyurdu:

‘Sizdən biriniz bir işə ürəkdən əzm etdiyi zaman, iki rükət namaz qılsın. "4
İstixarə namazı iki rükətdir. İmam Qəzali bu namazın birinci rükətində Fatihədən sonra Qul ya eyyühe'l-kafirune, ikinci rükətində də Qul hüvellahu ehad surələrinin oxunmasını tövsiyə edər. 5

Namazı qıldıqdan sonra Peyğəmbərimizdən (s.ə.s.) rəvayət edilən bu dua oxunar:

"Allahım, bu işimin haqqımda xeyirli olacağını tək Sən bildiyin üçün mənə doğrusunu göstərməyini niyaz edirəm. Sənin sonsuz qüdrətinə inanıram, kömək gözləyirəm. Uca lütfündən lütf etməyini istəyirəm. Şübhəsiz Sənin hər şeyə gücün yetər; mən isə heç bir şeyə güc çatdıra bilməm. Sən hər şeyi bilərsən, mən isə heç bir şey bilməm; Sən bütün qeybləri bilərsən, Allahım, bu iş mənim dinim, yaşayışım, işimin aqibəti, dünyam və axirətim haqqında xeyirli isə bunu mənə nəsib et. Sonra bunda mənim üçün feyik və bərəkət bədənə gətir. Əgər bu iş mənim dinim, yaşayışım, işimin aqibəti, dünyam və axirətim haqqında xeyirli deyilsə, bunu məndən, məni bundan uzaqlaşdır. Bu barədə könlümdə bir meyl buraxma. Mənim üçün xeyirlisi nə isə onu asanlaşdır. Sonra da məni təqdir buyurduğun bu xeyrlə məmnun et. "6

Dua oxunarkən, "bu iş" şəklində keçən yerlərdə edilməsi istənən iş zikr edilər. Bu şəkildə duanın Türkcəsi oxuna biləcəyi kimi, Ərəbcə əslini oxumaq daha fəzilətlidir. Duanın əsli, verdiyimiz bu qaynaqlarda olduğu kimi, elmihal kitablarında da mövcuddur.
Adam istixarə etdikdən sonra ürəyi hansı tərəfə meyl etsə onu etməli, istixarədən əvvəlki hökm və qənaətini buraxmalı, öz mövzusuna söykənməlidir. İstixarəyə baxmayaraq bir təmayül və könül sakitləşməsi görülmədiyi təqdirdə, istixarəyi təkrarlaya bilər. Bu sünnədir. Bununla əlaqəli olaraq Ənəs min Malikin (r.ə.) rəvayət etdiyi bir hədisdə Rəsulullah (s.ə.s.) belə buyurmuşdur:

"Ey Ənəs, bir işi etməyi niyyət etdiyin zaman o iş haqqında yenidən yeddi dəfə istixarə et. Sonra ürəyindən keçən mövzunula bax. Çünki xeyir ürəyində doğan mənadadır. "7

İş tələsik olub da istixarəyi təkrarlamaq mümkün deyilsə belə dua edilər: "Allahım, haqqımda xeyirli olan nə isə onu nəsib et. Məni öz halıma buraxma."

İbni Abidin, istixarə edən kimsənin diləyinin uyğun olub olmadığına işarə olaraq belə bir qeydə yer verər:

"Yatmadan əvvəl dua oxunar və dəstəmazlı olaraq qibləyə yönələrək yatılar. Yuxuda ağ və ya yaşıl görülsə o işin xeyr olduğuna, qara və qırmızı görülsə də şər olduğuna işarə edər. Şərli olandan qaçınmaq zərurət edər. "8

Bütün bunlarla birlikdə istixarə, müşkül vəziyyətlərdə möminlər üçün ruhi və mənəvi bir qüvvətdir. Bir işdə tərəddüddə qalan bir mömin iki rükət namaz qılaraq Cənabı Haqqa yönələr. Təşəbbüs göstərəcəyi iş, seçəcəyi həyat yoldaşı, dini, dünyası və axirəti üçün xeyirlidirsə könülündə bu işə qarşı bir fərahlıq oyandırmasını, bədənində bu işi edə bilməyə qüdrət və qüvvət yaratmasını; əgər bu iş dini, dünyası və axirəti üçün xeyirli deyilsə könlündəki meyli yox etməsini Cənabı Haqqdan niyaz edər. İçində də bir yüngüllük duyar. İstixarə etdiyi şey haqqında özü üçün xeyirin görüləcəyinə ürəkdən əmin olar. Nəticəsinədə razı olar.

1. Şura Surəsi, 38.
2. Ali İmran Surəsi, 118.
3. Təcrid Tərcüməsi, 4:135.
4. Buxari, Küsuf: 75.
5. İmam Qəzali. Əhyası İlahiyyat. (Darı İhyai'l-Kütübü'l-Arabi) 1:207.
6. İbni Macə, İkametetü's-Salat: 188.
7. Təcrid Tərcüməsi, 4:143.
8. İbni Abidin, 1:461.



06-01-2010 03:38:48