Ana səhifə

Kâfirin qeybəti edilə bilərmi?


YazdırSend to friend
Sual Detayı: 
Kâfirin qeybəti edilə bilərmi?
Cavab: 

   Müsəlmanın qeybətini etmək haramdır; bu qətidir. Amma, Müsəlman olmayana gəldikdə isə məsələ ikiyə ayrılır:

    1. Hərb halında olduğumuz qeyri müslimin qeybəti.

    2. Sülh halında olduğumuz qeyri müslimin qeybəti. Yəni hazırkı Xristian və Yəhudilər kimi.

    Hərb halında olarkən kafirlərin qeybətini etmək haram deyil. Onların pislənməsi hərbin lehimizə inkişafı üçün lazımdır; bunda günah yoxdur.

    Ancaq, sülh halında olduğumuz bu günki qeyri müsəlmanların vəziyyəti eyni deyildir. Onların qeybətini etmək (şəxsləri ilə sifətlərini ayırmaq surətiylə) ancaq caiz olar. Yəni, Allah'ın yaratdığı mükəmməl bir varlıq olaraq deyil də bu mükəmməl varlığa əlavə etdikləri küfrlərinin qeybətini etmək, küfrdən ürkməyə səbəb olacaq mənada qiybətlərini etmək caizdir.

     Demək ki şəxslərin deyil, sifətlərinin qeybətini etmək caiz olar.

  Məqsəd isə, şəxslərinin qeybəti olmayıb, inanclarındakı yanlışlıqlarının pisliyini danışmaq olduğundan qəbahət olmadığını, Qəzalinin fətvalarından öyrənməkdəyik.

    Müsəlmanların içində olan az saylı xalqlara gəldikdə isə:

    Bunların bütün məsələləri Müsəlmanlar kimi İslâm'ın təminatı altındadır. Uca İslâm'ın ədaləti, himayəsinə aldığı bu Zimmilərin qeybətini caiz görməz. Verdiyi təminatın zədələnməsinə icazə verməz. Qeybətləri edilmişsə halallıq istəmək lazımdır.



16-02-2017 06:32:53